https://sputnik.az/20221105/milli-meclis-zefer-gunu-ile-bagli-beyanat-qebul-edib-448272416.html
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Sputnik Azərbaycan
Milli Məclis hesab edir ki, Azərbaycanın təklif etdiyi 5 prinsip əsasında sülh danışıqları prosesində yerinə yetiriləcək addımlar sülh sazişinin imzalanmasına... 05.11.2022, Sputnik Azərbaycan
2022-11-05T12:18+0400
2022-11-05T12:18+0400
2022-11-05T12:30+0400
siyasət
prezident ilham əliyev
milli məclis
zəfər günü
https://cdnn1.img.sputnik.az/img/41241/94/412419425_0:470:4513:3008_1920x0_80_0_0_ae59351455da89ee03c1965a74bcf47b.jpg
BAKI, 5 noyabr - Sputnik. 8 Noyabr − Zəfər Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı qəbul edilib.Bəyanatı deputat Ramil Həsən oxuyub.Bəyanatda deyilir:“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfər Azərbaycan tarixinin müstəsna səhifələrindən biridir. Son 200 ilə yaxın dövrdə ermənilərin həyata keçirdiyi etnik təmizləməyə birdəfəlik son qoyulması Azərbaycan tarixində yeni mərhələnin başlanmasına şərait yaradıb.Təəssüf ki, böyük zəfərə gedən yol xalqımıza böyük itkilər hesabına başa gəlib. 1 milyondan artıq soydaşımız 30 ildən artıq qaçqınlıq və məcburi köçkünlük yaşamağa məcbur olub. I Qarabağ müharibəsində itkin düşən 4000-ə yaxın soydaşımızın taleyi hələ də məlum deyil. İşğal olunmuş ərazilərdə erməni vandalları bütün şəhər və kəndlərimizi dağıdıb. İşğal dövründə mədəniyyət abidələrimiz məhv edilib. Azad edilmiş ərazilərdə Ermənistanın mina terroru hələ də davam edir. Lakin düşmənin vəhşiliyi və qəddarlığı xalqımızın mübarizə əzmini qıra bilməzdi və qıra da bilmədi.Xalqımızı qalib xalqa çevirən bu Şanlı Zəfər etibarlı siyasi rəhbərlik fenomenidir. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasətini davam etdirərək Azərbaycanı dövrünün ən qüdrətli dövlətinə çevirib. Yenilməz döyüş əzmi və yüksək peşəkarlığı sayəsində Şuşanı digər şəhər və kəndlərimizi düşməndən xalqımız təmizləyib. Daxili və xarici siyasətimiz xalqın maraqları və tələbatı üzərinə qurulub. 2020-ci il 10 noyabrda imzalanan üçtərəfli bəyanat Ermənistan və Azərbaycan arasında olan münaqişəyə son qoyub.Bu gün Qarabağ və Şərqi Zəngəzurda bərpa işləri görülür, infrastruktur yaradılır, yollar, körpülər, tunellər çəkilir, Zəngəzur dəhlizinin açılmasına hazırlıq görülür. Bütün bunlar Azərbaycanın daha da güclənməsini təmin edəcək. Milli Məclis Ermənistan tərəfini yaranmış tarixi fürsəti düzgün dəyərləndirməyə çağırır. Milli Məclis hesab edir ki, Azərbaycanın təklif etdiyi 5 prinsip əsasında sülh danışıqları prosesində yerinə yetiriləcək addımlar sülh sazişinin imzalanmasına kömək göstərəcək”.Bəyanat səsə qoyularaq qəbul edilib.8 noyabr Zəfər GünüdürAzərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə edib.44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilib.Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olub.Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynamışdır. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-inin Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli digər Sərancamı ilə Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması qərara alınıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41241/94/412419425_173:0:4184:3008_1920x0_80_0_0_2411e4242e5aebc374008e748aaf1230.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
prezident ilham əliyev, milli məclis, zəfər günü
prezident ilham əliyev, milli məclis, zəfər günü
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
12:18 05.11.2022 (Yenilənib: 12:30 05.11.2022) Milli Məclis hesab edir ki, Azərbaycanın təklif etdiyi 5 prinsip əsasında sülh danışıqları prosesində yerinə yetiriləcək addımlar sülh sazişinin imzalanmasına kömək göstərəcək.
BAKI, 5 noyabr - Sputnik. 8 Noyabr − Zəfər Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı qəbul edilib.
Bəyanatı deputat Ramil Həsən oxuyub.
“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfər Azərbaycan tarixinin müstəsna səhifələrindən biridir. Son 200 ilə yaxın dövrdə ermənilərin həyata keçirdiyi etnik təmizləməyə birdəfəlik son qoyulması Azərbaycan tarixində yeni mərhələnin başlanmasına şərait yaradıb.
Təəssüf ki, böyük zəfərə gedən yol xalqımıza böyük itkilər hesabına başa gəlib. 1 milyondan artıq soydaşımız 30 ildən artıq qaçqınlıq və məcburi köçkünlük yaşamağa məcbur olub. I Qarabağ müharibəsində itkin düşən 4000-ə yaxın soydaşımızın taleyi hələ də məlum deyil. İşğal olunmuş ərazilərdə erməni vandalları bütün şəhər və kəndlərimizi dağıdıb. İşğal dövründə mədəniyyət abidələrimiz məhv edilib. Azad edilmiş ərazilərdə Ermənistanın mina terroru hələ də davam edir. Lakin düşmənin vəhşiliyi və qəddarlığı xalqımızın mübarizə əzmini qıra bilməzdi və qıra da bilmədi.
Xalqımızı qalib xalqa çevirən bu Şanlı Zəfər etibarlı siyasi rəhbərlik fenomenidir. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasətini davam etdirərək Azərbaycanı dövrünün ən qüdrətli dövlətinə çevirib. Yenilməz döyüş əzmi və yüksək peşəkarlığı sayəsində Şuşanı digər şəhər və kəndlərimizi düşməndən xalqımız təmizləyib. Daxili və xarici siyasətimiz xalqın maraqları və tələbatı üzərinə qurulub. 2020-ci il 10 noyabrda imzalanan üçtərəfli bəyanat Ermənistan və Azərbaycan arasında olan münaqişəyə son qoyub.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda bərpa işləri görülür, infrastruktur yaradılır, yollar, körpülər, tunellər çəkilir, Zəngəzur dəhlizinin açılmasına hazırlıq görülür. Bütün bunlar Azərbaycanın daha da güclənməsini təmin edəcək. Milli Məclis Ermənistan tərəfini yaranmış tarixi fürsəti düzgün dəyərləndirməyə çağırır. Milli Məclis hesab edir ki, Azərbaycanın təklif etdiyi 5 prinsip əsasında sülh danışıqları prosesində yerinə yetiriləcək addımlar sülh sazişinin imzalanmasına kömək göstərəcək”.
Bəyanat səsə qoyularaq qəbul edilib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə edib.
44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilib.
Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olub.
Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynamışdır. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-inin Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli digər Sərancamı ilə Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması qərara alınıb.