CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tərtərin Talış kəndində sursat tapılıb

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidHərbi sursat
Hərbi sursat - Sputnik Azərbaycan, 1920, 03.11.2022
Abunə olmaq
Tərtər rayonunun Talış kəndi ərazisindən 7.62 çaplı patronlar aşkar edilib. Rayon Polis Şöbəsinin əməkdaşları həmin ərazidə araşdırma aparır
BAKI, 3 noyabr — Sputnik. Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları Talış kəndi ərazisində xidmətdə olarkən 2640 ədəd 7.62 çaplı patronlar aşkar edərək götürüblər.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Araşdırma aparılır.
Xatırladaq ki, bir müddət öncə analoji hadisə Füzuli rayonunda da baş vermişdi. Belə ki, Füzuli rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbirlər zamanı silah-sursat aşkarlanıb.
Tapılan 6 avtomat, 1 qumbaraatan, 1 pulemyot, 12 əl qumbarası, 3853 müxtəlif çaplı patronlar və digər döyüş sursatları aidiyyəti üzrə təhvil verilib.
Xəbər lenti
0