https://sputnik.az/20221106/on-saniyenin-hokmu-yaxud-baki-metrosunda-masinist-olmagin-meseqqetleri-448291434.html
On saniyənin hökmü, yaxud Bakı metrosunda maşinist olmağın məşəqqətləri
On saniyənin hökmü, yaxud Bakı metrosunda maşinist olmağın məşəqqətləri
Sputnik Azərbaycan
Nümunəvi maşinist hesab edir ki, metroda işləməyin hər gün yüz minlərlə insanın taleyinə cavabdeh olmaq kimi ağır yükü var. 06.11.2022, Sputnik Azərbaycan
2022-11-06T10:00+0400
2022-11-06T10:00+0400
2022-11-06T10:00+0400
metro
cəmiyyət
bakı metro
bakı metropoliteni
"bakı metropoliteni" qsc
prezident ilham əliyev
maşinist
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/05/448283939_0:54:910:566_1920x0_80_0_0_e5c4b8626e095fa2f1dc74b0a17bf94c.jpg
BAKI, 6 noyabr — Sputnik. Qatar maşinisti Mais İsmayılov Metropoliten İşçiləri Həmkarlar İttifaqı tərəfindən təsis edilmiş və MİHİ-nin İcraiyyə Komitəsinin 7 aprel 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş "İlin ən yaxşı qatar maşinisti" müsabiqəsinin builki qalibidir.O, 2006-cı fevralın 1-dən "Nərimanov" elektrik deposunun kompleks briqadasında çilingər kimi fəaliyyətə başlayıb. 2007-ci il mayın 7-dən elektrik qatarlarının maşinist köməkçisi, 2008-ci il sentyabrın 2-dən maşinist işləyib. 2012-ci ilin martın 1-dən qatarları tək idarə edən maşinistdir. Peşə yüksəlişi sahəsindəki uğurlarına görə Mais İsmayılov 2014-cü ildə 3-cü, 2017-ci ildə 2-ci dərəcəli maşinist dərəcəsinə layiq görülüb. Müsabiqənin qalibi Metropoliten İşçiləri Həmkarlar İttifaqının İcraiyyə komitəsinin qərarı ilə minimum əmək haqqının 5 misli qədər pul mükafatına layiq görülüb.İllərin təcrübəsindən danışan həmsöhbətimiz bildirir ki, o vaxt maşinist olmaq üçün işə mütləq çilingər peşəsindən başlamaq lazım idi: "Qatarı, mexaniki və pnevmatik, elektrik avadanlıqlarını, qatar kabinasında olan bütün texniki parametrləri yaxşı bilmək üçün çilingər peşəsi başlanğıc nöqtəsi hesab olunurdu. Mənim əsas vəzifəm maşinist kabinasının elektrik sahəsindəki işlərdən ibarət idi. 2007-ci ildə depoda təşkil edilən maşinist köməkçisi kurslarına başladım. İlyarım maşinist köməkçisi oldum".Maşinist kimi xəttə çıxdığı ilk günü xatırlayan həmsöhbətimiz bildirir ki, qatarı ilk dəfə 2008-ci ilin yanvarından idarə etməyə başlayıb: "Maşinist kimi isə 2012-ci ildən təcrübə qazanıb idarə edirəm. Metrodan hər zaman sərnişin kimi istifadə etmişəm. Mənə maşinist kabinası kənardan həmişə maraqlı gəlirdi. Fikirləşirdim ki, görəsən, o balaca yerdə nə var, onu necə idarə edirlər, qatarı necə sürürlər, ümumiyyətlə, kabinadakı adam özünü necə hiss edir? Beləcə, maşinistliyə marağım artdı, o ab-havanı gözlərimlə görmək-yaşamaq qismətim oldu".M.İsmayılov deyir ki, kənardan kiməsə asan, rahat görünə bilər, amma maşinist peşəsi çox ağır, məsuliyyətli sənətdir: "Bütün texniki tərəfləri qoyuram bir kənara, gün ərzində minlərlə insan həyatının səndən asılı olması maşinist peşəsinin mürəkkəbliyindən xəbər verir. Özəllikləri də çoxdur. İstər sərnişinlərlə birbaşa rabitədə olmaq, istər qatarı idarə etmək baxımından ağırlığı yetərincədir".Yaxşı işçi-yaxşı maşinist olmağın əsas şərtləriO deyir ki, söhbət sırf maşinistlikdən gedirsə, hər şeydən əvvəl məsuliyyətli olmalısan: "Nəzəri və