CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabah paytaxtda hava yağışlı olacaq

© Sputnik / Murad OrujovBakıda yağışlı hava, arxiv şəkli
Bakıda yağışlı hava, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.11.2022
Abunə olmaq
Gün ərzində atmosfer təzyiqinin 769 mm civə sütunu, nisbi rütubət 70-80 %-ə qədər yüksələcəyi gözlənilir.
BAKI, 7 noyabr - Sputnik. Noyabrın 8-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-10° isti, gündüz 12-14° isti olacaq. Bakıda gecə 8-10° isti, gündüz 12-14° isti olacaq.
Atmosfer təzyiqi 769 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gecə bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var.
Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 13-17° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-9° isti olacaq.
Xəbər lenti
0