DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İsveçin Baş naziri Ərdoğana PKK-nı terror təşkilatı kimi tanıdığını deyib

© AFP 2024 / SPUTNIK / VYACHESLAV PROKOFYEV Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan, 1920, 08.11.2022
Abunə olmaq
Ərdoğan İsveçin yeni hökümətinin NATO-nun Madrid Zirvəsi çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə hazır olduğundan məmnunluğunu ifadə edib.
BAKI, 8 noyabr - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində səfərdə olan İsveç Baş naziri Ulf Kristerssonu qəbul edib.
“İsveç öz təhlükəsizliyi üçün NATO-ya üzv olmaq istəyir və biz öz təhlükəsizlik məsələlərimizi dəstəkləyən bir İsveç görmək istəyirik”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan görüşdən sonra Ankarada Baş naziri Ulf Kristerssonla keçirdiyi birgə mətbuat konfransı zamanı deyib.
O, İsveçin yeni hökümətinin NATO-nun Madrid Zirvəsi çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə hazır olduğundan məmnunluğunu ifadə edib.
Ulf Kristersson isə öz növbəsində bildirib ki, İsveç Türkiyəni terrorla mübarizədə tam dəstəkləyir və PKK-nı terror təşkilatı olaraq qəbul edir.
O qeyd edib ki, ölkəsi Türkiyə qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirməyə hazırdır:
"Türkiyə terrordan ən çox zərər çəkən NATO üzvlərindən biridir. İsveç Türkiyə qarşısında bütün öhdəliklərini yerinə yetirəcək. Gələcəkdə müttəfiq kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək. Üçtərəfli memorandumu tam şəkildə həyata keçirəcəyik".
İsveç və Finlandiya NATO-ya üzvlük yolunda Türkiyə qarşısındakı öhdəlikləri hələ yerinə yetirməyib
Finlandiya və İsveç mayın 18-də Ukraynada baş verən hadisələr fonunda alyansa qoşulmaq üçün ərizəni NATO-nun baş katibinə təqdim ediblər. Əvvəlcə Türkiyə bu müraciətlərə baxılması prosesinin başlamasına mane olub. Buna səbəb sözügedən ölkələrin Türkiyə əleyhinə fəaliyyət göstərən kürd terror təşkilatlarına dəstək verməsidir.
Lakin iyunun 29-da Türkiyə, İsveç və Finlandiya Ankaranın bütün narahatlıqlarını nəzərə alan təhlükəsizlik memorandumu imzalayıblar. Türkiyə də öz növbəsində bu iki Avropa ölkəsinin NATO-ya daxil olmasına etirazını geri götürüb.
Oktyabrın 6-na olan məlumata görə, Türkiyə və Macarıstan istisna olmaqla, 30 ölkədən 28-i şimal ölkələrinin NATO-ya qəbulu ilə bağlı artıq müsbət qərar qəbul edib.
Bu arada Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu bildirib ki, İsveç və Finlandiya NATO-ya üzvlük yolunda Türkiyə qarşısındakı öhdəliklərin hamısını hələ yerinə yetirməyib.

"Hər iki ölkə müəyyən addımlar atıb, lakin indiki mərhələdə onların öhdəliklərini yerinə yetirdiyini söyləmək çətindir. Bu kifayət deyil", - Mövlud Çavuşoğlu bildirib.

Nazir, daha əvvəl Helsinkidə imzalanmış memorandumu xatırladaraq, növbəti görüşün Stokholmda keçiriləcəyini və qiymətləndirilmə aparılacağını əlavə edib.
Xəbər lenti
0