https://sputnik.az/20221108/ya-veten-ya-da-kefen---sehneni-sengere-deyisen-balet-artistinin-xatireleri-448324139.html
Ya Vətən, ya da kəfən! - Səhnəni səngərə dəyişən balet artistinin xatirələri
Ya Vətən, ya da kəfən! - Səhnəni səngərə dəyişən balet artistinin xatirələri
Sputnik Azərbaycan
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının balet artisti, döyüşçü Murad Ağayevə "Laçının azad olunmasına görə" medalı ilə mükafatlandırılıb. Müsahibimiz... 08.11.2022, Sputnik Azərbaycan
2022-11-08T09:01+0400
2022-11-08T09:01+0400
2023-11-07T17:32+0400
mədəniyyət
vətən müharibəsi
balet
artist
döyüşçü
şuşa
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/07/448322814_0:0:1281:721_1920x0_80_0_0_758ec4530f69dce62776fe4e28286cdc.jpg
BAKI, 8 noyabr — Sputnik. 2020-ci ilin sentyabr ayının 27-də başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən Müharibəsi Azərbaycan tarixinin ən parlaq səhifəsinə, xalqımızın iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu şanlı qələbəmizdə payı olanlardan biri də Murad Ağayevdir.O, 2017-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib. 2019-cu ildə həqiqi hərbi xidməti bitirən Murad 2020-ci ilin sentyabrın 28-də Füzuli uğrunda gedən döyüşlərə qatılıb. Daha sonra Cəbrayıl və Xocavənd rayonunda döyüşlərində iştirak edib.Şuşa uğrunda döyüşlərdə iştirak edən Murad Ağayev Daşaltı əməliyyatında da iştirak edib. Qələbə xəbərini Daşaltıda alan qəhrəmanımız həmin günləri belə xatırlayır:Müharibə bitsə də, Murad könüllü olaraq Laçında Xüsusi Təyinatlı Qüvvələrdə qulluğunu davam etdirib:Azərbaycan Dövlət Akademik Musiqili Teatrının balet artisti, döyüşçü Murad Ağayev "Laçının azad olunmasına görə" medalı ilə mükafatlandırılıb. Müsahibimiz ayağından yaralansa da, döyüşü davam etdirib. İndi də ayağında ağrılar olan müsahibimiz müharibədən sonra yenidən Şuşaya gedib. Deyir ki, müharibədən sonra o torpaqlara gedəndə göz yaşlarına hakim ola bilməyib.Döyüşçünü şanlı qələbəmizdən bəhs edən incəsənət əsərinin hələ də yaranmaması Muradı da narahat edir:"Çalışdığım Azərbaycan Dövlət Akademik Musiqili Teatrında rejissor Samir Qulamovun "Bir nəfəs qədər" tamaşası səhnələşdirilib. Bundan başqa, bir neçə teatr tamaşaları var. Sənədli filmlər də çəkilib. Amma bu yetərli deyil. Ermənilər məğlub olmaqlarına rəğmən bizdən daha tez və keyfiyyətli bir film ortalığa çıxardılar. Təəssüf ki, biz bu sarıdan onlardan geri qalmışıq. Halbuki biz dünyaya həqiqətləri film vasitəsilə daha tez çatdıra bilərdik".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/07/448322814_0:0:1281:961_1920x0_80_0_0_594a98ea3438504c811e1775046ededb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
vətən müharibəsi, balet, artist, döyüşçü, şuşa
vətən müharibəsi, balet, artist, döyüşçü, şuşa
Ya Vətən, ya da kəfən! - Səhnəni səngərə dəyişən balet artistinin xatirələri
09:01 08.11.2022 (Yenilənib: 17:32 07.11.2023) Azərbaycan Dövlət Akademik Musiqili Teatrının balet artisti, döyüşçü Murad Ağayevə "Laçının azad olunmasına görə" medalı ilə mükafatlandırılıb. Müsahibimiz ayağından yaralansa da, döyüşü davam etdirib.
BAKI, 8 noyabr — Sputnik. 2020-ci ilin sentyabr ayının 27-də başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən Müharibəsi Azərbaycan tarixinin ən parlaq səhifəsinə, xalqımızın iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu şanlı qələbəmizdə payı olanlardan biri də Murad Ağayevdir.
O, 2017-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib. 2019-cu ildə həqiqi hərbi xidməti bitirən Murad 2020-ci ilin sentyabrın 28-də Füzuli uğrunda gedən döyüşlərə qatılıb. Daha sonra Cəbrayıl və Xocavənd rayonunda döyüşlərində iştirak edib.
Şuşa uğrunda döyüşlərdə iştirak edən Murad Ağayev Daşaltı əməliyyatında da iştirak edib. Qələbə xəbərini Daşaltıda alan qəhrəmanımız həmin günləri belə xatırlayır:
"O anları sözlə ifadə etmək çox çətindir. Şuşa mənim üçün bir nağıl idi. Mənə nağıl kimi görünən şəhərin azad olunmasında iştirak etmək, şəhərə ilk ayaq basanlardan biri olmaq çox qürurverici hissdir. Təsəvvür edin ki, Şuşaya 30 ildən sonra ilk ayaq basan insansan. Hansı ki, həmin vaxtdan 1-2 ay əvvəl bu bizə nağıl kimi gəlirdi".
Müharibə bitsə də, Murad könüllü olaraq Laçında Xüsusi Təyinatlı Qüvvələrdə qulluğunu davam etdirib:
"Orada olanda, hər kəndi alanda yaşadığımız hissləri heç vaxt keçirməmişdim. Bundan sonra bir daha o cür hissləri keçirəcəyəmmi, bilmirəm. Bütün hisslər bir-birinə qarışmışdı. Həm qələbələrimizə sevinirdin, həm də ən yaxın dostlarıni itirdiyinə görə acı çəkirdin. Müharibə elədir ki, orada insan həyatın nə qədər dəyərli olduğunu anlayır. Hər anın həyatla ölüm arasında keçir. Amma bizim bir seçimiz var idi: ya Vətən, ya da kəfən!".
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının balet artisti, döyüşçü Murad Ağayev "Laçının azad olunmasına görə" medalı ilə mükafatlandırılıb. Müsahibimiz ayağından yaralansa da, döyüşü davam etdirib. İndi də ayağında ağrılar olan müsahibimiz müharibədən sonra yenidən Şuşaya gedib. Deyir ki, müharibədən sonra o torpaqlara gedəndə göz yaşlarına hakim ola bilməyib.
Döyüşçünü şanlı qələbəmizdən bəhs edən incəsənət əsərinin hələ də yaranmaması Muradı da narahat edir:
"Çalışdığım Azərbaycan Dövlət Akademik Musiqili Teatrında rejissor Samir Qulamovun "Bir nəfəs qədər" tamaşası səhnələşdirilib. Bundan başqa, bir neçə teatr tamaşaları var. Sənədli filmlər də çəkilib. Amma bu yetərli deyil. Ermənilər məğlub olmaqlarına rəğmən bizdən daha tez və keyfiyyətli bir film ortalığa çıxardılar. Təəssüf ki, biz bu sarıdan onlardan geri qalmışıq. Halbuki biz dünyaya həqiqətləri film vasitəsilə daha tez çatdıra bilərdik".