Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Zakir Həsənov: "Müharibədən sonrakı islahatlar peşəkar Ordunun formalaşmasına səbəb olub"

© AR Ministry of DefenceHərbi Dəniz Qüvvələrində növbəti buraxılış mərasimi keçirilib
Hərbi Dəniz Qüvvələrində növbəti buraxılış mərasimi keçirilib - Sputnik Azərbaycan, 1920, 06.11.2022
Abunə olmaq
Nazir qarşıdan gələn 8 Noyabr - Zəfər Günü münasibətilə məzunları və bütün şəxsi heyəti təbrik edib, onlara xidmətlərində uğurlar arzulayıb.
BAKI, 6 noyabr - Sputnik. Hərbi Dəniz Qüvvələrində növbəti buraxılış mərasimi keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsində keçirilən “Dəniz Komando Təməl” və "Sualtı hücum xüsusi təyinatlısı" kurslarının növbəti buraxılış mərasimində iştirak edib.
Əvvəlcə hərbi hissənin ərazisində şəhidlərin xatirəsinə ucaldılan abidə önünə gül dəstələri düzülərək hörmət və ehtiram nümayiş etdirilib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Buraxılış mərasimində çıxış edərək bu kursların dəniz piyadaları və xüsusi təyinatlılarının fərdi bacarıqlarının inkişaf etdirilməsinə müsbət təsir göstərdiyini qeyd edən müdafiə naziri, Vətən müharibəsindən sonra aparılan yeni islahatların peşəkar Ordunun formalaşmasına səbəb olduğunu vurğulayıb.
Nazir qarşıdan gələn 8 Noyabr - Zəfər Günü münasibətilə məzunları və bütün şəxsi heyəti təbrik edib, onlara xidmətlərində uğurlar arzulayıb.
Qardaş Türkiyədən olan peşəkar təlimatçıların da cəlb edildiyi kursların yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə müdafiə naziri türkiyəli zabitlərə və bütün heyətə təşəkkürünü bildirib.
© AR Ministry of DefenceHərbi Dəniz Qüvvələrində növbəti buraxılış mərasimi keçirilib
Hərbi Dəniz Qüvvələrində növbəti buraxılış mərasimi keçirilib - Sputnik Azərbaycan, 1920, 06.11.2022
Hərbi Dəniz Qüvvələrində növbəti buraxılış mərasimi keçirilib
Kurs birinciləri tərəfindən rəmzi yaş kötüyünə emblemlər vurulduqdan sonra məzunlara sertifikatlar təqdim edilib. Fərqlənən bir qrup hərbi qulluqçu və təlimatçı fəxri fərman, qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Müdafiə naziri Türkiyədə təşkil edilən “Dənizdə Qadağa Əməliyyatları” üzrə 2-ci səviyyəli (NEL-2) NATO qiymətləndirməsindən müvəffəqiyyətlə keçən bölmənin komandirinə "Döyüşə hazır" sertifikatını təqdim edib.
© AR Ministry of DefenceHərbi Dəniz Qüvvələrində növbəti buraxılış mərasimi keçirilib
Hərbi Dəniz Qüvvələrində növbəti buraxılış mərasimi keçirilib - Sputnik Azərbaycan, 1920, 06.11.2022
Hərbi Dəniz Qüvvələrində növbəti buraxılış mərasimi keçirilib
Buraxılış mərasiminin rəsmi hissəsi başa çatdıqdan sonra müdafiə naziri dəniz xüsusi təyinatlılarının taktiki-xüsusi məşğələsini, sualtı hücum və sualtı müdafiə bölmələrinin dalğıclarının nümunəvi çıxışlarını izləyib.
Sonra general-polkovnik Z.Həsənov dəniz xüsusi təyinatlıları ilə görüşərək Vətən müharibəsi zamanı onların şücaətinin təqdirəlayiq olduğunu bildirib. Dəniz xüsusi təyinatlılarının göstərdikləri qəhrəmanlıqlara görə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin onların hər birinə yüksək dəyər verdiyini xüsusi vurğulayıb.
Sonda müdafiə nazirinə dəniz piyadalarının və xüsusi təyinatlılarının istifadəsində olan müasir silahlar, döyüş və nəqliyyat vasitələri təqdim edilib.
Xəbər lenti
0