CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İpoteka bazarında vəziyyət barədə ekspertlərin fikirləri

© pixabay / SchluesseldienstMənzil açarları, arxiv şəkli
Mənzil açarları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.11.2022
Abunə olmaq
Artıq ipoteka ilə ev alıb kirayəyə vermək dəb halına gəlib
BAKI, 6 noyabr — Sputnik. Bu günədək İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına 41 min 478 şəxs ipoteka kreditindən yararlanıb.
Maraqlıdır, ipoteka bazarında qazanc varmı və bu yolla ev alıb həmin mənzili kirayəyə verənlərin sayı necə artıbmı?
Daşınmaz əmlak üzrə ekspert Ramin Osmanlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, son illər ipoteka ilə ev alıb kirayəyə vermək bir qədər populyarlıq qazanıb: "Lakin düşünmürəm ki, insanlar bu yola sadəcə qazanc əldə etmək məqsədi ilə əl atırlar. Yəi, burda başqa səbəblər də var. Bir şəxshansısa ərazidə kirayə mənzil götürürsə və onun qaylıq qazancları ipotek məbləği ilə müqayisədə o qədər də yüksək olmursa, bu zaman şəxs həmin evi kirayəyə verib daha ucuz evdə kirayədə qalmağa üstünlük verir".
"Lakin sözsüz ki, müəyyən maddi imkanları olan, yaşayış üçün yeri, gəlir mənbələri olan şəxslər də var ki, onlar ipoteka kreditindən yararlanaraq mənzil alırlar və bunu kirayəyə verirlər. Lakin bu vəziyətə nəzarət etmək asan deyil", - deyə o əlavə edib.
R.Osmanlı bildirir ki, yaranan bu vəziyyət mənzil almaq istəyən şəxslərin hüquqlarının əlindən alınması kimi də dəyərləndirilə bilər: "Lakin düşünürəm ki, bu yolla mənzillərin alınaraq kirayəyə verilməsi mənzil bazarına ciddi təsir edəcək və bunun qiymətə də təsii olmayacaq".
Daşınmaz əmlak üzrə digər ekspert Elnur Fərzəliyev qeyd edir ki, bu yolla kredit məbləğini ödəmək daha əlverişlidir: "Bəzən belə bir fikir formalaşır ki, ipoteka ilə ev almaq baha başa gəlir. Amma siz 20 il əvvələ, yaxud da ki, 20 il sonraya baxın. Görün, məzillərin qiymətində nə qədər artım var, yaxud da nə qədər artım olacaq".
Ekspert bildirir ki, bu yolla bazarda mənzil sahibi olanların sayı artıb.
Xəbər lenti
0