https://sputnik.az/20221105/admiral-ricard-ukraynadaki-munaqise-abs-in-zeifleyen-gucunu-gosterdi-448280500.html
Admiral Riçard: Ukraynadakı münaqişə ABŞ-ın zəifləyən gücünü göstərdi
Admiral Riçard: Ukraynadakı münaqişə ABŞ-ın zəifləyən gücünü göstərdi
Sputnik Azərbaycan
ABŞ Hərbi Dəniz Qüvvələrinin admiralı hesab edir ki, ABŞ-ı qarşıda daha ciddi hərbi toqquşma gözləyir, ancaq ABŞ buna hazır deyil. 05.11.2022, Sputnik Azərbaycan
2022-11-05T21:44+0400
2022-11-05T21:44+0400
2022-11-05T21:44+0400
ukrayna
dünya xəbərləri
abş
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/05/448280344_0:0:3071:1728_1920x0_80_0_0_39206f76648ee711d2c16c1ce92af142.jpg
BAKI, 4 noyabr — Sputnik. Ukraynadakı münaqişə Amerikanın hərbi çəkindirmə gücünün zəiflədiyini göstərir. Bunu ABŞ Hərbi Dəniz Qüvvələrinin admiralı Çarlz Riçard “The Wall Street Journal” üçün yazdığı köşə yazısında bildirib.Riçard hesab edir ki, ABŞ-ı qarşıda daha ciddi hərbi toqquşma gözləyir, ancaq ABŞ buna hazır deyil.“Ukraynadakı münaqişə ABŞ-ın hərbi çəkindirmə gücünün zəiflədiyini nümayiş etdirdi. Bu, liderlərimizin çox az hissəsinin ictimaiyyətə etiraf etməyə hazır olduğu bir faktdır", - deyə o qeyd edib.Admiral ABŞ hərbi maşınının münaqişə şəraitinə uyğunlaşma qabiliyyətini Çinin imkanları ilə müqayisə edib. O, Pekinin yeni texnologiyaları daha sürətlə mənimsədiyini qeyd edib. O, həmçinin hipersəs silahları uğrunda məğlub olan yarışa işarə edərək, Rusiya və Çinin bu istiqamətdə ABŞ-ı geridə qoyduğunu etiraf edib.Strateji sistem proqramları üzrə direktor vitse-admiral Conni Vulf daha əvvəl bildirmişdi ki, ABŞ Hərbi Dəniz Qüvvələri 2025-ci ildə Zumvalt sinifli esminesləri hipersəs raketləri ilə təchiz etməyi planlaşdırır.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/05/448280344_56:0:2787:2048_1920x0_80_0_0_546f4fd76ea539baa82c05f49d7f0eb1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ukrayna, abş, rusiya
Admiral Riçard: Ukraynadakı münaqişə ABŞ-ın zəifləyən gücünü göstərdi
ABŞ Hərbi Dəniz Qüvvələrinin admiralı hesab edir ki, ABŞ-ı qarşıda daha ciddi hərbi toqquşma gözləyir, ancaq ABŞ buna hazır deyil.
BAKI, 4 noyabr — Sputnik. Ukraynadakı münaqişə Amerikanın hərbi çəkindirmə gücünün zəiflədiyini göstərir. Bunu ABŞ Hərbi Dəniz Qüvvələrinin admiralı Çarlz Riçard “The Wall Street Journal” üçün yazdığı köşə yazısında bildirib.
Riçard hesab edir ki, ABŞ-ı qarşıda daha ciddi hərbi toqquşma gözləyir, ancaq ABŞ buna hazır deyil.
“Ukraynadakı münaqişə ABŞ-ın hərbi çəkindirmə gücünün zəiflədiyini nümayiş etdirdi. Bu, liderlərimizin çox az hissəsinin ictimaiyyətə etiraf etməyə hazır olduğu bir faktdır", - deyə o qeyd edib.
Admiral ABŞ hərbi maşınının münaqişə şəraitinə uyğunlaşma qabiliyyətini Çinin imkanları ilə müqayisə edib. O, Pekinin yeni texnologiyaları daha sürətlə mənimsədiyini qeyd edib. O, həmçinin hipersəs silahları uğrunda məğlub olan yarışa işarə edərək, Rusiya və Çinin bu istiqamətdə ABŞ-ı geridə qoyduğunu etiraf edib.
Strateji sistem proqramları üzrə direktor vitse-admiral Conni Vulf daha əvvəl bildirmişdi ki, ABŞ Hərbi Dəniz Qüvvələri 2025-ci ildə Zumvalt sinifli esminesləri hipersəs raketləri ilə təchiz etməyi planlaşdırır.