CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Valideynsiz uşaqların hüququ haqda qanun nə deyir

© AFP 2024 / JOSEP LAGOUşaq, arxiv şəkli
Uşaq, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.11.2022
Abunə olmaq
Millət vəkili deyir ki, 18 yaşı tamam olan belə şəxslər işlə təmin olunmalı, gənc ailə institunu nəzərdə tutub dəstəkləmək üçün müavinət verilməsi də nəzərdə tutula bilər
BAKI, 6 noyabr - Sputnik. Şəhidimiz Səbuhi Əhmədovun qardaşının mənzil hüquq tanınmır, qanunun niyə ona qardaşına şamil olunmaması anlaşılmır. Qanun bütün kateqoriyadan olan valideyn himayəsindən məhrum olan şəxslərə şamil edilirsə, bu zaman "SOS Uşaq Kəndləri – Azərbaycan”ı bitirən şəxslər də istisna olmamalıdır.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.
Qanunvericiliyin icrasında problemlər var
Millət vəkili qeyd edir ki, qanunvericilikdə beynəlxalq konvensiyalardan irəli gələn hansıssa müəddəalar nəzərdə tutulmursa, onlara yenidən baxılmalıdır: "Qanunvericilikdə boşluqlar varsa, onlara yenidən baxılmalıdır. Etriaf edək ki, bir çox ölkələrlə müqayisədə bizdə bu institut zəifdir, dövlət dəstəyi də yetərincə deyil. İnfrastruktur da yetərli səviyyədə deyil. Yəni qnaunvericiliyin icrasında problem var".
O bildirib ki, 18 yaşı tamam olan belə şəxslər işlə təmin olunmalı, gənc ailə institunu nəzərdə tutub dəstəkləmək üçün müavinət verilməsi də nəzərdə tutula bilər: "Ali təhsillə bağlı dəstək də nəzərdə tutula bilər".
Əslində qanun Sənan Əhmədovun da mənzil hüququnu tanıyır
Vəkil Türkel Süleymanoov Sputnik Azərbaycan-a açıqlamasında deyir ki, qanunvericilikdə hansısa problem yoxdur:
"Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının qanunları kimsəsiz uşaqların hüquqları tənzimlənir. Qanunvericiliyin maddəsinə görə, əvvəllər mənzil sahəsi olmayan valideynlərini itirən və valideyn himayəsindən məhrum olan uşaqlar, habelə qəyyumluqda (himayədə) olan uşaqlar bütün tipdən olan təhsil müəssisələrini və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsini bitirməyə, əhaliyə sosial xidmət müəssisələrindən və Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarından buraxılmağa, cəzaçəkmə müəssisələrindən azad olunmağa üç ay qalmış müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən olunmuş sosial normalardan az olmayan yaşayış yeri ilə növbədənkənar təmin olunurlar. Yəni, qanunda da yazılmayıb ki, yalnız uşaq evinin məzunları evlə təmin olunmalıdırlar".
Uşaq harada böyümək üçün seçim edə bilmir
O bildirib ki, lakin bizim bəzi məmurlar səbəb olmadan da qanunvericiliyi məhdudlaşdırmağa çalışırlar: "Bu cür şəxslər sosial təminatı xahiş ərizə ilə deyil, birbaşa təmin olunmalıdır. Yəni belə fikir irəli sürülür ki, Səbuhinin təlim və tərbiyə aldığı “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası Nizamnaməsinə görə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisə statusunda deyil. Şərti olaraq belə deyim, əgər həmin mərkəz qanunsuz fəaliyyətlə məşğul olubsa, ona qarşı bir iş görülməli idi. Belə olmadığı halda isə o zaman həmin müəssisəni bitirən şəxslərin hüquqlarını məhdudlaşdırmaq mümkün deyil. Çünki ilk olaraq uşaq harada qalmaq, hansı müəssisədə böyüməklə bağlı seçimə malik olmur. Qanunda göstərilmədiyi halda qanunu məhdudlaşdırmağa kiminsə haqqı yoxdur".
Vəkil deyir ki, bu 1999-cu ilin qanunu olsa da müasir zamanla da ayaqlaşır və çox da təkmil bir qanun hesab edilir. O vurğulayır ki, şəhid Səbuuhi Əhmədovun ölümündən sonra onun qardaşının üzləşdiyi çıxılmaz vəziyyətlə əlaqədar olaraq qanunda ümumi qeyd olmalıdır: "Baş verən hallar nəzərə alınmaqla qanunda qeyd yazılmalıdır ki, təminat bütün sosial xidmət müəssisələrinə şamil edilir".
O bildirib ki, bu nüanslarla bağlı qanunda əlavə hansısa dəyişikliyə ehtiyac yoxdur: "İndi elə bir qurum yoxdur ki, birbaşa olaraq məmur özbaşınalığının qarşısını almaqla məşğul olsunlar. Belə bir qurum olarsa, çox gözəl olardı. Çünki mütərəqqi qanunlarımız çox olsa da, onlar işləmir. Qanunun özünə nəzarət edən qurum olmalıdır".
Əlavə olaraq vəkil təklif edir ki, valideyn himayəsindən məhrum olan, valideynlərini itirən belə şəxslərə görə kredit faizləri də aşağı salınmalıdır.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın sentyabrın 12-13-də törətdiyi təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalan Səbuhi Əhmədova "şəhid", onun ailəsinə isə "şəhid ailəsi" statusu verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunmaq üçün arayış verib.
Bununla bağlı arayışı Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini - Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilov sentyabrın 20-də imzalayıb.
Sənəddə qeyd olunub ki, gizir Əhmədov Səbuhi Fuad oğlu sentyabrın 13-də düşmən təxribatının qarşısının alınması zamanı həlak olub.
Bildirilib ki, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən gizir Əhmədov Səbuhi Fuad oğlu "Şəhid", onun ailəsi isə "Şəhid ailəsi" hesab edilir.
Xatırladaq ki, şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ona vermək istədiyi birotaqlı mənzildən imtina edib. O, manşet.az-a müsahibəsində qeyd edib ki, ailə üzvlərinin sayına görə bu təklifə rədd cavabı verib:
"Dedilər ki, sizə birotaqlı ev veriləcək. Dedim ki, qardaşım evə görə döyüşməyib. O yaşasaydı, dekabr ayına qədər mənzil alacaqdıq. Amma mən bugünkü gün utana-utana yataq otağında qonaq qəbul edə bilmərəm. Mənim qızım və həyat yoldaşım var. Hətta mənim kirayə qaldığım evdə belə, qonaqları qəbul etmək üçün zal var. Onlar da dedilər ki, sənə ikiotaqlı ev təklif edə bilmərik. Qeyd etdilər ki, o birotaqlı evi də sənə internat məzunu olduğun üçün veririk. Onlar bildirdilər ki, sən şəhid ailəsi sayılmırsan. Onun ailəsi mən deyiləmsə, kim idi? O, mənimlə qalırdı. Bizim bir-birimizdən başqa kimsəmiz yoxdur. Onlara bu haqda da məlumat verdim. Onlar dedilər ki, qanun belədir, qardaş ailə hesab olunmur".
Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 80 hərbiçi şəhid olub.
Məlumat üçün onu da bildirək ki, şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Azərbaycan Respublikası qanununa görə, aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir:
Ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr.
Sənanın təlim və tərbiyə aldığı "SOS Uşaq Kəndləri – Azərbaycan" Assosiasiyası Nizamnaməsinə görə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisə statusunda deyil. Bu isə onun şəhid ailəsi statusu almasına mane olur.
Xəbər lenti
0