https://sputnik.az/20221107/unudulmaqda-olan-toy-enenelerimiz-448053097.html
Unudulmaqda olan toy ənənələrimiz
Unudulmaqda olan toy ənənələrimiz
Sputnik Azərbaycan
Tarix elmləri doktoru Şirin Bünyatova bildirir ki, ta qədimlərdə "Beşik kəsmə", "Süd nişanı", "Söz kəsdi", "Razılaşma" kimi adətlər var idi. Zamanla bu... 07.11.2022, Sputnik Azərbaycan
2022-11-07T09:33+0400
2022-11-07T09:33+0400
2022-11-07T09:33+0400
toy
mədəniyyət
adət-ənənə
https://cdnn1.img.sputnik.az/img/07e4/08/14/424726208_0:160:3073:1888_1920x0_80_0_0_f8be131a3df94405cee0b94e6f94bee9.jpg
BAKI, 7 noyabr — Sputnik. "Bəyin oğurlanması" filmində "Xalqımın toy kimi bir adəti var, bu cür el adətinə hörməti var" sitatı dillər əzbəridir. Kökü yüz illiklərə dayanan toy ənənəsi xalqımız üçün ən vazkeçilməz adətlərdəndir. Elçilik mərasimindən başlayan bu qədim ənənələr toyun sonuna kimi davam edir. Lakin indi demək olar ki, bizim müasir toylarımız keçmiş toylardan tamamilə fərqlənir. Rayon toylarında müəyyən qədər adət-ənənə yaşadılsa da, demək olar ki, paytaxtdakı toyların bu işlərdən uzaq düşdüyünün şahidi oluruq. Maraqlıdır, unudulan toy adət-ənənələrimiz hansılardır?Etnoqraf alim, tarix elmləri doktoru Şirin Bünyatova bildirir ki, ta qədimlərdə "Beşik kəsmə", "Süd nişanı", "Söz kəsdi", "Razılaşma" kimi adətlər var idi. Onun nə vaxt yarandığını heç kəs deyə bilməz. Hətta alimlər ailənin yaranması ilə bağlı müxtəlif versiyalar bildirirlər. Dairəvi evlərin formasına görə, bəziləri ailənin yaranmasını Neolit dövrünə, bəziləri isə eneolit dövrünə aid edir"."Beşik kəsmə"adəti nədir?Etnoqraf alim qeyd edir ki, qədimdə beşikkərtmə deyirdilər. Uşaq hələ ana bətnində olanda qohumlar və ya dostlar öz aralarında "beşik kəsmə" edirdilər. Beşik qılıncla kəsilirdi. Burada iqtisadi maraqlar əsas daşıyırdı: "İki qardaş istəmirdi ki, torpaqlar, evlər bölünməsin. Bundan da başqa, istəmirdilər ki, qız uzaq yerə ərə getsin. Ona görə də doğulan kimi beşik kəsirdilər. Bu adət kirvəlikdə yox idi. Çünki kirvəliyi qardaşlıq hesab edirdilər. Hətta "Kitabi Dədə Qorqud" dastanında da "Dirsə xan oğlu Buğac boyu"nunda bu ənənə göstərilib. "Beşik kəsmə" edilən insanlar böyüyəndən sonra evlənirdilər. Beşiyi kəsilən qıza artıq başqa bir insan elçi düşə bilməzdi. Oğlan da verdiyi sözün üstündə dayanırdı. O da başqasına meyl etmirdi. "Kişinin sözü bir olar" deyirdilər"."Süd nişanı" nədir?Tarix elmləri doktorunun sözlərinə görə, bu, zamanla unudulmuş ənənələrdən biridir. Bu ənənə də türk xalqlarının çoxunda var. Eyni zamanda, Qafqaz xalqlarında da olub: "Bu ənələr XX əsrin əvvəllərinə qədər davam edib. Beşik kəsilən, süd nişanı olan qızlara oğlan evi hər bayramda hədiyyə alıb göndərirdi. El-obada toy olardısa, həmin qıza yeni geyim alıb, qızıl alıb onu özləri ilə toya aparırdılar. Əgər qız böyüdükdən sonra fikri dəyişilərdisə, bütün hədiyyələr geri qaytarılırdı. Amma o dönəmlərdə qızların yox demək kimi hüququ yox idi. Amma Qafqaz xalqlarında bu ənənə davam etməyib. XX əsrdə bitib".Xınayaxdı mərasimləri də zaman keçdikcə dəyişib. Hətta geyimləri də zamanla itib batmaq üzrədir.Bakı Milli Geyim Evinin rəhbəri, modelyer Könül Vəlibəyli qeyd edir ki, əvvəllər insanlar xınayaxdılarda öz milli geyimlərimizi geyiniblər: "Sonra xınayaxdı mərasimlərini təşkil edən xanımlar getdilər Türkiyədən ucuz geyimlər gətirdilər. Öz milli geyimlərimiz kölgədə qaldı. Xınayaxdılarımızı da türklər kimi keçirirlər. Musiqi olaraq da öz mahnılarımız deyil, "Yüksək yüksək təpələrə"ni oxuyurlar, gəlinin başına fırlanırlar".Mütəxəssis bildirir ki, bu cür halların heç biri bizim qədim toy ənənələrimizdə yoxdur:"Biz eyni millətik, amma hər xalqın özünün adət-ənənəsi var. Biz onların adətlərini icra edərkən, öz adətlərimizi unutmuş oluruq. Türkiyənin özündə belə, ayrı-ayrı bölgələrinin adət-ənənələri var. Onlar öz ənənlərini qoruyub saxlayırlar. Mən uşaqlıqda gördüyüm toy, xına, bayram ənənələri dəyişib. İndi hər şey qarışıb bir-birinə. Elə ona görə də xanımlarımız zəng edib Hürrəm Sultanın geyimini istəyirlər".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/08/14/424726208_170:0:2901:2048_1920x0_80_0_0_b2af638183ebe639df67d3b96a5d7bc8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
toy, adət-ənənə
Unudulmaqda olan toy ənənələrimiz
Tarix elmləri doktoru Şirin Bünyatova bildirir ki, ta qədimlərdə "Beşik kəsmə", "Süd nişanı", "Söz kəsdi", "Razılaşma" kimi adətlər var idi. Zamanla bu ənənələr unudulmaq üzrədir
BAKI, 7 noyabr — Sputnik. "Bəyin oğurlanması" filmində "Xalqımın toy kimi bir adəti var, bu cür el adətinə hörməti var" sitatı dillər əzbəridir. Kökü yüz illiklərə dayanan toy ənənəsi xalqımız üçün ən vazkeçilməz adətlərdəndir. Elçilik mərasimindən başlayan bu qədim ənənələr toyun sonuna kimi davam edir. Lakin indi demək olar ki, bizim müasir toylarımız keçmiş toylardan tamamilə fərqlənir. Rayon toylarında müəyyən qədər adət-ənənə yaşadılsa da, demək olar ki, paytaxtdakı toyların bu işlərdən uzaq düşdüyünün şahidi oluruq. Maraqlıdır, unudulan toy adət-ənənələrimiz hansılardır?
