https://sputnik.az/20221108/qizlarin-davamli-tehsile-aparan-yolunu-bezen-valideynler-kesir-448370409.html
Qızların davamlı təhsilə aparan yolunu bəzən valideynlər kəsir
Qızların davamlı təhsilə aparan yolunu bəzən valideynlər kəsir
Sputnik Azərbaycan
Kəmalə Ağazadə: “Məktəblərdə qızlara davamlı təhsillə bağlı keçirilən təlimlərə onların valideynləri də cəlb olunmalıdır” 08.11.2022, Sputnik Azərbaycan
2022-11-08T18:21+0400
2022-11-08T18:21+0400
2022-11-08T18:30+0400
təhsil
kəmalə ağazadə
"qadın liderliyi uğrunda" ictimai birliyinin sədri ülkər abdullayeva
məktəbli
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/08/448370649_0:107:2048:1259_1920x0_80_0_0_26b0f7b7313a60dc1c342f572ce2403f.jpg
BAKI, 8 noyabr - Sputnik. Azərbaycanda qızların təhsildən yayınmasının əsas səbəblərindən biri erkən nikahdır. Ölkəmizdə erkən nikaha vaxtından əvvəl daxilolma ilə bağlı statistika dəhşət saçır. Bu sözləri Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bizə müsahibəsində deyib. Birlik sədrinin sözlərinə görə, o, yerli icra hakimiyyətlərinə bununla bağlı sorğu ünvanlayıb. Sorğulara verilən cavablar ölkəmizdə 16 yaşında nikaha daxil olma faktlarının olduğunu üzə çıxardıb:“Mən bütün rayon icra hakimiyyətlərinə 17 yaşda qızların nikahı ilə bağlı statistikanın hazırlanması üçün sorğu göndərmişəm. Bəzi yerli icra hakimiyyətləri bu sorğunu cavablandırıblar. Proses hələ yekunlaşmasa da məlum olur ki, ölkəmizdə nikah yaşı 18 olsa da, qızlar arasında imtiyazlı səbəbdən erkən, yəni 17 yaşında nikaha daxil olanlar var. Bunu sorğularımıza verilən cavablar da təsdiqləyir. Biz sorğuların hər biri cavablandırıldıqdan sonra cəmiyyətə yekun rəqəmləri təqdim edəcəyik. Bu zaman məlum olacaq ki, ölkəmizdə erkən nikaha cəlbedilmə halları ilə bağlı vəziyyət ürəkaçan deyil”.K.Ağazadə deyir ki, bu gün ölkəmizdə qızların təhsildən yayınmasına erkən nikaha daxil olmaları ciddi təsir edir: “ Bu günlərdə 2005-ci il təvəllüdlü hamilə qızın 17 yaşında nikaha daxil olması üçün yerli icra hakimiyyətinə müraciət edilib. Səbəbi gördükdə məni dəhşət bürüdü. Qeyd edilib ki, 2005-ci il təvəllüdlü qızın həyat yoldaşı hərbiçi olduğundan, iş ünvanı dəyişdirildiyindən 17 yaşında nikaha icazə verilsin. Orada artıq onun hamilə olduğu da imtiyaz kimi qeyd edilib. Belə məlum olur ki, bu qız 16 yaşında ailə həyatı qurub. 17 yaşa çatdıqda isə artıq hamilədir. Bu cür hallar onlarladır. Qızlar erkən ərə verilir. Artıq hamilə olduğundan rəsmi qurumlar fakt qarşısında qalır və erkən rəsmi nikaha 17 yaşında icazə verilir”.Birlik rəhbərinin sözlərinə görə, əslində qanunla cinsi əlaqəyə 18, istisna hallarda 17 yaşda icazə verilir. Amma qanunda 16 yaşında cinsi əlaqə öz istəyi ilə baş tutubsa, bu, cinayət əməli sayılmır. Ona görə də, 16 yaşında qızla ailə həyatı quran kişilərə cinayət işi açılmır:“Çox təəssüf ki, bu, qanunda olan ziddiyyətdir. Belə