https://sputnik.az/20221104/ady-bayram-gunlerinde-guclendirilmis-is-rejiminde-calisacaq-448248388.html
ADY bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
ADY bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
Sputnik Azərbaycan
Bakı-Sumqayıt-Bakı elektrik qatarları isə bayram günlərində istirahət günlərindəki qrafikə uyğun hərəkətdə olacaq 04.11.2022, Sputnik Azərbaycan
2022-11-04T15:20+0400
2022-11-04T15:20+0400
2022-11-04T15:32+0400
cəmiyyət
dəmir yolu
azərbaycan dəmir yolları
"azərbaycan dəmir yolları" qapalı səhmdar cəmiyyəti
https://cdnn1.img.sputnik.az/img/07e5/05/10/426962575_0:147:1939:1237_1920x0_80_0_0_b413bb38159c108948a94574f6412e0e.jpg
BAKI, 4 noyabr — Sputnik. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) bütün strukturları 8 Noyabr - Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq."Azərbaycan Dəmir Yolları" QSC-dən verilən məlumata görə, bununla bağlı Bakı-Gəncə-Bakı istiqamətində artan sərnişin tələbatını nəzərə alaraq, xətt üzrə iki əlavə reys təyin edilib.Əlavə olunan bir reys 6 noyabr tarixində saat 08:15-də Bakıdan yola düşəcək və Gəncəyə saat 11:55-də çatacaq. İkinci əlavə reys 9 noyabr tarixində saat 17:30-da Gəncədən yola düşəcək və saat 21:05-də Bakıya çatacaq.Qeyd edək ki, Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının cari qrafikində heç bir dəyişiklik edilmir. Yəni, hər gün saat 08:45-də Bakıdan yola düşən qatar saat 12:25-də Gəncəyə, Gəncədən isə saat 18:00-da yola düşən qatar saat 21:35-də Bakıya çatır.Bakı-Sumqayıt-Bakı elektrik qatarları isə bayram günlərində istirahət günlərindəki qrafikə uyğun hərəkətdə olacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/10/426962575_15:0:1738:1292_1920x0_80_0_0_45aa2555ab5c5e498c9677a5f946444e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
dəmir yolu, azərbaycan dəmir yolları, "azərbaycan dəmir yolları" qapalı səhmdar cəmiyyəti
dəmir yolu, azərbaycan dəmir yolları, "azərbaycan dəmir yolları" qapalı səhmdar cəmiyyəti
ADY bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
15:20 04.11.2022 (Yenilənib: 15:32 04.11.2022) Bakı-Sumqayıt-Bakı elektrik qatarları isə bayram günlərində istirahət günlərindəki qrafikə uyğun hərəkətdə olacaq
BAKI, 4 noyabr — Sputnik. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) bütün strukturları 8 Noyabr - Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.
"Azərbaycan Dəmir Yolları" QSC-dən verilən məlumata görə, bununla bağlı Bakı-Gəncə-Bakı istiqamətində artan sərnişin tələbatını nəzərə alaraq, xətt üzrə iki əlavə reys təyin edilib.
Əlavə olunan bir reys 6 noyabr tarixində saat 08:15-də Bakıdan yola düşəcək və Gəncəyə saat 11:55-də çatacaq. İkinci əlavə reys 9 noyabr tarixində saat 17:30-da Gəncədən yola düşəcək və saat 21:05-də Bakıya çatacaq.
Qeyd edək ki, Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının cari qrafikində heç bir dəyişiklik edilmir. Yəni, hər gün saat 08:45-də Bakıdan yola düşən qatar saat 12:25-də Gəncəyə, Gəncədən isə saat 18:00-da yola düşən qatar saat 21:35-də Bakıya çatır.
Bakı-Sumqayıt-Bakı elektrik qatarları isə bayram günlərində istirahət günlərindəki qrafikə uyğun hərəkətdə olacaq.