https://sputnik.az/20221103/yukselisle-yukselmek-mumkundurmu-bu-yol-genc-qizlari-zirveye-dasiya-biler-448222863.html
“Yüksəliş”lə yüksəlmək mümkündürmü? Bu yol gənc qızları zirvəyə daşıya bilər
“Yüksəliş”lə yüksəlmək mümkündürmü? Bu yol gənc qızları zirvəyə daşıya bilər
Sputnik Azərbaycan
Qadınlar arasında “Yüksəliş” müsabiqəsində iştirak edənlərin sayı günü-gündən artır, amma liderlər arasında onların təmsilçiliyi çox azdır. 03.11.2022, Sputnik Azərbaycan
2022-11-03T10:30+0400
2022-11-03T10:30+0400
2022-11-03T21:48+0400
cəmiyyət
liderlik
liderlik haqqında
"qadın liderliyi uğrunda" ictimai birliyinin sədri ülkər abdullayeva
aygün əliyeva
yüksəliş
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/03/448218503_0:0:3072:1728_1920x0_80_0_0_07443695ffc067916d5b2cdcfbbe2ffa.jpg
BAKI, 3 noyabr - Sputnik. Qadınların qərarqəbuledici, rəhbər vəzifələrdə təmsil olunması üçün qızların davamlı təhsil alması, hələ məktəb dövründən onlara liderlik xüsusiyyətlərinin aşılanması vacib amildir. Təcrübə göstərir ki, belə qızlar gələcək karyeralarını daha uğurlu qurur, daim öndə olmağa can atırlar. Azərbaycanda qadınlarla kişilərin hüququ bərabər olduğundan, qız uşaqlarının təhsilini davam etdirməsinə demək olar ki, heç bir maneə yoxdur. Əksinə, ölkəmizdə qadınların ictima-siyasi həyatda rolunun artırılması, onların rəhbər vəzifələrə təyin olunması dövlətin qadın siyasətinin əsasını təşkil edir. Bununla belə ölkəmizdə rəhbər vəzifədə təmsil olunan qadınların sayı kişilərlə müqayisədə çox azdır.Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə mətbuata açıqlamasında bildirib ki, ölkəmizdə bu sahədə müəyyən irəliləyişlər olsa da, hələ arzuolunan səviyyədə deyil.“Gender bərabərliyinin işgüzar fəaliyyətə müsbət təsiri də artıq heç bir şübhə doğurmur. Bir sıra tədqiqatlar göstərir ki, qadınların karyera pilləsində rahat yüksəldiyi və rəhbər vəzifələrə təyin olunduğu şirkət və təşkilatlar öz sahələrində daha məhsuldar və səmərəli fəaliyyət göstərirlər”, - M.Abbaszadə deyib.O, qeyd edib ki, burada söhbət qadınlara hansısa imtiyaz verilməsindən yox, onların bacarıqlarının layiqincə qiymətləndirilməsindən gedir:“Məsələn, dövlət qulluğuna qəbul üzrə imtahan və müsahibələrdə hər iki cinsin nümayəndələrinin göstəriciləri bir-birinə yaxın olsa da, xüsusən rəhbər vəzifələrə təyinatda kişilərə üstünlük verilməsi bariz şəkildə nəzərə çarpır”.Statistika nə deyir?Rəsmi statistikaya görə, Dövlət Qulluqçularının Reyestrinə daxil edilmiş məlumatlara əsasən dövlət orqanlarında 24 min 562 nəfər çalışır. Onlardan 7 min 336 nəfəri qadındır.İnzibati rəhbər vəzifələrdə çalışan dövlət qulluqçularından cəmi 533 nəfəri qadındır. Qadınlar daha çox inzibati icraçı vəzifələrdə çalışırlar.Yardımçı vəzifələrdə çalışan dövlət qulluqçularından da 2 min 157 nəfəri qadındır.Rəhbər vəzifələrə gəldikdə isə, Azərbaycanda nazir müavinlərindən cəmi 6-sı qadındır. Ailə Qadın və Uşaq Problemləri Komitəsinin sədri, Dövlət İmtahan Mərkəzinin sədri və Azərbaycanda Ombudsman qadındır.