Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Təhsil kurslarına necə nəzarət edilməlidir?

© AR Ministry of EducationDərs, arxiv şəkli
Dərs, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.11.2022
Abunə olmaq
Təhsil ekspertləri bildirir ki, ölkədə kurslarla bağlı vəziyyət ürəkaçan deyil, təklif olaraq bildirilir ki, bu kursların fəaliyyətinə nəzarət üçün oranı bitirən tələbələrin nəticələrinin analizi aparılmalıdır
BAKI, 6 noyabr — Sputnik. Getdiyim kursdakı təhsil məni qane etmədi. Öncədən yüksək vədlər verilsə də, kursu yarımçıq qoydum. Dil kurslarında daha çox qrammatika öyrədilir. Lakin mənim istəklərim daha çoxdur. Məsələn, ingilis dilində daha sərbəst danışmaq, səhvsiz yazmaq istəyirəm. Amma getdiyim kurslarda mənə bu bacarıqları öyrətməkdən daha çox qrammatik bilikləri aşılamağa üstünlük verdiər.
Bunu Sputnik Azərbaycan-a bir neçə dil kursuna getsə də onların keyfiyyətindən narazı qalan Vüsalə Nəzərova deyib.
Ümumiyyətlə, nəinki dil kursları, digər təhsil kursları ilə bağlı vəziyyət də ürəkaçan deyil.
Bəs, bu kurslar necə nəzarət etmək olar və ümumiyyətlə, kurs açmaq üçün prosedur nədən ibarətdir?
Təhsil üzrə ekspert, kurslardan birinin rəhbəri olan Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirir ki, Azərbaycanda təhsil sahəsində özəl sektorun fəaliyyəti və ona nəzarət ürəkaçan deyil: "Özəl kurslara audit təşkil olunmur. Bu kurslar rəsmi şəkildə fəaliyyət göstərsələr də, nə keyfiyyətləri, nə müqavilələrin uyğunluğu, nə də ki, ödədikləri vergilərin həqiqətən də miqdarının düzgün olub-olmadığı araşdırılmır. Bundan başqa, dünyanın heç bir ölkəsində dil kurslarında akademik danışıq, yazı bacarıqları formalaşdırılmır. Hazırlıq kursuna getməklə, Youtube vasitəsilə videodərslər almağın heç bir fərqi yoxdur. Amma təəssüflər olsun ki, bizim dil kurslarımız yalan vədlər verib müştəri cəlb edirlər".
K.Əsədov deyir ki, dil kursları bir müştərini daha uzun müddətdə əllərində saxlamaq üçün daha çətin suallar tərtib edirlər: "Bəzi dil kursları səviyyəni bəlli etmək üçün çətin suallar tərtib edirlər ki, uşaqların nəticələri aşağı olsun və kurs üçün hazırlıq ayının müddəti, nəticədə bir abituriyentdən əldə edə biləcəkəri qazanc daha çox olsun. Təbii ki bu kurslar kommersiya maraqlarına xidmət edir".
Ekspert bildirir ki, bu kurslarda yalnız ilkin biliklər formalaşdırılır. Bu kurslardan heç bir halda yüksək göstəricilər gözləyə bilmərik. Amma təəssüflər olsun ki, bu kurslar zölərini yalandan reklam edərək qısa müddətdə yüksək nəticə üçün vəd verirlər. Bəzən hətta 3 günə də ingilis dili öyrənməklə bağlı vədlər verirlər. Təəssüflər olsun ki, gəlir qazanmaq üçün real olmayan vədlər kifayət qədərdir.
Fəaliyyyət göstərən kursların metodikalarının zəif olduğunu bildirən həmsöhbətimiz qeyd edir ki, bəzən təcrübəsiz şəxslər bu sahədə olduğu üçün nəticələr də ürəkaçan olmur. Bu səbəbdən də imtahanlarda da ən aşağı nəticələr elə xarici dillər üzrə olur.
O vurğulayır ki, müəllimləri, işə götürənləri imtahan etməklə keyfiyyətə nəzarət etmək, müəllimlərin monitorinqi aparılmalıdır: "Bu yolla müəyyənləşdirmək olar ki, kurslarda çalışan şəxslər həqiqətən də mütəxəssisdirmi? Məzunların nəticlərini yoxlamaqla da yekun nəticəyə gəlmək olar. Təbii ki, nəticələr zəif olarsa, bu zaman artıq həmin kursun fəaliyyəti məhdudlaşdırıla bilər".
