Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Xüsusi təyinatlılar gecə vaxtı tapşırıqlar icra ediblər - VİDEO

© AR Ministry of DefenceCənub bölgəsində keçirilən təlimdə xüsusi təyinatlılar gecə vaxtı tapşırıqlar icra ediblər
Cənub bölgəsində keçirilən təlimdə xüsusi təyinatlılar gecə vaxtı tapşırıqlar icra ediblər - Sputnik Azərbaycan, 1920, 04.11.2022
Abunə olmaq
Xüsusi təyinatlılar tərəfindən aşkar edilən sığınacaqlarda və şərti cəbhənin digər istiqamətlərində bilavasitə təmas vəziyyətində düşmən texnikası və canlı qüvvəsinin məhv edilməsi tapşırıqları yerinə yetirilib
BAKI, 4 noyabr — Sputnik. Cari ilin döyüş hazırlığı planına əsasən Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələri ilə cənub bölgəsində keçirilən təlimdə gecə və məhdudgörmə şəraitində müxtəlif xüsusi tapşırıqlar icra edilib.
Təlimin ssenarisinə uyğun olaraq xüsusi təyinatlılar kəşfiyyat məlumatları əsasında şərti düşmənin dərinliyinə sızaraq pusqu, basqın, təxribat təlim döyüş tapşırıqları yerinə yetiriblər.
Xüsusi təyinatlılar tərəfindən aşkar edilən sığınacaqlarda və şərti cəbhənin digər istiqamətlərində bilavasitə təmas vəziyyətində düşmən texnikası və canlı qüvvəsinin məhv edilməsi tapşırıqları yerinə yetirilib.
Düşmən arxasında qarşılaşa biləcək maneə sistemlərinin kiçik bölmələr halında dəf edilməsi, yaşayış məntəqələrində döyüşün aparılması və ələ keçirilməsi fəaliyyətləri icra edilib.
Qeyd edək ki, Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla gecə və gündüz keçirilən təlimlərdə əsas məqsəd xüsusi təyinatlıların peşəkarlıq səviyyəsinin daha da artırılması və praktiki vərdişlərinin təkmilləşdirilməsidir.
Xəbər lenti
0