Etnoqraf alim, tarix elmləri doktoru Şirin Bünyatova bildirir ki, ta qədimlərdə "Beşik kəsmə", "Süd nişanı", "Söz kəsdi", "Razılaşma" kimi adətlər var idi. Onun nə vaxt yarandığını heç kəs deyə bilməz. Hətta alimlər ailənin yaranması ilə bağlı müxtəlif versiyalar bildirirlər. Dairəvi evlərin formasına görə, bəziləri ailənin yaranmasını Neolit dövrünə, bəziləri isə eneolit dövrünə aid edir".
"Beşik kəsmə"adəti nədir?
Etnoqraf alim qeyd edir ki, qədimdə beşikkərtmə deyirdilər. Uşaq hələ ana bətnində olanda qohumlar və ya dostlar öz aralarında "beşik kəsmə" edirdilər. Beşik qılıncla kəsilirdi. Burada iqtisadi maraqlar əsas daşıyırdı: "İki qardaş istəmirdi ki, torpaqlar, evlər bölünməsin. Bundan da başqa, istəmirdilər ki, qız uzaq yerə ərə getsin. Ona görə də doğulan kimi beşik kəsirdilər. Bu adət kirvəlikdə yox idi. Çünki kirvəliyi qardaşlıq hesab edirdilər. Hətta "Kitabi Dədə Qorqud" dastanında da "Dirsə xan oğlu Buğac boyu"nunda bu ənənə göstərilib. "Beşik kəsmə" edilən insanlar böyüyəndən sonra evlənirdilər. Beşiyi kəsilən qıza artıq başqa bir insan elçi düşə bilməzdi. Oğlan da verdiyi sözün üstündə dayanırdı. O da başqasına meyl etmirdi. "Kişinin sözü bir olar" deyirdilər".
Tarix elmləri doktorunun sözlərinə görə, bu, zamanla unudulmuş ənənələrdən biridir. Bu ənənə də türk xalqlarının çoxunda var. Eyni zamanda, Qafqaz xalqlarında da olub: "Bu ənələr XX əsrin əvvəllərinə qədər davam edib. Beşik kəsilən, süd nişanı olan qızlara oğlan evi hər bayramda hədiyyə alıb göndərirdi. El-obada toy olardısa, həmin qıza yeni geyim alıb, qızıl alıb onu özləri ilə toya aparırdılar. Əgər qız böyüdükdən sonra fikri dəyişilərdisə, bütün hədiyyələr geri qaytarılırdı. Amma o dönəmlərdə qızların yox demək kimi hüququ yox idi. Amma Qafqaz xalqlarında bu ənənə davam etməyib. XX əsrdə bitib".
Xınayaxdı mərasimləri də zaman keçdikcə dəyişib. Hətta geyimləri də zamanla itib batmaq üzrədir.
Bakı Milli Geyim Evinin rəhbəri, modelyer Könül Vəlibəyli qeyd edir ki, əvvəllər insanlar xınayaxdılarda öz milli geyimlərimizi geyiniblər: "Sonra xınayaxdı mərasimlərini təşkil edən xanımlar getdilər Türkiyədən ucuz geyimlər gətirdilər. Öz milli geyimlərimiz kölgədə qaldı. Xınayaxdılarımızı da türklər kimi keçirirlər. Musiqi olaraq da öz mahnılarımız deyil, "Yüksək yüksək təpələrə"ni oxuyurlar, gəlinin başına fırlanırlar".
Mütəxəssis bildirir ki, bu cür halların heç biri bizim qədim toy ənənələrimizdə yoxdur:
"Biz eyni millətik, amma hər xalqın özünün adət-ənənəsi var. Biz onların adətlərini icra edərkən, öz adətlərimizi unutmuş oluruq. Türkiyənin özündə belə, ayrı-ayrı bölgələrinin adət-ənənələri var. Onlar öz ənənlərini qoruyub saxlayırlar. Mən uşaqlıqda gördüyüm toy, xına, bayram ənənələri dəyişib. İndi hər şey qarışıb bir-birinə. Elə ona görə də xanımlarımız zəng edib Hürrəm Sultanın geyimini istəyirlər".