praktiki biliklər, qəza-məşq oyunlarında göstərdiyin nəticələr, çalışmalar, yerinə yetirilən texniki tapşırıqlarla yanaşı, insan mütləq qaydada psixoloji hazırlıqlı olmalı və məsuliyyət yükünü hiss etməlidir. Özünə, sağlamlığına, nizam-intizama birmənalı əməl etməlisən"."Mən maşinist işləyəndən - geridə qalan 14 ildə xəstəliklə bağlı işdən qaldığımı xatırlamıram. İşimdə də hər şey qaydasındadı, öz üzərimdə daim çalışıram, mütəmadi olaraq dərslərdə, qəza-məşq oyunlarında iştirak edirəm. Köhnə qatarlardan sonra yeni seriyalı vaqonlar haqqında biliklərimi təkmilləşdirirəm", - deyə o əlavə edib.O qeyd edir ki, təzə qatarları idarə etmək kənardan bəlkə asan görünə bilər, ancaq idarəetməsi heç də asan deyil: "Bütün sistem elektrondur, asanlığı yalnız müəyyən məqamlar üçün keçərlidi. Maşinistin şəxsi rahatlığı, havalandırma, kondisioner, kabinada səs-küyün azalması və s. Lakin idarəetmə istər köhnə qatarlarda, istər indiki müasir qatarlarda yenə də maksimum məsuliyyət, bilik və bacarıq, peşəkarlıq tələb edir"."Müasir qatarlarda digər vaqonları baş vaqondan söndürmək, yaxud hər hansı bir qoruyucunun avtomatını baş vaqondan bərpa etməyin mümkünlüyünü deyə bilərəm", - deyə o əlavə edib.Ən yadda qalan hadisəHəmsöhbətimiz 10-12 il əvvəli xatırlayır: "Təxminən 10-12 il olar, şəhərin elektrik enerjisində problem yaranmışdı, ümumi gərginlik düşmüşdü. "Əhmədli-Xalqlar dostluğu" ikinci yol mənzilində sərnişinlə dolu qatarla hərəkətdə olanda gördüm ki, gərginlik düşür, dərhal dispetçerlə əlaqə yaradıb təlimata uyğun məlumat verdim. Dispetçerin göstərişi ilə sərnişinlərin tuneldən təxliyyə olunmasına başladıq. O anlarda sərnişinlərin həyəcanlanaraq panikaya düşməməsi çox vacib idi. Bunu layiqincə etdik və heç bir narahatlıq olmadı".10 saniyə belə onlar üçün əhəmiyyətlidirMaşinist sərnişinlərdən bir qədər də anlayışlı olmağı tələb edir:"Sərnişinlərimizdən bir qədər diqqətli olmalarını, qaydalara əməl etmələrini xahiş edirəm. Qaydalara riayət etsələr, mənzil başına daha tez çata bilərlər. Bəlkə də qapını 10 saniyə saxlamağın iş qrafikinə gətirdiyi çətinliyi kənardan tam başa düşmək olmur. Amma metroda hər saniyənin bizim üçün böyük əhəmiyyəti var. Konkret qrafik üzrə hərəkət etdiyimizi nəzərə alsaq, qapıların saxlanması qrafikin pozulmasına, məndən sonra gələn qatarın məcburi formada gecikməsinə gətirib çıxarır. Bundan əlavə, təhlükəsizlik baxımından çox önəmlidir. Sərnişinlər bir-birinin rahatlığını, təhlükəsizliyini düşünməlidir".P.s. Prezident İlham Əliyevin 22 sentyabr 2022-ci ildə imzaladığı sərəncamla hər il noyabr ayının 6-sı Bakı metropoliteni işçilərinin peşə bayramı günü kimi qeyd olunacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/05/448283939_42:0:869:620_1920x0_80_0_0_0128b80c4fc82c38894a42aa6851b1f0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
metro, bakı metro, bakı metropoliteni, "bakı metropoliteni" qsc, prezident ilham əliyev, maşinist
metro, bakı metro, bakı metropoliteni, "bakı metropoliteni" qsc, prezident ilham əliyev, maşinist
On saniyənin hökmü, yaxud Bakı metrosunda maşinist olmağın məşəqqətləri
Nümunəvi maşinist hesab edir ki, metroda işləməyin hər gün yüz minlərlə insanın taleyinə cavabdeh olmaq kimi ağır yükü var.
