https://sputnik.az/20221104/milli-meclisde-mekteblerdeki-neqativ-hallarla-bagli-dinleme-kecirilecek-448239040.html
Milli Məclisdə məktəblərdəki neqativ hallarla bağlı dinləmə keçiriləcək
Milli Məclisdə məktəblərdəki neqativ hallarla bağlı dinləmə keçiriləcək
Sputnik Azərbaycan
Cəmiyyəti narahat edən məktəblərdəki vəziyyətlə bağlı lazım olarsa, qanunvericilik təkmilləşdiriləcək 04.11.2022, Sputnik Azərbaycan
2022-11-04T12:29+0400
2022-11-04T12:29+0400
2022-11-04T12:40+0400
cəmiyyət
milli məclis
https://cdnn1.img.sputnik.az/img/40373/64/403736461_0:187:1800:1200_1920x0_80_0_0_6d259010350cc19b53e6ec3178cce44f.jpg
BAKI, 4 noyabr — Sputnik. Məktəblərdə baş verən neqativ hallarla bağlı komitədə dinləmə keçirəcəyik.Bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitə sədri Bəxtiyar Əliyev deyib.Komitə sədri bildirib ki, Elm və Təhsil Nazirliyi ilə fikir mübadiləsi aparacağıq: "Cəmiyyəti narahat edən məktəblərdəki vəziyyətlə bağlı lazım olarsa, qanunvericiliyi təkmilləşdirəcəyik".Komitə sədri bildirib ki, o cümlədən də məktəblərimizin o qədər qorunmasına ehtiyac yoxdur: "Sadəcə olaraq məktəblərdə nizam-intizamın qorunması, dövlət əmlakına ziyan vurulmaması və s. ilə bağlı işlər görülür. Azərbaycan "Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında" Avropa Şurası Konvensiyasına qoşulub və buna uyğun olaraq da qanunlarımızı buna uyğunlaşdırmalıyıq. Amma bunu milli qanunvericiliyə uyğun şəkildə etməliyik. Azərbaycan dövləti hər zaman bu prinsipdən çıxış edir".Deputat Ceyhun Məmmədov qeyd edib ki, Azərbaycan dünyanın ən təhlükəsiz ölkəsi olması fikri ilə razıdır: "Amma bir neçə gün əvvəl məktəblərin təhlükəsizlik məsələləri ilə bağlı bəzi hadisələr baş verib. Ona görə də bu sahəyə diqqəti artırmaq lazımdır". Deputat Etibar Əliyev isə məktəblərin ətrafında təhlükəsizliyin təmininə diqqətin artırılması məsələsini qaldırıb.Milli Məclisin Elm və təhsil komitəsinin iclasında deputat Tamam Cəfərova isə bildirib ki, seksual maarifləndirmə ailədən başlamalıdır: "Bununla bağlı ilk olaraq maarifləndirmə artırılmalıdır. Əsasən də evdə valideyn artıq uşağın başa düşdüyü yaşda ona cinsi tərbiyəni başa salmalıdır"."5-ci sinifdə oxuyan uşaq bilməlidir ki, tanımadığı bir kişi ilə harasa getmək olmaz, onunla söhbət etmək olmaz. Digər tərəfdən bu gün 1-ci sinifdə oxuyan uşaq da internetdən, telefondan istifadə edir. Uşaqların yaşına uyğun formada cinsi tərbiyə artırılmalıdır. Bu gün internet üzərindən uşaqların seksual istismarı təhlükəsi mövcuddur", - deyə o əlavə edib.Deputat Kamilə Əliyeva isə qeyd edib ki, bu gün məktəblərdə çalışan təlim-tərbiyə işləri üzrə direktor müavinləri öz işlərini layiqincə yerinə yetirə bilmirlər: "Onlar sadəcə kabinetlərində oturmaqla işini sənəd işlərini görməklə yekunlaşmış hesab edirlər. Halbuki direktor müavinləri daim məktəbin dəhlizində olmalı, təhsil müəssisəsinin daxilində baş verən prosesləri izləməlidir. Son zamanlar məktəb daxilində bir sıra xoşagəlməz halların baş verdiyinin şahidi oluruq. Direktor və müavinləri öz vəzifələrinin öhdəsindən layiqincə gəlməlidir. Valideyn övladının məktəbə yola salır və övladı 6-7 saat orada olursa, deməli məktəb daxilində baş verən bütün hadisələrə məktəb rəhbərliyi cavabdehdir. Başqa bir nüans valideyn adı ilə məktəbə daxil olmaq istəyənlər də olur. Bu kimi xoşagəlməz hadisələrin baş verməməsi üçün məktəb daxilində ciddi nəzarət olmalıdır".Komitə sədri Bəxtiyar Əliyev isə bildirib ki, işini düzgün qurmayan direktorlar, direktor müavinləri ilə bağlı tədbirlər görülür.Qeyd edək ki, "Təhsil haqqında" və "Ümumi təhsil haqqında" qanuna təklif edilən dəyişikliyə əsasən, cinsi zorakılığa görə məhkum edilənlər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcəklər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40373/64/403736461_156:0:1756:1200_1920x0_80_0_0_fef7b0b37ad0c7f698e995557c245673.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
milli məclis
Milli Məclisdə məktəblərdəki neqativ hallarla bağlı dinləmə keçiriləcək
12:29 04.11.2022 (Yenilənib: 12:40 04.11.2022) Cəmiyyəti narahat edən məktəblərdəki vəziyyətlə bağlı lazım olarsa, qanunvericilik təkmilləşdiriləcək
BAKI, 4 noyabr — Sputnik. Məktəblərdə baş verən neqativ hallarla bağlı komitədə dinləmə keçirəcəyik.
Bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitə sədri Bəxtiyar Əliyev deyib.
Komitə sədri bildirib ki, Elm və Təhsil Nazirliyi ilə fikir mübadiləsi aparacağıq: "Cəmiyyəti narahat edən məktəblərdəki vəziyyətlə bağlı lazım olarsa, qanunvericiliyi təkmilləşdirəcəyik".
Komitə sədri bildirib ki, o cümlədən də məktəblərimizin o qədər qorunmasına ehtiyac yoxdur: "Sadəcə olaraq məktəblərdə nizam-intizamın qorunması, dövlət əmlakına ziyan vurulmaması və s. ilə bağlı işlər görülür. Azərbaycan "Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında" Avropa Şurası Konvensiyasına qoşulub və buna uyğun olaraq da qanunlarımızı buna uyğunlaşdırmalıyıq. Amma bunu milli qanunvericiliyə uyğun şəkildə etməliyik. Azərbaycan dövləti hər zaman bu prinsipdən çıxış edir".
Deputat Ceyhun Məmmədov qeyd edib ki, Azərbaycan dünyanın ən təhlükəsiz ölkəsi olması fikri ilə razıdır: "Amma bir neçə gün əvvəl məktəblərin təhlükəsizlik məsələləri ilə bağlı bəzi hadisələr baş verib. Ona görə də bu sahəyə diqqəti artırmaq lazımdır". Deputat Etibar Əliyev isə məktəblərin ətrafında təhlükəsizliyin təmininə diqqətin artırılması məsələsini qaldırıb.
Milli Məclisin Elm və təhsil komitəsinin iclasında deputat Tamam Cəfərova isə bildirib ki, seksual maarifləndirmə ailədən başlamalıdır: "Bununla bağlı ilk olaraq maarifləndirmə artırılmalıdır. Əsasən də evdə valideyn artıq uşağın başa düşdüyü yaşda ona cinsi tərbiyəni başa salmalıdır".
"5-ci sinifdə oxuyan uşaq bilməlidir ki, tanımadığı bir kişi ilə harasa getmək olmaz, onunla söhbət etmək olmaz. Digər tərəfdən bu gün 1-ci sinifdə oxuyan uşaq da internetdən, telefondan istifadə edir. Uşaqların yaşına uyğun formada cinsi tərbiyə artırılmalıdır. Bu gün internet üzərindən uşaqların seksual istismarı təhlükəsi mövcuddur", - deyə o əlavə edib.
Deputat Kamilə Əliyeva isə qeyd edib ki, bu gün məktəblərdə çalışan təlim-tərbiyə işləri üzrə direktor müavinləri öz işlərini layiqincə yerinə yetirə bilmirlər: "Onlar sadəcə kabinetlərində oturmaqla işini sənəd işlərini görməklə yekunlaşmış hesab edirlər. Halbuki direktor müavinləri daim məktəbin dəhlizində olmalı, təhsil müəssisəsinin daxilində baş verən prosesləri izləməlidir. Son zamanlar məktəb daxilində bir sıra xoşagəlməz halların baş verdiyinin şahidi oluruq. Direktor və müavinləri öz vəzifələrinin öhdəsindən layiqincə gəlməlidir. Valideyn övladının məktəbə yola salır və övladı 6-7 saat orada olursa, deməli məktəb daxilində baş verən bütün hadisələrə məktəb rəhbərliyi cavabdehdir. Başqa bir nüans valideyn adı ilə məktəbə daxil olmaq istəyənlər də olur. Bu kimi xoşagəlməz hadisələrin baş verməməsi üçün məktəb daxilində ciddi nəzarət olmalıdır".
Komitə sədri Bəxtiyar Əliyev isə bildirib ki, işini düzgün qurmayan direktorlar, direktor müavinləri ilə bağlı tədbirlər görülür.
Qeyd edək ki, "Təhsil haqqında" və "Ümumi təhsil haqqında" qanuna təklif edilən dəyişikliyə əsasən, cinsi zorakılığa görə məhkum edilənlər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcəklər.