DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ-da ölkəni Baydenin əvəzinə kimin idarə etdiyi açıqlanıb

© AP Photo / Alex BrandonCo Bayden, arxiv şəkli
Co Bayden, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.11.2022
Abunə olmaq
"American Thinker" jurnalının icmalçısı hesab edir ki, ölkəni əsl idarə edən rəhbər milyarder Corc Sorosdur.
BAKI, 5 noyabr — Sputnik. ABŞ-ı əslində Prezident Co Bayden yox, milyarder Corc Soros öz təşkilatlarının şəbəkələri vasitəsilə idarə edir. Bunu icmalçı Brayan Kamenker "American Thinker" jurnalı üçün yazdığı məqalədə ifadə edib.
Jurnalist bildirib ki, Bayden "açıq-aşkar demensiyadan" əziyyət çəkir və buna görə də yüksək inflyasiya, immiqrasiya və enerji böhranlarına səbəb olan onlarla "radikal fərman" imzalaya bilməz.
"Hər şey Soros təşkilatlarının şəbəkəsinin bu işdə iştirakına işarə edir. Oradakı insanlar son dərəcə ağıllı və təcrübəlidirlər, Amerikaya nifrət edirlər, onlar bir neçə onilliklərdir ki, bu işə doğru gediblər və onlar misilsiz sərvət və təsir imkanlarına malikdirlər", - deyə Kamenker yazıb.
Məqalə müəllifi hesab edir ki, Bayden seçki prosesinin dağıdılmasına yönəlmiş koordinasiyalı genişmiqyaslı səylər sayəsində prezident ola bilib. Onun sözlərinə görə, bu işə milyardlarla dollar və ABŞ-ın ən nüfuzlu korporasiyaları, eləcə də siyasi təşkilatlar cəlb olunub. Kamenker qeyd edib ki, amerikalılar indi "cəhənnəmə tələsən qatarın sərnişinləridirlər".
Bu yaxınlarda Rusiya Federasiyasının Prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları Şurasının üzvü Kirill Vışinski bildirib ki, Corc Sorosun təşkilatının xüsusilə canfəşanlıq etdiyi Ukraynanın "milli özünüdərkinin dirçəlişi"nə ABŞ və Avropa fondlarından milyonlarla dollar sərmayə qoyulub.
Xəbər lenti
0