BAKI, 6 noyabr — Sputnik. Qatar maşinisti Mais İsmayılov Metropoliten İşçiləri Həmkarlar İttifaqı tərəfindən təsis edilmiş və MİHİ-nin İcraiyyə Komitəsinin 7 aprel 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş "İlin ən yaxşı qatar maşinisti" müsabiqəsinin builki qalibidir.
O, 2006-cı fevralın 1-dən "Nərimanov" elektrik deposunun kompleks briqadasında çilingər kimi fəaliyyətə başlayıb. 2007-ci il mayın 7-dən elektrik qatarlarının maşinist köməkçisi, 2008-ci il sentyabrın 2-dən maşinist işləyib. 2012-ci ilin martın 1-dən qatarları tək idarə edən maşinistdir. Peşə yüksəlişi sahəsindəki uğurlarına görə Mais İsmayılov 2014-cü ildə 3-cü, 2017-ci ildə 2-ci dərəcəli maşinist dərəcəsinə layiq görülüb. Müsabiqənin qalibi Metropoliten İşçiləri Həmkarlar İttifaqının İcraiyyə komitəsinin qərarı ilə minimum əmək haqqının 5 misli qədər pul mükafatına layiq görülüb.
İllərin təcrübəsindən danışan həmsöhbətimiz bildirir ki, o vaxt maşinist olmaq üçün işə mütləq çilingər peşəsindən başlamaq lazım idi: "Qatarı, mexaniki və pnevmatik, elektrik avadanlıqlarını, qatar kabinasında olan bütün texniki parametrləri yaxşı bilmək üçün çilingər peşəsi başlanğıc nöqtəsi hesab olunurdu. Mənim əsas vəzifəm maşinist kabinasının elektrik sahəsindəki işlərdən ibarət idi. 2007-ci ildə depoda təşkil edilən maşinist köməkçisi kurslarına başladım. İlyarım maşinist köməkçisi oldum".
Maşinist kimi xəttə çıxdığı ilk günü xatırlayan həmsöhbətimiz bildirir ki, qatarı ilk dəfə 2008-ci ilin yanvarından idarə etməyə başlayıb: "Maşinist kimi isə 2012-ci ildən təcrübə qazanıb idarə edirəm. Metrodan hər zaman sərnişin kimi istifadə etmişəm. Mənə maşinist kabinası kənardan həmişə maraqlı gəlirdi. Fikirləşirdim ki, görəsən, o balaca yerdə nə var, onu necə idarə edirlər, qatarı necə sürürlər, ümumiyyətlə, kabinadakı adam özünü necə hiss edir? Beləcə, maşinistliyə marağım artdı, o ab-havanı gözlərimlə görmək-yaşamaq qismətim oldu".
M.İsmayılov deyir ki, kənardan kiməsə asan, rahat görünə bilər, amma maşinist peşəsi çox ağır, məsuliyyətli sənətdir: "Bütün texniki tərəfləri qoyuram bir kənara, gün ərzində minlərlə insan həyatının səndən asılı olması maşinist peşəsinin mürəkkəbliyindən xəbər verir. Özəllikləri də çoxdur. İstər sərnişinlərlə birbaşa rabitədə olmaq, istər qatarı idarə etmək baxımından ağırlığı yetərincədir".