“Yüksəliş” müsabiqəsi qadınlara yaşıl işıq yandırmağa qadirdirmi?Son iki ildir ki, ölkəmizdə “Yüksəliş” müsabiqəsi vasitəsilə rəhbər vəzifəyə təyin edilən qadınların sayı artıb. “Yüksəliş” müsabiqəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Aliyə Əliyeva sorğumuza cavabında bildirib ki, “Yüksəliş” müsabiqəsi başlayandan Azərbaycanda xeyli sayda qadın bu müsabiqədə iştirak edərək uğur qazanıb:“ Birinci “Yüksəliş” müsabiqəsinin 2019-cu il dekabrın 27-dən başlayan qeydiyyat mərhələsi 2020-ci il fevralın 2-də tamamlanıb. Bu müddətdə 11.760 nəfər qeydiyyatdan keçib. Onlardan 2822 nəfəri qadındır. İkinci “Yüksəliş” müsabiqəsinə gəldikdə isə 2022-ci il fevral ayının 17-dən başlayan mərhələ 2022-ci il 31 mart tarixində tamamlanıb. Bu müddətdə 12299 şəxs qeydiyyatdan keçib. Qeydiyyatdan keçənlərin 3804-ü qadındır. Ümumilikdə 6626 qadın “Yüksəliş” müsabiqəsində iştirak etmək üçün qeydiyyatdan keçib”.Onun sözlərinə görə, Birinci “Yüksəliş” müsabiqəsinin finalında iştirak haqqı qazanan 102 nəfər namizəddən 13- ü, ikinci “Yüksəliş” müsabiqəsinin 106 finalçısından 17-si qadındır. Birinci müsabiqənin 4, ikinci müsabiqənin isə 5 olmaqla ümumilikdə “Yüksəliş”in 11 qadın qalibi müəyyənləşdirilib.Qadınlar arasında əks-cinslə müqayisədə bu müsabiqəyə marağa gəlincə, A.Əliyeva bildirib ki, hazırda üstünlük kişilərin tərəfindədir:“Statistikaya əsasən kişiklərlə müqayisədə qadınların müsabiqəyə marağı daha az müşahidə olunsa da, biz inanırıq ki birinci və ikinci müsabiqədə uğur qazanan qadın iştirakçıları gördükcə qadınlar arasında müsabiqəyə maraq daha da artacaq”.Ekspertlər hesab edirlər ki, Azərbaycan cəmiyyətində liderlik keyfiyyətləri olan qızlar müxtəlif müsabiqələr, maarifləndirici addımlar vasitəsilə önə çıxarılmalıdır.“Cəmiyyət görməlidir ki, qadınlar “xoxan” deyillər. Onlar öz üzərlərinə düşən vəzifələrin öhdəsindən məharətlə gəlirlər və heç də işləri əks cinsin nümayəndələrindən pis bacarmırlar. Öz uşağının tərbiyəsinə, təhsilinə can yandıran, evini, ailəsini öz fədakarlığı ilə ayaqda tutmağı bacaran qadın mütləq cəmiyyət üçün də faydalı olacaq. Ona sadəcə şanslar vermək lazımdır”, - deyə "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin sədri Ülkər Abdullayeva bildirib.Onun fikrincə, qızların karyera quruculuğuna həm müxtəlif proqramlar vasitəsilə, həm də dövlətin iradəsi ilə dəstək verilməlidir.“Öncə dövlət qadınlara güvənməlidir ki, cəmiyyət də onu ikinci plana atmasın. İnzibati bölgüyə görə Azərbaycanın 11 tabeli şəhəri, 66 rayonu var. Eləcə də Bakının 12 rayonu var. Lakin onlardan heç birini icra hakimiyyətini başçısı qadın deyil. Ölkədə bir nəfər də olsun qadın nazir yoxdur. Bu o demək deyil ki, ölkədə bu postları tutacaq qadın potensialı yoxdur. Sadəcə, dövlət cəmiyyətdə qadınlara inamı, etibarı yüksəltmək üçün, onların nüfuzunu qaldırmaq üçün onlara şans verməlidir”, - Ü.Abdullayeva əlavə edib.Məlumat üçün bildirək ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva 1-ci “Yüksəliş” müsabiqəsinin finalçısıdır.Qeyd: Bu məqalə "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən "Məktəbli qızlar arasında davamlı təhsil və liderliyin təbliği” layihəsi çərçivəsində yazılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/03/448218503_341:0:3072:2048_1920x0_80_0_0_f551bf21c7442c97b7dc192550706c5c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
liderlik, liderlik haqqında, "qadın liderliyi uğrunda" ictimai birliyinin sədri ülkər abdullayeva, aygün əliyeva, yüksəliş
liderlik, liderlik haqqında, "qadın liderliyi uğrunda" ictimai birliyinin sədri ülkər abdullayeva, aygün əliyeva, yüksəliş
“Yüksəliş”lə yüksəlmək mümkündürmü? Bu yol gənc qızları zirvəyə daşıya bilər
10:30 03.11.2022 (Yenilənib: 21:48 03.11.2022) Qadınlar arasında “Yüksəliş” müsabiqəsində iştirak edənlərin sayı günü-gündən artır, amma liderlər arasında onların təmsilçiliyi çox azdır.