çıxır ki, 16 yaşda qızın razılığı ilə cinsi əlaqə baş veribsə, əks cins cinayət məsuliyyətinə cəlb edilmir. O zaman nikah yaşının 18, istisna hallarda 17 yaş qoyulmasının nə mənası var?”Həmsöhbətimizin fikrincə, qanundakı bu boşluq bəzi üzdəniraq valideynlərin işinə yarayır. Onlar qızlarını 16 yaşda ərə verir, 17 yaşda isə artıq istisna hal kimi rəsmi nikaha daxil olması üçün müraciət edirlər. Erkən nikaha daxil olan qızlar isə təbii olaraq, təhsildən uzaq düşürlər. Odur ki, qızlara məktəb dövründə davamlı təhsilin onların həyatında rolu barədə məlumatların verilməsi vacibdir.Amma ekspert deyir ki, məktəblərdə qızların davamlı təhsili ilə bağlı layihələrin icrası zamanı təlimlərə qız analarını, atalarını da cəlb etmək lazımdır: “Çünki, bəzən qızın fikrini soruşan olmur. Ata, ana qızını erkən ərə verir”.K.Ağazadə hesab edir ki, qızların məktəbdə yerdəyişməsi ilə bağlı məqamlara da aidiyyatı dövlət qurumları ciddi diqqət yetirməlidirlər: “Elə valideynlər var ki, bir tədris ilində qızın məktəbini altı-yeddi dəfə dəyişir. Bir dövlət qurumu maraqlanmır ki, bu qız bir ilin içərisində niyə bu qədər məktəb dəyişir? Bəzən valideynlər qızlarını erkən ərə verdikdən sonra onun məktəbə getməməsi üçün yerini bir neçə dəfə dəyişirlər. Beləcə, onlar qızı 9-cu sinfə çatmamış ərə verməyə nail olurlar. Bu faktlar aidiyyatı dövlət qurumları tərəfindən araşdırılmalıdır. Qızların yer dəyişdiyi məktəblərdə dərsə davamiyyəti diqqətdə saxlanılmalıdır”.Ekspertin sözlərinə görə, valideynlər bəzi hallarda dədə-baba adət-ənənələrinə əsaslanaraq öz övladlarını erkən ərə verirlər:“Bu günlərdə Höküməlidə 16 yaşlı qızı nişanlısı bıçaqlayıb öldürdü. Qızların erkən ərə verilməsi onları təkcə təhsildən uzaq salmır, əksər hallarda həyatlarını da təhlükəyə atır. Mən təklif edirəm ki, qızların erkən nişanlanması halları da nəzarətə götürülsün. Valideynlər 15 yaşında nişanladıqları qızlarının məktəbdən çıxarılması barədə ərizə yazırlar. Bu cür hallara son qoyulmalıdır. Məktəblərdə qızlar arasında davamlı təhsillə bağlı təlimlər keçirilərkən onlara bu məqamlar izah edilməlidir”.Ağazadə bildirib ki, belə hallarda qızlar valideynlərinin əməllərindən polisə şikayət edə bilərlər.“Mən məktəblərdə davamlı təhsilin, liderliyin, karyera quruculuğunun əhəmiyyətindən bəhs edən, qızları bu istiqamətə yönəldən təlimlərin keçirilməsini dəstəkləyirəm. Bir şərtlə ki, bu təlimlər layihə icra etmək xətrinə həyata keçirilməsin. Ekspertlər, psixoloqlar qızlarla söhbətə cəlb edilsin. Onlara davamlı təhsilin vacibliyi izah edilsin. Bu zaman biz doğurdan da bunun müsbət təsirlərini görə biləcəyik”.Qeyd: Bu məqalə "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən "Məktəbli qızlar arasında davamlı təhsil və liderliyin təbliği” layihəsi çərçivəsində yazılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/08/448370649_114:0:1935:1366_1920x0_80_0_0_84673fc9b46a084b6d8b6ed1bb97109a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
