https://sputnik.az/20221105/ciraq-platformasindan-25-ilde-ne-qeder-neft-cixarilib--448282998.html
"Çıraq" platformasından 25 ildə nə qədər neft çıxarılıb?
"Çıraq" platformasından 25 ildə nə qədər neft çıxarılıb?
Sputnik Azərbaycan
Bu günədək BTC boru kəməri vasitəsilə Azərbaycandan təqribən 3,9 mlrd. barel xam neft nəql edilib və bu neft 5163 tankerə yüklənərək dünya bazarlarına... 05.11.2022, Sputnik Azərbaycan
2022-11-05T18:18+0400
2022-11-05T18:18+0400
2022-11-05T18:18+0400
çıraq
neft-qaz
neft
"çıraq" yatağı
https://cdnn1.img.sputnik.az/img/42177/39/421773907_0:133:1280:853_1920x0_80_0_0_f020912009792c0460d3e85d03aab904.jpg
BAKI, 5 noyabr — Sputnik. Bu gün "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunun (AÇG) hasilata başladığı ilk platforma - "Çıraq"dan ilk neftin əldə olunmasının 25 ili tamam olur. O vaxtdan bəri "Çıraq" platforması ümumilikdə təqribən 766 mln. barel (103 mln. ton) neft hasil edib ki, bu da AÇG-nin ümumi hasilatının təxminən beşdə biri qədərdir.AÇG layihəsinin operatoru olan Böyük Britaniyanın BP şirkəti məlumat verib.""Çıraq" ilkin olaraq 7 illik istismar üçün planlaşdırılmışdı, lakin peşəkar işçi heyətinin əla iş icrası, yüksək ixtisas bilikləri, texnoloji bacarıqları və qətiyyəti sayəsində bu platforma hələ də AÇG layihəsinin yeni platformaları ilə yanaşı əməyin təhlükəsizliyi üzrə ən yüksək beynəlxalq standartlara uyğun, həmçinin yüksək əməliyyat səmərəliliyi və etibarlılıq göstəriciləri ilə istismardadır və hələ uzun illər boyunca da işləyəcək", - məlumatda qeyd olunur.Məlumata görə, o vaxtdan bəri bu yataqlarda 5 əlavə hasilat platforması inşa edib və onları təhlükəsiz və etibarlı şəkildə istismar etməkdədir. Bu platformalardan indiyədək ümumilikdə 3,4 mlrd. bareldən artıq (təqribən 460 mln. ton), "Çıraq"la birlikdə isə 4,2 mlrd. barel (562 mln. ton) neft hasil edilib ki, bu da ilk növbədə Azərbaycan xalqının və AÇG tərəfdaşlarının, eləcə də regionun mənafeyinə xidmət edib. (APA)AÇG-dən hasil olunmuş neft dünya bazarlarına əsasən Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə ixrac olunur. Bu günədək BTC boru kəməri vasitəsilə Azərbaycandan təqribən 3,9 mlrd. barel xam neft nəql edilib və bu neft 5163 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42177/39/421773907_92:0:1229:853_1920x0_80_0_0_330091d8a09cf122c58e0687f1d2b318.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
çıraq, neft, "çıraq" yatağı
çıraq, neft, "çıraq" yatağı
"Çıraq" platformasından 25 ildə nə qədər neft çıxarılıb?
Bu günədək BTC boru kəməri vasitəsilə Azərbaycandan təqribən 3,9 mlrd. barel xam neft nəql edilib və bu neft 5163 tankerə yüklənərək dünya bazarlarına göndərilib
BAKI, 5 noyabr — Sputnik. Bu gün "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunun (AÇG) hasilata başladığı ilk platforma - "Çıraq"dan ilk neftin əldə olunmasının 25 ili tamam olur. O vaxtdan bəri "Çıraq" platforması ümumilikdə təqribən 766 mln. barel (103 mln. ton) neft hasil edib ki, bu da AÇG-nin ümumi hasilatının təxminən beşdə biri qədərdir.
AÇG layihəsinin operatoru olan Böyük Britaniyanın BP şirkəti məlumat verib.
""Çıraq" ilkin olaraq 7 illik istismar üçün planlaşdırılmışdı, lakin peşəkar işçi heyətinin əla iş icrası, yüksək ixtisas bilikləri, texnoloji bacarıqları və qətiyyəti sayəsində bu platforma hələ də AÇG layihəsinin yeni platformaları ilə yanaşı əməyin təhlükəsizliyi üzrə ən yüksək beynəlxalq standartlara uyğun, həmçinin yüksək əməliyyat səmərəliliyi və etibarlılıq göstəriciləri ilə istismardadır və hələ uzun illər boyunca da işləyəcək", - məlumatda qeyd olunur.
Məlumata görə, o vaxtdan bəri bu yataqlarda 5 əlavə hasilat platforması inşa edib və onları təhlükəsiz və etibarlı şəkildə istismar etməkdədir. Bu platformalardan indiyədək ümumilikdə 3,4 mlrd. bareldən artıq (təqribən 460 mln. ton), "Çıraq"la birlikdə isə 4,2 mlrd. barel (562 mln. ton) neft hasil edilib ki, bu da ilk növbədə Azərbaycan xalqının və AÇG tərəfdaşlarının, eləcə də regionun mənafeyinə xidmət edib. (APA)
AÇG-dən hasil olunmuş neft dünya bazarlarına əsasən Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə ixrac olunur. Bu günədək BTC boru kəməri vasitəsilə Azərbaycandan təqribən 3,9 mlrd. barel xam neft nəql edilib və bu neft 5163 tankerə yüklənərək dünya bazarlarına göndərilib.