Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Yanvarın 1-dən “Qida təhlükəsizliyi haqqında” qanun qüvvəyə minəcək

© AP Photo / Esteban FelixYemək yeyən insanlar, arxiv şəkli
Yemək yeyən insanlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.11.2022
Abunə olmaq
Qanun qida məhsullarının izlənmə sisteminin tətbiq edilməsi, qida zəncirində fəaliyyət göstərən subyektlərin qeydiyyatı və təsdiqi prosesinə yeni baxış, ümumilikdə istehlakçı hüquqlarının müdafiəsinə dövlət nəzarətinin gücləndirilməsinə hədəflənib.
BAKI, 3 noyabr — Sputnik. Qida Təhlükəsizliyi Agentliyində Ət və Ət Məhsulları İstehsalçıları Assosiasiyasının rəhbəri, həmçinin müvafiq sahədə fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, görüşdə son illərdə ölkəmizdə heyvandarlıq sahəsində həyata keçirilən tədbirlər, həmçinin dövlətimiz tərəfindən sahibkarlara göstərilən hərtərəfli dəstək nəticəsində bu sahənin inkişaf etdiyi iştirakçıların diqqətinə çatdırılıb.
Gələn il yanvarın 1-dən qüvvəyə minəcək "Qida təhlükəsizliyi haqqında" Qanunda nəzərdə tutulan baytarlıq nəzarəti ilə əlaqədar dəyişikliklər, həmçinin heyvan mənşəli məhsulların idxalı və yem əlavələrinin dövlət qeydiyyatı ilə bağlı tələblər barədə məlumat verilib. Bildirilib ki, Qanun bir çox beynəlxalq standartların tətbiqi ilə yanaşı, qida məhsullarının izlənmə sisteminin tətbiq edilməsi, qida zəncirində fəaliyyət göstərən subyektlərin (obyektlərin) qeydiyyatı və təsdiqi prosesinə yeni baxış, ümumilikdə istehlakçı hüquqlarının müdafiəsinə dövlət nəzarətinin daha da gücləndirilməsinə hədəflənib.
Görüşdə Ət və Ət Məhsulları İstehsalçıları Assosiasiyasının sədri Fuad Qulubəyov və digər ictimai birliklərin üzvləri iştirak ediblər.
Tədbirdə heyvandarlıq məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən sahibkarların təklifləri dinlənilib və aidiyyəti üzrə müvafiq göstərişlər verilib.
Azərbaycanda qida məhsulları izlənəcək
Qeyd edək ki, iyun ayında Prezident İlham Əliyev "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununu imzalayıb.
Bu Qanun Azərbaycan Respublikasının ərazisində insanların, həmçinin heyvanların həyat və sağlamlığının, habelə istehlakçıların hüquqlarının müdafiəsi üçün qida və yem məhsullarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı münasibətləri tənzimləyir.
Həmin qanunun 27-ci maddəsi "Məhsulların izlənilməsi" adlanır.
Sənədə əsasən, qida zəncirində fəaliyyətlə məşğul olanlar onları qida və yem məhsulları ilə təchiz edən subyektləri müəyyən etməyə imkan verən izləmə sisteminə malik olmalıdır.
Qida subyektləri bu məqsədlə məhsulların izlənilməsi qaydası ilə müəyyən olunan sənədlərin kağız üzərində və (və ya) elektron daşıyıcılarda tərtib olunmasını və saxlanılmasını təmin etməlidir.
Qida subyektləri sənədləri, habelə malik olduğu izləmə sistemi və prosedurları haqqında məlumatları müvafiq orqana təqdim etməlidirlər.
Qida subyektləri bazara yerləşdirdikləri və ya yerləşdirilməsi nəzərdə tutulan qida və yem məhsulunun asanlıqla izlənilməsini təmin etmək məqsədilə həmin məhsulların etiketlənməsini, identikləşdirilməsini və tələb olunan sənədlərlə müşayiət olunmasını təmin etməlidirlər.
Bu qanunun tələblərinin pozulması Mülki Məcəllədə, İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyətə səbəb olur.
Bu qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.
Xəbər lenti
0