BAKI, 3 noyabr - Sputnik. Qadınların qərarqəbuledici, rəhbər vəzifələrdə təmsil olunması üçün qızların davamlı təhsil alması, hələ məktəb dövründən onlara liderlik xüsusiyyətlərinin aşılanması vacib amildir. Təcrübə göstərir ki, belə qızlar gələcək karyeralarını daha uğurlu qurur, daim öndə olmağa can atırlar. Azərbaycanda qadınlarla kişilərin hüququ bərabər olduğundan, qız uşaqlarının təhsilini davam etdirməsinə demək olar ki, heç bir maneə yoxdur. Əksinə, ölkəmizdə qadınların ictima-siyasi həyatda rolunun artırılması, onların rəhbər vəzifələrə təyin olunması dövlətin qadın siyasətinin əsasını təşkil edir. Bununla belə ölkəmizdə rəhbər vəzifədə təmsil olunan qadınların sayı kişilərlə müqayisədə çox azdır.
Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə mətbuata açıqlamasında bildirib ki, ölkəmizdə bu sahədə müəyyən irəliləyişlər olsa da, hələ arzuolunan səviyyədə deyil.
“Gender bərabərliyinin işgüzar fəaliyyətə müsbət təsiri də artıq heç bir şübhə doğurmur. Bir sıra tədqiqatlar göstərir ki, qadınların karyera pilləsində rahat yüksəldiyi və rəhbər vəzifələrə təyin olunduğu şirkət və təşkilatlar öz sahələrində daha məhsuldar və səmərəli fəaliyyət göstərirlər”, - M.Abbaszadə deyib.
O, qeyd edib ki, burada söhbət qadınlara hansısa imtiyaz verilməsindən yox, onların bacarıqlarının layiqincə qiymətləndirilməsindən gedir:
“Məsələn, dövlət qulluğuna qəbul üzrə imtahan və müsahibələrdə hər iki cinsin nümayəndələrinin göstəriciləri bir-birinə yaxın olsa da, xüsusən rəhbər vəzifələrə təyinatda kişilərə üstünlük verilməsi bariz şəkildə nəzərə çarpır”.
Rəsmi statistikaya görə, Dövlət Qulluqçularının Reyestrinə daxil edilmiş məlumatlara əsasən dövlət orqanlarında 24 min 562 nəfər çalışır. Onlardan 7 min 336 nəfəri qadındır.
İnzibati rəhbər vəzifələrdə çalışan dövlət qulluqçularından cəmi 533 nəfəri qadındır. Qadınlar daha çox inzibati icraçı vəzifələrdə çalışırlar.
Yardımçı vəzifələrdə çalışan dövlət qulluqçularından da 2 min 157 nəfəri qadındır.
Rəhbər vəzifələrə gəldikdə isə, Azərbaycanda nazir müavinlərindən cəmi 6-sı qadındır. Ailə Qadın və Uşaq Problemləri Komitəsinin sədri, Dövlət İmtahan Mərkəzinin sədri və Azərbaycanda Ombudsman qadındır.
“Yüksəliş” müsabiqəsi qadınlara yaşıl işıq yandırmağa qadirdirmi?
