https://sputnik.az/20221106/birlesmis-statlar-ukraynani-ikinci-efqanistana-cevirecek---ceffri-saks-448284924.html
"Birləşmiş Ştatlar Ukraynanı ikinci Əfqanıstana çevirəcək" - Ceffri Saks
"Birləşmiş Ştatlar Ukraynanı ikinci Əfqanıstana çevirəcək" - Ceffri Saks
Sputnik Azərbaycan
Amerikalı iqtisadçı bildirib ki, bu yanaşma Avropa İttifaqı üçün çox təhlükəlidir, çünki o, ön plandadır və bütün bunlardan çox zərər çəkə bilər. 06.11.2022, Sputnik Azərbaycan
2022-11-06T09:01+0400
2022-11-06T09:01+0400
2022-11-06T09:01+0400
ukrayna
dünya xəbərləri
abş
https://cdnn1.img.sputnik.az/img/07e6/02/18/439547443_0:160:3071:1887_1920x0_80_0_0_0aa427cb74fad1ebc03326980ecc38e3.jpg
BAKI, 6 noyabr — Sputnik. Avropa tezliklə öz sərhədləri daxilində Ukrayna timsalında “yeni Əfqanıstan” qazana bilər. Bunu amerikalı iqtisadçı Ceffri Saks bildirib.Onun fikrincə, Vaşinqton Moskvaya qarşı hazırkı mövqeyini dəyişməsə və danışıqlar masasına oturmasa, bu baş verəcək.Saks qeyd edib ki, Avropa “diplomatiya çempionu” idi, lakin indi o, yalnız Amerikanın mövqeyinə qulaq asır.“İndi o, ancaq Amerika xəttini tutur: biz Putini məğlub etməliyik! Biz danışıqlar aparmırıq! Bu yanaşma Avropa İttifaqı üçün çox təhlükəlidir, çünki o, ön plandadır və bütün bunlardan çox zərər çəkə bilər”.İqtisadçı Rusiya prezidentinə qarşı bu cür siyasəti fəlakətli hesab edir. Onun sözlərinə görə, Ukrayna böhranı ABŞ, Avropa və Rusiya arasında danışıqlar yolu ilə həll edilə bilər. Saks vurğulayır ki, Brüssel ağıla deyil, Amerika gündəminə tabedir.İqtisadçı əmindir ki, Birləşmiş Ştatlar Ukraynanı ikinci Əfqanıstana çevirəcək və bu ölkəni xarabalıqda buraxacaq, çünki bu, Amerikanın üslubudur.“ABŞ belə davam edərsə, Ukrayna növbəti Əfqanıstan olacaq. Biz Əfqanıstanı o qədər sevirdik ki, onu məhv etdik. Bu, Amerikanın tərzidir”, - Sakks fikirlərini tamamlayıb.Bundan əvvəl Rusiya Dövlət Dumasının deputatı Anatoli Vasserman bildirmişdi ki, Qərbin Ukraynanın bərpasına çoxmilyardlarla dollar verməsi Kiyev və xaricdəki siyasətçilərin birgə qarətinə çevriləcək.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/18/439547443_171:0:2900:2047_1920x0_80_0_0_a444d8a396c2e58950b7bbe1a32296a2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ukrayna, abş
"Birləşmiş Ştatlar Ukraynanı ikinci Əfqanıstana çevirəcək" - Ceffri Saks
Amerikalı iqtisadçı bildirib ki, bu yanaşma Avropa İttifaqı üçün çox təhlükəlidir, çünki o, ön plandadır və bütün bunlardan çox zərər çəkə bilər.
BAKI, 6 noyabr — Sputnik. Avropa tezliklə öz sərhədləri daxilində Ukrayna timsalında “yeni Əfqanıstan” qazana bilər. Bunu amerikalı iqtisadçı Ceffri Saks bildirib.
Onun fikrincə, Vaşinqton Moskvaya qarşı hazırkı mövqeyini dəyişməsə və danışıqlar masasına oturmasa, bu baş verəcək.
Saks qeyd edib ki, Avropa “diplomatiya çempionu” idi, lakin indi o, yalnız Amerikanın mövqeyinə qulaq asır.
“İndi o, ancaq Amerika xəttini tutur: biz Putini məğlub etməliyik! Biz danışıqlar aparmırıq! Bu yanaşma Avropa İttifaqı üçün çox təhlükəlidir, çünki o, ön plandadır və bütün bunlardan çox zərər çəkə bilər”.
İqtisadçı Rusiya prezidentinə qarşı bu cür siyasəti fəlakətli hesab edir. Onun sözlərinə görə, Ukrayna böhranı ABŞ, Avropa və Rusiya arasında danışıqlar yolu ilə həll edilə bilər. Saks vurğulayır ki, Brüssel ağıla deyil, Amerika gündəminə tabedir.
İqtisadçı əmindir ki, Birləşmiş Ştatlar Ukraynanı ikinci Əfqanıstana çevirəcək və bu ölkəni xarabalıqda buraxacaq, çünki bu, Amerikanın üslubudur.
“ABŞ belə davam edərsə, Ukrayna növbəti Əfqanıstan olacaq. Biz Əfqanıstanı o qədər sevirdik ki, onu məhv etdik. Bu, Amerikanın tərzidir”, - Sakks fikirlərini tamamlayıb.
Bundan əvvəl Rusiya Dövlət Dumasının deputatı Anatoli Vasserman bildirmişdi ki, Qərbin Ukraynanın bərpasına çoxmilyardlarla dollar verməsi Kiyev və xaricdəki siyasətçilərin birgə qarətinə çevriləcək.