SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Avropa İttifaqı Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü vacib sayır

© Photo : APAAvropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar - Sputnik Azərbaycan, 1920, 08.11.2022
Abunə olmaq
Avropa İttifaqının nümayəndəsi bildirib ki, Ararat Mirzoyan və Ceyhun Bayramovun ikitərəfli sülh müqaviləsi üzrə substantiv danışıqlar prosesində iştirakı sevindiricidir.
BAKI, noyabr - Sputnik. Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşü vacib adlandırıb.
Toivo Klaar bu barədə "Twitter"də bildirib.
“Dünən Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında vacib görüş olub. Ararat Mirzoyan və Ceyhun Bayramovun ikitərəfli sülh müqaviləsi üzrə substantiv danışıqlar prosesində iştirakı sevindirici haldır”, - Klaar qeyd edib.
Xatırladaq ki, noyabrın 7-də Vaşinqtondakı "Blair House"da, hər iki ölkənin xarici siyasət idarə rəhbərlərinin ABŞ dövlət katibi Entoni Blinkenlə birgə görüşü keçirilib.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və ermənistanlı həmkarı Ararat Mirzoyan danışıqları sürətləndirmək və yaxın həftələrdə daha bir görüş təşkil etmək barədə razılığa gəliblər.
Xəbər lenti
0