Son iki ildir ki, ölkəmizdə “Yüksəliş” müsabiqəsi vasitəsilə rəhbər vəzifəyə təyin edilən qadınların sayı artıb. “Yüksəliş” müsabiqəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Aliyə Əliyeva sorğumuza cavabında bildirib ki, “Yüksəliş” müsabiqəsi başlayandan Azərbaycanda xeyli sayda qadın bu müsabiqədə iştirak edərək uğur qazanıb:
“ Birinci “Yüksəliş” müsabiqəsinin 2019-cu il dekabrın 27-dən başlayan qeydiyyat mərhələsi 2020-ci il fevralın 2-də tamamlanıb. Bu müddətdə 11.760 nəfər qeydiyyatdan keçib. Onlardan 2822 nəfəri qadındır. İkinci “Yüksəliş” müsabiqəsinə gəldikdə isə 2022-ci il fevral ayının 17-dən başlayan mərhələ 2022-ci il 31 mart tarixində tamamlanıb. Bu müddətdə 12299 şəxs qeydiyyatdan keçib. Qeydiyyatdan keçənlərin 3804-ü qadındır. Ümumilikdə 6626 qadın “Yüksəliş” müsabiqəsində iştirak etmək üçün qeydiyyatdan keçib”.
Onun sözlərinə görə, Birinci “Yüksəliş” müsabiqəsinin finalında iştirak haqqı qazanan 102 nəfər namizəddən 13- ü, ikinci “Yüksəliş” müsabiqəsinin 106 finalçısından 17-si qadındır. Birinci müsabiqənin 4, ikinci müsabiqənin isə 5 olmaqla ümumilikdə “Yüksəliş”in 11 qadın qalibi müəyyənləşdirilib.
Qadınlar arasında əks-cinslə müqayisədə bu müsabiqəyə marağa gəlincə, A.Əliyeva bildirib ki, hazırda üstünlük kişilərin tərəfindədir:
“Statistikaya əsasən kişiklərlə müqayisədə qadınların müsabiqəyə marağı daha az müşahidə olunsa da, biz inanırıq ki birinci və ikinci müsabiqədə uğur qazanan qadın iştirakçıları gördükcə qadınlar arasında müsabiqəyə maraq daha da artacaq”.
Ekspertlər hesab edirlər ki, Azərbaycan cəmiyyətində liderlik keyfiyyətləri olan qızlar müxtəlif müsabiqələr, maarifləndirici addımlar vasitəsilə önə çıxarılmalıdır.
“Cəmiyyət görməlidir ki, qadınlar “xoxan” deyillər. Onlar öz üzərlərinə düşən vəzifələrin öhdəsindən məharətlə gəlirlər və heç də işləri əks cinsin nümayəndələrindən pis bacarmırlar. Öz uşağının tərbiyəsinə, təhsilinə can yandıran, evini, ailəsini öz fədakarlığı ilə ayaqda tutmağı bacaran qadın mütləq cəmiyyət üçün də faydalı olacaq. Ona sadəcə şanslar vermək lazımdır”, - deyə "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin sədri Ülkər Abdullayeva bildirib.
Onun fikrincə, qızların karyera quruculuğuna həm müxtəlif proqramlar vasitəsilə, həm də dövlətin iradəsi ilə dəstək verilməlidir.
“Öncə dövlət qadınlara güvənməlidir ki, cəmiyyət də onu ikinci plana atmasın. İnzibati bölgüyə görə Azərbaycanın 11 tabeli şəhəri, 66 rayonu var. Eləcə də Bakının 12 rayonu var. Lakin onlardan heç birini icra hakimiyyətini başçısı qadın deyil. Ölkədə bir nəfər də olsun qadın nazir yoxdur. Bu o demək deyil ki, ölkədə bu postları tutacaq qadın potensialı yoxdur. Sadəcə, dövlət cəmiyyətdə qadınlara inamı, etibarı yüksəltmək üçün, onların nüfuzunu qaldırmaq üçün onlara şans verməlidir”, - Ü.Abdullayeva əlavə edib.
Məlumat üçün bildirək ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva 1-ci “Yüksəliş” müsabiqəsinin finalçısıdır.
Qeyd: Bu məqalə "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən "Məktəbli qızlar arasında davamlı təhsil və liderliyin təbliği” layihəsi çərçivəsində yazılıb.