SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

İlham Əliyev  - Sputnik Azərbaycan, 1920, 08.11.2022
Abunə olmaq
Üçrəngli Dövlət bayrağımızın görüntüsünü əks etdirən foto Prezident İlham Əliyevin rəsmi Facebook və Twitter səhifələrində paylaşılıb.
BAKI, 8 noyabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar paylaşım edib.
Üçrəngli Dövlət bayrağımızın görüntüsünü əks etdirən foto Prezident İlham Əliyevin rəsmi Facebook və Twitter səhifələrində paylaşılıb.
Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü rəsmi dövlət bayramıdır. 2009-cu ildən etibarən noyabr ayının 9-da qeyd olunur. Qeyd olunma tarixi isə 1918-ci ilin 9 noyabrında Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Azərbaycanın üçrəngli bayrağının dövlət bayrağı kimi qəbul edilməsi əsasında təyin edilib.
Üçrəngli bayraq ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilib. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı muxtar respublikanın bayrağı kimi qəbul olunub.
1991-ci il fevralın 5-də üçrəngli bayraq Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq olunub.
2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü elan edilib.
Xəbər lenti
0