Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilir

© Photo : MFA AzerbaijanVaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında ikitərəfli görüş başlayıb.
Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında ikitərəfli görüş başlayıb. - Sputnik Azərbaycan, 1920, 07.11.2022
Abunə olmaq
Sonuncu dəfə hər iki ölkənin xarici işlər nazirləri ABŞ-ın dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə sentyabrın 19-da BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində görüşüblər.
BAKI, 7 noyabr - Sputnik. Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov Ararat Mirzoyanın ikitərəfli görüşü başlayıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi Tvitter səhifəsində paylaşım edib.
Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə iştirak edəcək ABŞ-ın dövlət katibi Entoni Blinkenin təşəbbüsü ilə təşkil olunub.
Sonuncu dəfə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ABŞ-ın dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə sentyabrın 19-da BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində görüşüblər.
Xatırladaq ki, Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderləri Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan oktyabrın 31-də Soçidə keçirilən görüşdə Cənubi Qafqazdakı münaqişənin həlli zamanı güc tətbiq etməkdən və ya onun tətbiqi hədəsindən çəkinmək barədə razılığa gəliblər.
Xəbər lenti
0