Yaxşı işçi-yaxşı maşinist olmağın əsas şərtləri
O deyir ki, söhbət sırf maşinistlikdən gedirsə, hər şeydən əvvəl məsuliyyətli olmalısan: "Nəzəri və praktiki biliklər, qəza-məşq oyunlarında göstərdiyin nəticələr, çalışmalar, yerinə yetirilən texniki tapşırıqlarla yanaşı, insan mütləq qaydada psixoloji hazırlıqlı olmalı və məsuliyyət yükünü hiss etməlidir. Özünə, sağlamlığına, nizam-intizama birmənalı əməl etməlisən".
"Mən maşinist işləyəndən - geridə qalan 14 ildə xəstəliklə bağlı işdən qaldığımı xatırlamıram. İşimdə də hər şey qaydasındadı, öz üzərimdə daim çalışıram, mütəmadi olaraq dərslərdə, qəza-məşq oyunlarında iştirak edirəm. Köhnə qatarlardan sonra yeni seriyalı vaqonlar haqqında biliklərimi təkmilləşdirirəm", - deyə o əlavə edib.
O qeyd edir ki, təzə qatarları idarə etmək kənardan bəlkə asan görünə bilər, ancaq idarəetməsi heç də asan deyil: "Bütün sistem elektrondur, asanlığı yalnız müəyyən məqamlar üçün keçərlidi. Maşinistin şəxsi rahatlığı, havalandırma, kondisioner, kabinada səs-küyün azalması və s. Lakin idarəetmə istər köhnə qatarlarda, istər indiki müasir qatarlarda yenə də maksimum məsuliyyət, bilik və bacarıq, peşəkarlıq tələb edir".
"Müasir qatarlarda digər vaqonları baş vaqondan söndürmək, yaxud hər hansı bir qoruyucunun avtomatını baş vaqondan bərpa etməyin mümkünlüyünü deyə bilərəm", - deyə o əlavə edib.
Həmsöhbətimiz 10-12 il əvvəli xatırlayır: "Təxminən 10-12 il olar, şəhərin elektrik enerjisində problem yaranmışdı, ümumi gərginlik düşmüşdü. "Əhmədli-Xalqlar dostluğu" ikinci yol mənzilində sərnişinlə dolu qatarla hərəkətdə olanda gördüm ki, gərginlik düşür, dərhal dispetçerlə əlaqə yaradıb təlimata uyğun məlumat verdim. Dispetçerin göstərişi ilə sərnişinlərin tuneldən təxliyyə olunmasına başladıq. O anlarda sərnişinlərin həyəcanlanaraq panikaya düşməməsi çox vacib idi. Bunu layiqincə etdik və heç bir narahatlıq olmadı".
10 saniyə belə onlar üçün əhəmiyyətlidir
Maşinist sərnişinlərdən bir qədər də anlayışlı olmağı tələb edir:
"Sərnişinlərimizdən bir qədər diqqətli olmalarını, qaydalara əməl etmələrini xahiş edirəm. Qaydalara riayət etsələr, mənzil başına daha tez çata bilərlər. Bəlkə də qapını 10 saniyə saxlamağın iş qrafikinə gətirdiyi çətinliyi kənardan tam başa düşmək olmur. Amma metroda hər saniyənin bizim üçün böyük əhəmiyyəti var. Konkret qrafik üzrə hərəkət etdiyimizi nəzərə alsaq, qapıların saxlanması qrafikin pozulmasına, məndən sonra gələn qatarın məcburi formada gecikməsinə gətirib çıxarır. Bundan əlavə, təhlükəsizlik baxımından çox önəmlidir. Sərnişinlər bir-birinin rahatlığını, təhlükəsizliyini düşünməlidir".
P.s. Prezident İlham Əliyevin 22 sentyabr 2022-ci ildə imzaladığı sərəncamla hər il noyabr ayının 6-sı Bakı metropoliteni işçilərinin peşə bayramı günü kimi qeyd olunacaq.