kəmalə ağazadə, "qadın liderliyi uğrunda" ictimai birliyinin sədri ülkər abdullayeva, məktəbli
kəmalə ağazadə, "qadın liderliyi uğrunda" ictimai birliyinin sədri ülkər abdullayeva, məktəbli
Qızların davamlı təhsilə aparan yolunu bəzən valideynlər kəsir
18:21 08.11.2022 (Yenilənib: 18:30 08.11.2022) Kəmalə Ağazadə: “Məktəblərdə qızlara davamlı təhsillə bağlı keçirilən təlimlərə onların valideynləri də cəlb olunmalıdır”
BAKI, 8 noyabr - Sputnik. Azərbaycanda qızların təhsildən yayınmasının əsas səbəblərindən biri erkən nikahdır. Ölkəmizdə erkən nikaha vaxtından əvvəl daxilolma ilə bağlı statistika dəhşət saçır. Bu sözləri Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bizə müsahibəsində deyib. Birlik sədrinin sözlərinə görə, o, yerli icra hakimiyyətlərinə bununla bağlı sorğu ünvanlayıb. Sorğulara verilən cavablar ölkəmizdə 16 yaşında nikaha daxil olma faktlarının olduğunu üzə çıxardıb:
“Mən bütün rayon icra hakimiyyətlərinə 17 yaşda qızların nikahı ilə bağlı statistikanın hazırlanması üçün sorğu göndərmişəm. Bəzi yerli icra hakimiyyətləri bu sorğunu cavablandırıblar. Proses hələ yekunlaşmasa da məlum olur ki, ölkəmizdə nikah yaşı 18 olsa da, qızlar arasında imtiyazlı səbəbdən erkən, yəni 17 yaşında nikaha daxil olanlar var. Bunu sorğularımıza verilən cavablar da təsdiqləyir. Biz sorğuların hər biri cavablandırıldıqdan sonra cəmiyyətə yekun rəqəmləri təqdim edəcəyik. Bu zaman məlum olacaq ki, ölkəmizdə erkən nikaha cəlbedilmə halları ilə bağlı vəziyyət ürəkaçan deyil”.
K.Ağazadə deyir ki, bu gün ölkəmizdə qızların təhsildən yayınmasına erkən nikaha daxil olmaları ciddi təsir edir: “ Bu günlərdə 2005-ci il təvəllüdlü hamilə qızın 17 yaşında nikaha daxil olması üçün yerli icra hakimiyyətinə müraciət edilib. Səbəbi gördükdə məni dəhşət bürüdü. Qeyd edilib ki, 2005-ci il təvəllüdlü qızın həyat yoldaşı hərbiçi olduğundan, iş ünvanı dəyişdirildiyindən 17 yaşında nikaha icazə verilsin. Orada artıq onun hamilə olduğu da imtiyaz kimi qeyd edilib. Belə məlum olur ki, bu qız 16 yaşında ailə həyatı qurub. 17 yaşa çatdıqda isə artıq hamilədir. Bu cür hallar onlarladır. Qızlar erkən ərə verilir. Artıq hamilə olduğundan rəsmi qurumlar fakt qarşısında qalır və erkən rəsmi nikaha 17 yaşında icazə verilir”.
Birlik rəhbərinin sözlərinə görə, əslində qanunla cinsi əlaqəyə 18, istisna hallarda 17 yaşda icazə verilir. Amma qanunda 16 yaşında cinsi əlaqə öz istəyi ilə baş tutubsa, bu, cinayət əməli sayılmır. Ona görə də, 16 yaşında qızla ailə həyatı quran kişilərə cinayət işi açılmır:
“Çox təəssüf ki, bu, qanunda olan ziddiyyətdir. Belə çıxır ki, 16 yaşda qızın razılığı ilə cinsi əlaqə baş veribsə, əks cins cinayət məsuliyyətinə cəlb edilmir. O zaman nikah yaşının 18, istisna hallarda 17 yaş qoyulmasının nə mənası var?”
Həmsöhbətimizin fikrincə, qanundakı bu boşluq bəzi üzdəniraq valideynlərin işinə yarayır. Onlar qızlarını 16 yaşda ərə verir, 17 yaşda isə artıq istisna hal kimi rəsmi nikaha daxil olması üçün müraciət edirlər. Erkən nikaha daxil olan qızlar isə təbii olaraq, təhsildən uzaq düşürlər. Odur ki, qızlara məktəb dövründə davamlı təhsilin onların həyatında rolu barədə məlumatların verilməsi vacibdir.
Amma ekspert deyir ki, məktəblərdə qızların davamlı təhsili ilə bağlı layihələrin icrası zamanı təlimlərə qız analarını, atalarını da cəlb etmək lazımdır: “Çünki, bəzən qızın fikrini soruşan olmur. Ata, ana qızını erkən ərə verir”.
K.Ağazadə hesab edir ki, qızların məktəbdə yerdəyişməsi ilə bağlı məqamlara da aidiyyatı dövlət qurumları ciddi diqqət yetirməlidirlər: “Elə valideynlər var ki, bir tədris ilində qızın məktəbini altı-yeddi dəfə dəyişir. Bir dövlət qurumu maraqlanmır ki, bu qız bir ilin içərisində niyə bu qədər məktəb dəyişir? Bəzən valideynlər qızlarını erkən ərə verdikdən sonra onun məktəbə getməməsi üçün yerini bir neçə dəfə dəyişirlər. Beləcə, onlar qızı 9-cu sinfə çatmamış ərə verməyə nail olurlar. Bu faktlar aidiyyatı dövlət qurumları tərəfindən araşdırılmalıdır. Qızların yer dəyişdiyi məktəblərdə dərsə davamiyyəti diqqətdə saxlanılmalıdır”.
Ekspertin sözlərinə görə, valideynlər bəzi hallarda dədə-baba adət-ənənələrinə əsaslanaraq öz övladlarını erkən ərə verirlər:
“Bu günlərdə Höküməlidə 16 yaşlı qızı nişanlısı bıçaqlayıb öldürdü. Qızların erkən ərə verilməsi onları təkcə təhsildən uzaq salmır, əksər hallarda həyatlarını da təhlükəyə atır. Mən təklif edirəm ki, qızların erkən nişanlanması halları da nəzarətə götürülsün. Valideynlər 15 yaşında nişanladıqları qızlarının məktəbdən çıxarılması barədə ərizə yazırlar. Bu cür hallara son qoyulmalıdır. Məktəblərdə qızlar arasında davamlı təhsillə bağlı təlimlər keçirilərkən onlara bu məqamlar izah edilməlidir”.
Ağazadə bildirib ki, belə hallarda qızlar valideynlərinin əməllərindən polisə şikayət edə bilərlər.
“Mən məktəblərdə davamlı təhsilin, liderliyin, karyera quruculuğunun əhəmiyyətindən bəhs edən, qızları bu istiqamətə yönəldən təlimlərin keçirilməsini dəstəkləyirəm. Bir şərtlə ki, bu təlimlər layihə icra etmək xətrinə həyata keçirilməsin. Ekspertlər, psixoloqlar qızlarla söhbətə cəlb edilsin. Onlara davamlı təhsilin vacibliyi izah edilsin. Bu zaman biz doğurdan da bunun müsbət təsirlərini görə biləcəyik”.
Qeyd: Bu məqalə "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən "Məktəbli qızlar arasında davamlı təhsil və liderliyin təbliği” layihəsi çərçivəsində yazılıb.