SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

MSK sədrinə yeni səlahiyyət verilib

MSK binası - Sputnik Azərbaycan, 1920, 05.11.2022
Abunə olmaq
Prezident İlham Əliyev “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə fərman imzalayıb.
BAKI, 5 noyabr - Sputnik. Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında qanunvericiliyin pozulması ilə bağlı inzibati xətalar haqqında işlər üzrə protokolu Mərkəzi Seçki Komissiyası adından MSK sədri tərtib ediləcək.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda edilən dəyişiklikdə əksini tapıb.
Qeyd edək ki, Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında qanunvericiliyin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə ediləcək.
Xəbər lenti
0