https://sputnik.az/20221104/prezident-lham-eliyev-turkiyenin-vitse-prezidentini-qebul-edib-448222411.html
Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib
Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib
Sputnik Azərbaycan
Türkiyənin Vitse-prezidenti Fuat Oktay Şuşa səfərinə səfər edəcək. 04.11.2022, Sputnik Azərbaycan
2022-11-04T12:46+0400
2022-11-04T12:46+0400
2022-11-04T12:46+0400
azərbaycan xəbərləri
prezident ilham əliyev
qəbul
şuşa
türkiyə respublikasının vitse-prezidenti fuat oktay
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/04/448232923_0:388:2950:2047_1920x0_80_0_0_ddc56d3e74fb89d6d542043d33d61234.jpg.webp
BAKI, 4 noyabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayı qəbul edib.Vitse-prezident Fuat Oktay Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Prezident İlham Əliyevə çatdırıb.Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.Söhbət zamanı Şuşa Bəyannaməsinin önəmi vurğulanıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə sonuncu səfəri və həmin səfər çərçivəsində Zəngilan və Cəbrayıl şəhərlərində mühüm obyektlərin açılışlarında iştirakı məmnunluqla qeyd edilib. Rəcəb Tayyib Ərdoğan ilə iki gün əvvəl telefon danışığını xatırladan dövlət başçısı Türkiyənin elektromobil istehsalına başlamasını qardaş ölkə sənayesinin növbəti uğuru kimi dəyərləndirib.Görüşdə nəqliyyat əlaqələrinin inkişafı baxımından Zəngəzur dəhlizinin əhəmiyyəti qeyd olunub. Azərbaycanın Türkiyə iqtisadiyyatına 20 milyard dollardan artıq investisiya yatırmasının önəmi xüsusi olaraq vurğulandı, ticarət dövriyyəsinin artdığı, energetika sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib. Qaz ixracı məsələsinə toxunularaq Cənub Qaz Dəhlizinin əhəmiyyəti qeyd edilib, bu dəhlizin ixrac imkanlarının genişləndirilməsinin önəmi vurğulanıb.Görüşdə, eyni zamanda, nəqliyyat və ticarət sahələrində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentinin Şuşaya planlaşdırılan səfərini alqışladığını bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/04/448232923_221:0:2950:2047_1920x0_80_0_0_f6678ea57ff183025abaf042ce8cc4c2.jpg.webpSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, qəbul, şuşa, türkiyə respublikasının vitse-prezidenti fuat oktay
prezident ilham əliyev, qəbul, şuşa, türkiyə respublikasının vitse-prezidenti fuat oktay
Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib
Türkiyənin Vitse-prezidenti Fuat Oktay Şuşa səfərinə səfər edəcək.
BAKI, 4 noyabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayı qəbul edib.
Vitse-prezident Fuat Oktay Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Prezident İlham Əliyevə çatdırıb.
Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.
Söhbət zamanı Şuşa Bəyannaməsinin önəmi vurğulanıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə sonuncu səfəri və həmin səfər çərçivəsində Zəngilan və Cəbrayıl şəhərlərində mühüm obyektlərin açılışlarında iştirakı məmnunluqla qeyd edilib. Rəcəb Tayyib Ərdoğan ilə iki gün əvvəl telefon danışığını xatırladan dövlət başçısı Türkiyənin elektromobil istehsalına başlamasını qardaş ölkə sənayesinin növbəti uğuru kimi dəyərləndirib.
Görüşdə nəqliyyat əlaqələrinin inkişafı baxımından Zəngəzur dəhlizinin əhəmiyyəti qeyd olunub. Azərbaycanın Türkiyə iqtisadiyyatına 20 milyard dollardan artıq investisiya yatırmasının önəmi xüsusi olaraq vurğulandı, ticarət dövriyyəsinin artdığı, energetika sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib. Qaz ixracı məsələsinə toxunularaq Cənub Qaz Dəhlizinin əhəmiyyəti qeyd edilib, bu dəhlizin ixrac imkanlarının genişləndirilməsinin önəmi vurğulanıb.
Görüşdə, eyni zamanda, nəqliyyat və ticarət sahələrində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentinin Şuşaya planlaşdırılan səfərini alqışladığını bildirib.