https://sputnik.az/20221105/8-noyabr-zeferi-demir-yumruga-cevrilmis-milli-birliyimizin-neticesi-olub---spiker-448272615.html
8 Noyabr Zəfəri dəmir yumruğa çevrilmiş milli birliyimizin nəticəsi olub - Spiker
8 Noyabr Zəfəri dəmir yumruğa çevrilmiş milli birliyimizin nəticəsi olub - Spiker
Sputnik Azərbaycan
Parlament sədri Ermənistanı danışıqlarda sülh prosesini pozan davranışlardan çəkinməyə çağırıb. 05.11.2022, Sputnik Azərbaycan
2022-11-05T13:03+0400
2022-11-05T13:03+0400
2022-11-05T13:03+0400
sahibə qafarova
siyasət
zəfər günü
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/19/434571239_0:0:1200:676_1920x0_80_0_0_46a736abfb2737af33d47bcd84c0448d.jpg
BAKI, 5 noyabr - Sputnik. "8 Noyabr Zəfəri dəmir yumruğa çevrilmiş milli birliyimizin nəticəsi olub”.Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.Sədr bildirib ki, Azərbaycan öz gücü ilə Cənubi Qafqazın geosiyasi mənzərəsini dəyişib: “Bu gün Qarabağ və Şərqi Zəngəzur öz həyatının yeni dövrünü yaşayır. Vandalların viran qoyduğu bu ərazilər bərpa olunur. Məcburi köçkünlər ata-baba yurdlarına qaytarılır. Vaxtaşırı Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva bölgəyə səfərlər edir, görülən işlərə diqqət göstərirlər. Biz Ermənistanı danışıqlarda sülh prosesini pozan davranışlardan çəkinməyə çağırırıq. Biz əminik ki, Ermənistan bu addımlardan çəkinsə, sülh müqaviləsi imzalana bilər”.Qeyd edək ki, 8 Noyabr Zəfər Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı qəbul edilib.8 noyabr Zəfər GünüdürXatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə edib.44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilib.Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olub.Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynamışdır. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli digər Sərancamı ilə Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması qərara alınıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/19/434571239_80:0:1064:738_1920x0_80_0_0_91630f0c778a90f8044aed92dbbde859.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
sahibə qafarova, zəfər günü
sahibə qafarova, zəfər günü
8 Noyabr Zəfəri dəmir yumruğa çevrilmiş milli birliyimizin nəticəsi olub - Spiker
Parlament sədri Ermənistanı danışıqlarda sülh prosesini pozan davranışlardan çəkinməyə çağırıb.
BAKI, 5 noyabr - Sputnik. "8 Noyabr Zəfəri dəmir yumruğa çevrilmiş milli birliyimizin nəticəsi olub”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
Sədr bildirib ki, Azərbaycan öz gücü ilə Cənubi Qafqazın geosiyasi mənzərəsini dəyişib: “Bu gün Qarabağ və Şərqi Zəngəzur öz həyatının yeni dövrünü yaşayır. Vandalların viran qoyduğu bu ərazilər bərpa olunur. Məcburi köçkünlər ata-baba yurdlarına qaytarılır. Vaxtaşırı Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva bölgəyə səfərlər edir, görülən işlərə diqqət göstərirlər. Biz Ermənistanı danışıqlarda sülh prosesini pozan davranışlardan çəkinməyə çağırırıq. Biz əminik ki, Ermənistan bu addımlardan çəkinsə, sülh müqaviləsi imzalana bilər”.
Qeyd edək ki, 8 Noyabr Zəfər Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı qəbul edilib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə edib.
44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilib.
Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olub.
Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynamışdır. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli digər Sərancamı ilə Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması qərara alınıb.