CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Polis Göyçayda 14 yaşlı qızın ərə verilməsi barədə məlumatı araşdırır

© AFP 2024 / SAID KHATIBGəlin, arxiv şəkli
Gəlin, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.11.2022
Abunə olmaq
Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək
BAKI, 4 noyabr — Sputnik. Göyçay rayonunda erkən nikah faktı aşkarlanıb.
Bu barədə hüquq müdafiəçisi Kəmalə Ağazadə məlumat yayıb.
Onun sözlərinə görə, Göyçayın Çərəkə kəndində 14 yaşlı qızın sabah toyu olacaq, yeniyetmə Ağsu rayonunda yaşayan şəxsə ərə verilir.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, artıq bu məsələ nəzarətə götürülüb, aidiyyəti qurumlar məlumatlandırılıb: "Rayon Polis şöbəsində araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək".
Xəbər lenti
0