Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycan və Ermənistan XİN başçıları arasında yaxın vaxtlarda daha bir görüş olacaq

© Photo : MFA AzerbaijanAzərbaycan və Ermənistan XİN başçıları
Azərbaycan və Ermənistan XİN başçıları  - Sputnik Azərbaycan, 1920, 08.11.2022
Abunə olmaq
ABŞ-da Ceyhun Bayramov, Ararat Mirzoyan və Entoni Blinken arasında üçtərəfli görüş olub.
BAKI, 8 noyabr - Sputnik. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və ermənistanlı həmkarı Ararat Mirzoyan danışıqları sürətləndirmək və yaxın həftələrdə daha bir görüş təşkil etmək barədə razılığa gəliblər.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, hər iki nazir Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına ev sahibliyi etdiyinə görə ABŞ tərəfinə təşəkkürünü bildirib.
Xatırladaq ki, noyabrın 7-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və ermənistanlı həmkarı Ararat Mirzoyan arasında geniş tərkibli görüş baş tutub. Eyni zamanda tərəflər ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə üçtərəfli görüşə qatılıblar.
Ceyhun Bayramov  - Sputnik Azərbaycan, 1920, 08.11.2022
Bayramov: “Sülh prosesini pozacaq hərəkətlərdən çəkinməyə çağırış etdim”
Xəbər lenti
0