Təhsil eksperti deyir ki, təkcə dil kursları deyil, digər kurslarda da vəziyyət ürəkaçan deyil, valideynlər yüksək səviyyədə aldadılır və təəssüflər olsun ki, bu vəziyyət kütləvi hal alıb.
Ümumiyyətlə, bir kurs açmaq bu qədərmi asandır və prosedur necədir?
Kurslardan birinin rəhbəri digər təhsil eksperti Elşən Qafarov bildirib ki, belə təhsil mərkəzləri "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri" haqda Azərbaycan Respublikasının qanununa uyğun olaraq fəaliyyət göstərən məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyata alınması ilə fəaliyyətə başlayırlar: "2011-ci ildən bir pəncərə sistemi ilə istənilən şəxs ASAN Xidmətə yaxınlaşmaqla məhdud məsuliyyətli cəmiyyət yaradır. MMC-in nizamnəməsi, dövlət qeydiyyatı haqda şəhadətnaməsi və dövlət reyestrindən çıxarışı əmək münasibətlərinin elektron informsiya sisteminə elektron şəkildə göndərildikdən sonra rəsmən fəaliyyətə başlaya bilirlər".
"Təhsil haqqında qanun"un 19-cu "Ümumtəhsil haqda qanun"un isə 13-cü maddəsində göstərilir ki, tam orta təhsil səviyyəsini bitirən hər kəs bir və ya bir neçə xarici dildə ünsiyyət qurmağı bacarmalıdır. Lakin təəssüflər olsun ki, ümumtəhsil məktəblərində xarici dilin tədrisi ilə bağlı ciddi problemlər var. 152 min müəllimin təqribən 30 mini xarici dil müəllimidir. Lakin təəssüflər olsun ki, onların heç 10 faizi tədris etdiyi xarici dildə ünsiyyət saxlamağı bacarmır. Xarici dil üzrə müəllim və mütəxəssis yetişdirən Azərbaycan Dövlət Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin bakalavr səviyyəsini bitirənlərin əksəriyyəti həmin dil üzrə sərbəst ünsiyyət saxlamağı bacarmır", - deyə həmsöhbətimiz əlavə edib.
O bildirir ki, kurslarla bağlı problemi həll etmək üçün yaxşı mütəxəssis yetirşdirmək lazmdır: "Bunun üçün gərək ki, ali təhsil müəssisələrində də keyfiyyətin yüksəldilməsinə nəzarət edilsin. Belə olan halda keyfiyyətli mütəxssislər olarsa, artıq aldadanlar da kimisə özünə cəlb edə bilməyəcəklər. Lakin hazırkı vəziyyətdə tələbat böyük olsa da, bu sahədə mütəxəssis qıtlığı var".
Qafarov belə düşünür ki, ümumiyyətlə, bütün xarici dil müəllimləri sertifikasiyadan keçirilməlidirlər.
Ekspert ümumilikdə digər kurslarla bağlı vəziyyəti də şərh edib: "Kurs təhsil mərəzi deyil, təhsil sahəsində fəaliyyət göstərən bir biznes şirkətidir və onların fəaliyyətinə nəzarət yoxdur. Xarici təcrübədə belədir ki, repetitorluq fəaliyyəti ilə məşğul olmaq üçün həmin şəxslər mütləq şəkildə imtahandan keçirlər və onlara lisenziya, sertifikat verilir ki, bu qədər müddətə bu fəaliyyətlə məşğul ola bilərlər: "Bizdə isə belə kurslar sadəcə olarq vergi ödəyicisi kimi qeydiyyatdan keçərək fəaliyyətə başlayırlar".
"Təəssüflər olsun ki, Azərbaycanda keyfiyyətə nəzarət sistemi yoxdur. Təhsil Nazirliyi bu kursların fəaliyyətinə nəzarət etmir", - deyə həmsöhbətimiz əlavə edib.
Digər təhsil eksperti İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkədə keyfiyyətli kurslar çox azdır, həvəskar və qeyri-peşəkar şəxslərin idarə etdiyi kursların peşəkarlıq səviyyəsi çox aşağıdır: "Təəssüf ki, bu vəziyyəti tənzimləmək mümkün deyil".
Xəbər lenti
0