Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Ümumrusiya etnik musiqi müsabiqəsi nə vaxt keçiriləcək

© Sputnik / Борис КауфманYelena Atlasova - qədim musiqi aləti "xomus"da yakut xalq mahnılarının ifaçısı, arxiv şəkli
Yelena Atlasova - qədim musiqi aləti xomusda yakut xalq mahnılarının ifaçısı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.11.2022
Abunə olmaq
Tanınmış musiqiçilər, aktyorlar, folklorşünaslar və prodüserlərin münsiflik edəcəyi müsabiqənin qayəsi etnomusiqi ənənələrini qorumaq, folklor musiqisini inkişaf etdirmək və populyarlaşdırmaq, yaradıcı kollektivlərə dəstək olmaqdır.
BAKI, 7 noyabr - Sputnik. Rusiya Musiqi İttifaqı (RMİ) "Bütün ölkə" Ümumrusiya etnik musiqi müsabiqəsi keçirəcək. RMİ-nin mətbuat xidmətindən RİA Novosti-yə verilən məlumata görə, müsabiqədə iştirak üçün müraciətlər dekabrın 1-də başlanacaq.
Prezident yanında Mədəni Təşəbbüslər Fondunun dəstəyi ilə təşkil olunan müsabiqədə solo ifaçılar, vokal-instrumental ansambllar iştirak edə bilərlər.
© Sputnik / Алексей Даничев / Mediabanka keçidSankt-Peterburq Millətlər Balı, arxiv şəkli
Санкт-Петербургский бал национальностей - Sputnik Azərbaycan, 1920, 07.11.2022
Sankt-Peterburq Millətlər Balı, arxiv şəkli
Tədbir bütün Rusiyada müxtəlif xalqlardan mümkün qədər çox etnik musiqi ifaçısını cəlb etmək üçün keçirilir.
Onun əsas vəzifəsi etnomusiqi ənənələrini qorumaq, folklor musiqisini inkişaf etdirmək və populyarlaşdırmaq, yaradıcı kollektivlərə dəstək olmaqdır. Münsiflər heyətinə tanınmış musiqiçilər, aktyorlar, folklorşünaslar və prodüserlər daxil olacaq.
Layihənin tərəfdaşları arasında Primorsk diyarının Mədəniyyət Nazirliyi, Soxa Respublikasının Mədəniyyət və Mənəvi İnkişaf Nazirliyi, Sverdlovsk vilayətinin Mədəniyyət Nazirliyi, Rusiya Folklor İttifaqı, “Mən fədr edirəm” Tələbə Vətənpərvərlik Klubları Assosiasiyası və bir çox başqa təşkilatlar var.
© Sputnik / И. РаскинаLatviyalı qızlar musiqi aləti - kanteledə musiqi ifa edirlər, arxiv şəkli
Латышские девушки играют на музыкальном инструменте - кантеле. - Sputnik Azərbaycan, 1920, 07.11.2022
Latviyalı qızlar musiqi aləti - kanteledə musiqi ifa edirlər, arxiv şəkli
Müsabiqədə iştirak etmək üçün layihənin rəsmi all-country.ru saytında ərizə təqdim etmək lazımdır.
Seçmə mərhələsi 2023-cü il martın 31-dək davam edəcək. İştirakçıların video vizit kartları və çıxışlarının yazıları layihənin internet saytında yerləşdiriləcək.
Münsiflər heyətinin səsverməsi və ilkin seçimin nəticələrinə yekun vurulması aprel ayına planlaşdırılır, finalçıların adları isə mayın əvvəlində açıqlanacaq.
Müsabiqənin qalibləri 2023-cü il iyunun 12-də Moskvada Rusiya Gününün qeyd olunması ilə bağlı keçiriləcək yekun qala-konsertdə müəyyənləşəcək.
Konsert RMİ-n-in saytında və Kultura.RF portalında yayımlanacaq. Mükafatların qalibləri pul mükafatları, diplomlar və xatirə hədiyyələri ilə təltif olunacaqlar.
Xəbər lenti
0