https://sputnik.az/20221105/erdogan-turkiyenin-taxil-sazisindeki-ve-beynelxalq-diplomatiyadaki-esas-rolunu-aciqladi--448281039.html
Ərdoğan Türkiyənin taxıl sazişindəki və beynəlxalq diplomatiyadakı əsas rolunu açıqladı
Ərdoğan Türkiyənin taxıl sazişindəki və beynəlxalq diplomatiyadakı əsas rolunu açıqladı
Sputnik Azərbaycan
Türkiyə prezidenti bildirib ki, "dünya beşdən böyükdür" tezisimiz hadisələrin inkişafı ilə təsdiqlənir və Ukrayna müharibəsi zamanı öz düzgünlüyünü bir daha... 05.11.2022, Sputnik Azərbaycan
2022-11-05T18:00+0400
2022-11-05T18:00+0400
2022-11-16T10:41+0400
ərdoğan
dünya xəbərləri
türkiyə
rusiya
ukrayna
vladimir zelenski
antonio quterreş
taxıl
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/17/434512315_0:75:3072:1803_1920x0_80_0_0_1a00b5a2d3f1464a58da22e08e223ea6.jpg
BAKI, 5 noyabr — Sputnik. Türkiyə xarici siyasətində balansı qoruyur və bu prinsipə əməl etməyə davam edəcək. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən ictimai-siyasi forumda deyib.Belə siyasətin uğurlu nümunəsi kimi o, taxıl sövdələşməsinin bərpasını göstərib.“Bizim “dünya beşdən böyük”dür tezisimiz hadisələrin inkişafı ilə təsdiqlənir və Ukrayna müharibəsi zamanı öz düzgünlüyünü bir daha sübut etdi”, - Ərdoğan deyib.Onun sözlərinə görə, Türkiyə sülhsevər siyasətinə görə beynəlxalq diplomatiyada əsas rol oynayır. "Bunu təsdiqləyən mühüm nümunə taxıl böhranının həlli və taxıl dəhlizinin işinin bərpasıdır. Bu proses Rusiya Prezidenti Vladimir Putin, Ukrayna Prezidenti Volodimir Zelenski və BMT Baş katibi Antonio Quterreş ilə balanslaşdırılmış münasibətlərimiz sayəsində reallaşıb”, - deyə Ərdoğan vurğulayıb.Noyabrın 2-də Rusiya BMT və Türkiyənin vasitəçiliyi ilə Ukraynanın Qara dənizdəki təhlükəsizlik dəhlizindən hərbi məqsədlər üçün istifadə etməyəcəyinə dair yazılı zəmanət verildikdən sonra taxıl sazişində iştirakını bərpa etmək qərarına gəlib. Eyni zamanda Moskva bəyan edib ki, Kiyev onlara verilən zəmanətləri pozarsa, sazişdən çıxmaq hüququnu özündə saxlayır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/17/434512315_213:0:2944:2048_1920x0_80_0_0_432c841ee17e209aaeffe15fbf735c91.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ərdoğan, türkiyə, rusiya, ukrayna, vladimir zelenski, antonio quterreş, taxıl
ərdoğan, türkiyə, rusiya, ukrayna, vladimir zelenski, antonio quterreş, taxıl
Ərdoğan Türkiyənin taxıl sazişindəki və beynəlxalq diplomatiyadakı əsas rolunu açıqladı
18:00 05.11.2022 (Yenilənib: 10:41 16.11.2022) Türkiyə prezidenti bildirib ki, "dünya beşdən böyükdür" tezisimiz hadisələrin inkişafı ilə təsdiqlənir və Ukrayna müharibəsi zamanı öz düzgünlüyünü bir daha sübut etdi.
BAKI, 5 noyabr — Sputnik. Türkiyə xarici siyasətində balansı qoruyur və bu prinsipə əməl etməyə davam edəcək. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən ictimai-siyasi forumda deyib.
Belə siyasətin uğurlu nümunəsi kimi o, taxıl sövdələşməsinin bərpasını göstərib.
“Bizim “dünya beşdən böyük”dür tezisimiz hadisələrin inkişafı ilə təsdiqlənir və Ukrayna müharibəsi zamanı öz düzgünlüyünü bir daha sübut etdi”, - Ərdoğan deyib.
Onun sözlərinə görə, Türkiyə sülhsevər siyasətinə görə beynəlxalq diplomatiyada əsas rol oynayır. "Bunu təsdiqləyən mühüm nümunə taxıl böhranının həlli və taxıl dəhlizinin işinin bərpasıdır. Bu proses Rusiya Prezidenti Vladimir Putin, Ukrayna Prezidenti Volodimir Zelenski və BMT Baş katibi Antonio Quterreş ilə balanslaşdırılmış münasibətlərimiz sayəsində reallaşıb”, - deyə Ərdoğan vurğulayıb.
Noyabrın 2-də Rusiya BMT və Türkiyənin vasitəçiliyi ilə Ukraynanın Qara dənizdəki təhlükəsizlik dəhlizindən hərbi məqsədlər üçün istifadə etməyəcəyinə dair yazılı zəmanət verildikdən sonra taxıl sazişində iştirakını bərpa etmək qərarına gəlib. Eyni zamanda Moskva bəyan edib ki, Kiyev onlara verilən zəmanətləri pozarsa, sazişdən çıxmaq hüququnu özündə saxlayır.