Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Gələn ilki büdcə xərclərinin 24,2%-i müdafiə və hüquq-mühafizə xərclərinə yönəldiləcək

© Sputnik / Murad OrujovAzərbaycan manatı, arxiv şəkli
Azərbaycan manatı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.11.2022
Abunə olmaq
Maliyyə naziri Prezident, Ali Baş Komandan İlham Əliyevin ölkəmizin müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsinin, ordunun daim müasirləşdirilməsinin ən önəmli vəzifələr olduğunu bildirdiyini söyləyib
BAKI, 4 noyabr — Sputnik. Növbəti ilin dövlət büdcəsi xərclərinin 24,2 faizi və yaxud 8 milyard 63 milyon manatı müdafiə və hüquq-mühafizə xərclərinə yönəldiləcək.
Bunu maliyyə naziri Samir Şərifov "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir Prezident, Ali Baş Komandan İlham Əliyevin ölkəmizin müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsinin, ordunun daim müasirləşdirilməsinin ən önəmli vəzifələr olduğunu bildirdiyini söyləyib: "Bunu nəzərə alaraq, növbəti ilin dövlət büdcəsi xərclərinin 24,2 faizi və yaxud 8 milyard 63 milyon manatı müdafiə və hüquq-mühafizə xərclərinə yönəldiləcək. Bununla yanaşı, ölkənin 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyasında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi üçün 5 milyard 244 milyon manat, o cümlədən əsaslı xərclər üçün 4 milyard 100 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Əsaslı xərclərin 3 milyard manatı işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinə, Böyük Qayıdışın təmin edilməsinə, infrastrukturun qurulmasına və digər tədbirlərə, 1 milyard 100 milyon manat isə strategiyada nəzərdə tutulmuş digər investisiya xərclərinə yönəldiləcək. Strategiyanın maliyyələşdirilməsi çərçivəsində ayrılan 1 milyard 144 milyon manat vəsait sosialyönümlü xərcləri əhatə edir".
Qeyd olunub ki, 2023-cü il və sonrakı 3 il üçün büdcə-vergi siyasətinin istiqamətləri müəyyən edilərkən ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasının reallaşdırılması, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, onların ölkə iqtisadiyyatına reinteqrasiyası və işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi kimi strateji çağırışlar nəzərə alınıb.
Xatırladaq ki, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 720 700,0 min manat, xərcləri 33 300 000,0 min manat məbləğində nəzərdə tutulub.
Xəbər lenti
0