Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Zakir Həsənov Ermənistanla sərhəddə yerləşən bölmələrdə olub

© AR Ministry of DefenceMüdafiə naziri Ermənistanla sərhəddə yerləşən bölmələrdə olub
Müdafiə naziri Ermənistanla sərhəddə yerləşən bölmələrdə olub  - Sputnik Azərbaycan, 1920, 04.11.2022
Abunə olmaq
Müdafiə naziri döyüş növbətçiliyinin və qoşun xidmətinin təşkili, hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib.
BAKI, 4 noyabr — Sputnik. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən noyabrın 4-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Ermənistanla sərhəd bölgəsində dislokasiya olunan hərbi hissələrdə olub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
© AR Ministry of DefenceMüdafiə naziri Ermənistanla sərhəddə yerləşən bölmələrdə olub
Müdafiə naziri Ermənistanla sərhəddə yerləşən bölmələrdə olub  - Sputnik Azərbaycan, 1920, 04.11.2022
Müdafiə naziri Ermənistanla sərhəddə yerləşən bölmələrdə olub
Yeni istifadəyə verilmiş yerləşmə məntəqəsində yaradılan şəraitlə tanış olan müdafiə nazirinə məruzə olunub ki, qoşun xidmətinin yüksək səviyyədə təşkili üçün məntəqədə bütün zəruri şərait yaradılıb.
Burada silah otağı, yataqxana, yeməkxana, mətbəx, ərzaq və əşya anbarları, hamam-sanitar qovşağı, isitmə sobaları, ərazini fasiləsiz elektrik enerjisi ilə təmin edən generatorlar və günəş panelləri, eləcə də döyüş texnikasının saxlanması üçün park mövcuddur.
Qışa hazırlıq məqsədilə dayaq məntəqələrində və döyüş mövqelərində maye, odun və kömür yanacağı da daxil olmaqla bütün təminat növü ilə ehtiyyat yaradılıb.
© AR Ministry of DefenceMüdafiə naziri Ermənistanla sərhəddə yerləşən bölmələrdə olub
Müdafiə naziri Ermənistanla sərhəddə yerləşən bölmələrdə olub  - Sputnik Azərbaycan, 1920, 04.11.2022
Müdafiə naziri Ermənistanla sərhəddə yerləşən bölmələrdə olub
Şəxsi heyətin məişət şəraiti ilə tanış olduqdan sonra general-polkovnik Z.Həsənov döyüş mövqelərində xidmət edən hərbi qulluqçuların xidməti döyüş fəaliyyəti ilə tanış olub.
Müdafiə nazirinə əməliyyat şəraiti ilə bağlı məruzələr edilib.
Sərt iqlim şəraitində və kəskin relyefli ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşən nazir onların döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.
Müdafiə naziri döyüş növbətçiliyinin və qoşun xidmətinin təşkili, hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib.
Xəbər lenti
0