https://sputnik.az/20221104/sabiq-nazir-vefat-etdi-448230583.html
Sabiq nazir vəfat etdi
Sabiq nazir vəfat etdi
Sputnik Azərbaycan
Fazil Məmmədov 28 mart 1964-cü ildə Şamaxı rayonunda anadan olmuşdu. 04.11.2022, Sputnik Azərbaycan
2022-11-04T10:34+0400
2022-11-04T10:34+0400
2022-11-04T10:35+0400
fazil məmmədov
hadisə
https://cdnn1.img.sputnik.az/img/40362/08/403620832_0:0:1023:575_1920x0_80_0_0_d98e6af15d7e2f4245fe9350d6cb2ae2.jpg
BAKI, 4 noyabr — Sputnik. Sabiq vergilər naziri Fazil Məmmədov Türkiyədə vəfat edib.Bu barədə mərhumun ailəsindən məlumat verilib. Bildirilib ki, Fazil Məmmədovun nəşi dəfn olunması üçün Bakıya gətiriləcək.Xatırladaq ki, Fazil Məmmədov 28 mart 1964-cü ildə Şamaxı rayonunda anadan olub. 1985-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit fakültəsini bitirib.1987-1989-cu illərdə Gəncədə Sənaye-Tikinti Bankında iqtisadçı, kassa müdiri və Bakı Sənaye-Tikinti Bankının Əməliyyat İdarəsində iqtisadçı vəzifələrində çalışıb. 1989-cu ildən 1993-cü ilə qədər Maliyyə-Kredit Texnikumunda müəllim, kafedra müdiri işləyib.1993-cü ildə "Ünsal" Kommersiya Bankı İdarə Heyətinin sədri seçilib. 1994-cü ildə Aqrar Sənaye Bankının Şəmkir şöbəsinin müdiri vəzifəsində çalışıb. 1995-1999-cu illərdə Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsi rəisinin müavini və rəisi, həmin sahə üzrə Gömrük Komitəsi sədrinin müavini vəzifəsində çalışıb.1999-cu il iyun ayının 20-də Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyinin rəisi təyin edilib. 2000-ci il fevral ayının 11-də Azərbaycan Respublikası prezidentinin fərmanı ilə Azərbaycan Respublikasının vergilər naziri təyin edilib. 5 dekabr 2017-ci ildə vəzifəsindən azad edilib.2007-2018-ci illərdə Azərbaycan Güləş Federasiyasının prezidenti olub. Sabiq nazir son vaxtlar Türkiyədə müalicə olunurdu.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40362/08/403620832_137:0:910:580_1920x0_80_0_0_77bbfa0f1b552f369b29bd2da551729a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
fazil məmmədov
Sabiq nazir vəfat etdi
10:34 04.11.2022 (Yenilənib: 10:35 04.11.2022) Fazil Məmmədov 28 mart 1964-cü ildə Şamaxı rayonunda anadan olmuşdu.
BAKI, 4 noyabr — Sputnik. Sabiq vergilər naziri Fazil Məmmədov Türkiyədə vəfat edib.
Bu barədə mərhumun ailəsindən məlumat verilib. Bildirilib ki, Fazil Məmmədovun nəşi dəfn olunması üçün Bakıya gətiriləcək.
Xatırladaq ki, Fazil Məmmədov 28 mart 1964-cü ildə Şamaxı rayonunda anadan olub. 1985-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit fakültəsini bitirib.
1987-1989-cu illərdə Gəncədə Sənaye-Tikinti Bankında iqtisadçı, kassa müdiri və Bakı Sənaye-Tikinti Bankının Əməliyyat İdarəsində iqtisadçı vəzifələrində çalışıb. 1989-cu ildən 1993-cü ilə qədər Maliyyə-Kredit Texnikumunda müəllim, kafedra müdiri işləyib.
1993-cü ildə "Ünsal" Kommersiya Bankı İdarə Heyətinin sədri seçilib. 1994-cü ildə Aqrar Sənaye Bankının Şəmkir şöbəsinin müdiri vəzifəsində çalışıb. 1995-1999-cu illərdə Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsi rəisinin müavini və rəisi, həmin sahə üzrə Gömrük Komitəsi sədrinin müavini vəzifəsində çalışıb.
1999-cu il iyun ayının 20-də Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyinin rəisi təyin edilib. 2000-ci il fevral ayının 11-də Azərbaycan Respublikası prezidentinin fərmanı ilə Azərbaycan Respublikasının vergilər naziri təyin edilib. 5 dekabr 2017-ci ildə vəzifəsindən azad edilib.
2007-2018-ci illərdə Azərbaycan Güləş Federasiyasının prezidenti olub. Sabiq nazir son vaxtlar Türkiyədə müalicə olunurdu.