NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Ankara: "Türk axını" əlavə boru kəməri ilə gücləndirilə bilər

Türk axını - Sputnik Azərbaycan, 1920, 04.11.2022
Abunə olmaq
Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın bildirib ki, "Türk axını" mövcuddur, onu bir az gücləndirmək və başqa bir boru xətti çəkmək olar.
BAKI, 4 noyabr — Sputnik. Ankarada "Türk axını"nı gücləndirəcək əlavə boru kəmərinin çəkilməsinin mümkünlüyü istisna edilmir. Bunu Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın bildirib.
"Türk axını" mövcuddur, onu bir az gücləndirmək və başqa bir boru xətti çəkmək olar", - deyə "Habertürk" telekanalı Kalından sitat gətirib.
Prezidentin nümayəndəsinin sözlərinə görə, "Türk Axını"nın gücləndirilməsi və qaz mərkəzinin yaradılması "tamamilə yeni enerji xəritəsi"nin yaranmasına səbəb ola və gələcəkdə Türkiyəni "qaz bazarının müəyyən olunduğu" ölkəyə çevirə bilər.
Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qaz mərkəzi üçün mümkün yerin adını çəkmişdi.
Xəbər lenti
0