Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Prezident: "Müsəlman ölkələri rəhbərlərinin məscidləri dağıdana qucaq açması satqınlıqdır"

© Official website of President of Azerbaijan Republicİlham Əliyev Şuşada təşkil olunan tədbirdə iştirak edib
İlham Əliyev Şuşada təşkil olunan tədbirdə iştirak edib - Sputnik Azərbaycan, 1920, 08.11.2022
Abunə olmaq
Prezident Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak edib
BAKI, 8 noyabr - Sputnik. "Məscidləri dağıdan müsəlman ölkələri ilə dost ola bilməz. Məscidləri dağıdana müsəlman ölkələrinin rəhbərləri qucaq aça bilməz, bilər? Onları qucaqlayıb öpə bilər?"
Bunu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxışı zamanı deyib.
"Biz müsəlman ölkələri ilə sıx əlaqələr qurduq və onlara izah etməyə nail olduq ki, Ermənistan təkcə bizə qarşı yox, bütün müsəlman aləminə qarşı təcavüzkar siyasət aparır. Məscidləri dağıdan müsəlman ölkələri ilə dost ola bilməz. Məscidləri dağıdana müsəlman ölkələrinin rəhbərləri qucaq aça bilməz, bilər? Onları qucaqlayıb öpə bilər? Bu, riyakarlıqdır, bu, satqınlıqdır. Bunun başqa adı yoxdur. Ona görə müsəlman aləmində biz Ermənistanı əsas dayaqlardan təcrid etdik. Düzdür, tam təcrid edə bilmədik, bunun başqa səbəbləri var - bax, dediyim riyakarlıq. Ancaq bütövlükdə Ermənistan müsəlman aləmində məscidləri dağıdan, təhqir edən ölkə kimi tanındı və bunu biz etdik", - Prezident əlavə edib.
İlham Əliyev Şuşada təşkil olunan tədbirdə iştirak edib - Sputnik Azərbaycan, 1920, 08.11.2022
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Prezident Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak edib
Xəbər lenti
0