CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Biri azyaşlı qızı qaçırmağa, digəri isə qısnamağa çalışdı, polis işə qarışdı

© Sputnik / Ilham MustafayevPPX avtomobili, arxiv şəkli
PPX avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.11.2022
Abunə olmaq
Salyan rayonunda kəndlərin birində azyaşlının qısnamaya məruz qalması, Zərdabda isə bir nəfərin kənd sakini olan azyaşlı qızı qaçırmağa cəhd göstərməsi barədə polisə şikayət edilib.
BAKI, 5 noyabr — Sputnik. Sosial şəbəkələrdə Salyan rayonunda kəndlərin birində azyaşlının qısnamaya məruz qalması və polisin etinasızlığı ilə bağlı iddialar yayılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən xəbərə görə, rayon sakini Ə.Q. (ad, soy adı şərti) oktyabrın 30-da DİN-in "102 xidməti"nə zəng edərək 13 yaşlı qızının məktəbdən qayıdan zaman naməlum şəxs tərəfindən qarşısının kəsilməsi və narahat edilməsi barədə məlumat verib.
Daxil olan müraciətlə əlaqədar Salyan Rayon Polis Şöbəsində araşdırma aparılıb.
Keçirilən tədbirlər nəticəsində yeniyetməni narahat edənin rayonun Kərimbəyli kənd sakini, ruhu əsəb xəstəsi olan M.Həsənov olması müəyyən edilib.
Sonradan azyaşlının valideyni həmin şəxsi tanıdığından və əsəb xəstəliyindən əziyyət çəkdiyini bildiyindən şikayət və tələbinin olmadığını bildirib.
İki gün öncə azyaşlı qızı qaçırmağa cəhd göstərilib
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən xəbərə görə, Zərdab Rayon Polis Şöbəsinə noyabrın 3-də Körpükənd kəndi ərazisində bir nəfərin kənd sakini olan azyaşlı qızı qaçırmağa cəhd göstərməsi, qız səs-küy saldığından onu buraxıb hadisə yerini tərk etməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində adam oğurluğuna cəhd etməkdə şübhəli bilinən Körpükənd kənd sakini, əvvəllər məhkum olunmuş Məmməd Məmmədov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 29,144-cü maddəsi (adam oğurluğuna cəhd) ilə cinayət işi başlanılıb.
Zərdab Rayon Polis Şöbəsində araşdırma aparılır.
Xatırladaq ki, bir müddət öncə paytaxt məktəblərindən birində də bənzər hadisə baş verib. Hadisə paytaxtın Nərimanov rayonunda yerləşən 212 saylı orta məktəbində baş vermişdi. Özünü valideyn kimi təqdim edən şəxs məktəbli qıza yaxınlaşaraq ona nalayiq təkliflər etmişdi.
Fakt təsdiqini tapıb, həmin şəxs tutularaq cinayət məsuliyyətinə cəlb edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirildi ki, axşam saatlarında məktəbə daxil olan şəxs özünü valideyn kimi təqdim edib. Həmin vaxt valideynini gözləyən 5-ci sinif şagirdinə qarşı qeyri-etik hərəkətlərə yol verib. Hazırda sözügedən təhsil ocağında baş verənlər araşdırılır.
Xəbər lenti
0