DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistan çalxalanır: "Bizə təklif olunan müqavilə kapitulyasiyadan başqa bir şey deyil"

© AFP 2023Yerevanda etiraz aksiyası
Yerevanda etiraz aksiyası - Sputnik Azərbaycan, 1920, 05.11.2022
Abunə olmaq
Ermənistan müxalifəti özünəməxsus performansla indiki şəraitdə Azərbaycanla sülh müqaviləsinin yeni məğlubiyyət olduğunu açıq şəkildə ortaya qoyub.
BAKI, 5 noyabr - Sputnik. Ermənistan müxalifəti İrəvanda hökumət binası qarşısında ölkənin təslim olmasını simvolizə edən kağızı yandırıb.
Sputnik Ermənistanın xəbərinə görə, kağızda iri hərflərlə belə yazılıb: “Sülh müqaviləsi” və “Təslim ol”.
Beləliklə, “Müqavimət” hərəkatının tərəfdarları ölkəyə Azərbaycanla təklif olunan müqavilənin kapitulyasiyadan başqa bir şey olmadığını və hakimiyyətin bunu imzalamasına imkan verməyəcəklərini açıq şəkildə bildiriblər.
Qısa siyasi çıxışdan sonra mitinq iştirakçıları əvvəllər mitinqin keçirildiyi Fransa meydanına doğru yürüş ediblər.
Bundan əvvəl "Müqavimət" hərəkatının koordinatoru İşxan Saqatelyan bildirib ki, milli hökumətin formalaşdırılması müxalifətin gündəmində qalır.
Fransa meydanında keçirilən mitinqdən sonra “Müqavimət” hərəkatı İrəvanın mərkəzi küçələri ilə yürüşə başlayıb. Deputat İşxan Saqatelyan bildirib ki, iştirakçılar simvolik aksiyanın keçiriləcəyi hökumət binasına çatmaq niyyətindədirlər.
Daha sonra müxalifət Fransa meydanında növbəti addımlarını elan ediblər.
Saqatelyan çıxışında bildirib ki, müxalifətin gündəmində milli hökumətin formalaşdırılması və hazırkı hakimiyyətin kənarlaşdırılması məsələsi qalmaqdadır. Bir nəfər, yəni, Baş nazir Nikol Paşinyanın Ermənistanın və xalqının taleyini şəxsən təyin etmək hüququ yoxdur. Və danışıqlar nəticəsində Ermənistanın üzərinə qoyulacaq, onun maraqlarını əks etdirməyən istənilən sənəd meydanda cırılacaq.
Müxalifətçi qeyd edib ki, Ermənistan Qarabağla bağlı danışıqlardan heç vaxt imtina etməyib və indi də imtina etmir. Amma danışıqlar milli rüsvayçılıq və yeni itkilər bahasına aparılmamalıdır. Müxalifətin qarşısına qoyduğu vəzifə isə onun sıralarından birinin baş nazir olması ilə bitmir. Məsələ əslində daha ciddidir:
"Dağlıq Qarabağın və Ermənistan Respublikasının özünün taleyi təhlükə altındadır. İndiki komandanın hakimiyyətdə qalması fəlakətlə doludur", - deyən hərəkat nümayəndəsi əmindir ki, müharibədəki məğlubiyyətdən sonra ölkənin imicinin bərpası, beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi yalnız dövlətin və xalqın maraqlarını önə çəkən yeni hökumətin gəlişindən sonra mümkündür.
Onun fikrincə, yeni hökumət, "Ermənistan Respublikası, Dağlıq Qarabağ və diaspor" üçlüyünü bərpa etməli, güclü müdafiə və təhlükəsizlik sistemi yaratmalı, bütün bunları peşəkar, vətənpərvər soydaşların iştirakı ilə etməlidir. Hərəkat bundan əvvəl də cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri ilə çoxsaylı müzakirələr aparıb. Saqatelyan əmindir ki, Ermənistanda bu problemi həll etmək üçün kadrlar və insan resursları var.
Xəbər lenti
0