https://sputnik.az/20221103/rusiya-ile-azerbaycan-arasinda-taxil-ve-gubre-tedaruku-ile-bagli-qarsiliqli-anlasma-var-448206469.html
Rusiya ilə Azərbaycan arasında taxıl və gübrə tədarükü ilə bağlı qarşılıqlı anlaşma var
Rusiya ilə Azərbaycan arasında taxıl və gübrə tədarükü ilə bağlı qarşılıqlı anlaşma var
Sputnik Azərbaycan
Rusiyanın Bakıdakı səfiri bildirib ki, Rusiya Azərbaycana taxıl tədarükünü davam etdirəcək. Bu məsələ ilə bağlı iki ölkənin ticarət təşkilatları arasında... 03.11.2022, Sputnik Azərbaycan
2022-11-03T20:23+0400
2022-11-03T20:23+0400
2022-11-03T20:23+0400
taxıl
iqtisadiyyat
rusiya
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445332691_0:160:3073:1889_1920x0_80_0_0_bcbfd24835174d4bd9e7017ec842469d.jpg
BAKI, 3 noyabr — Sputnik. Rusiya taxılının Azərbaycana idxalda əhəmiyyətli payı var.Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bildirib."Azərbaycan və Rusiya ərzaq məhsullarının tədarükü sahəsində hər iki istiqamətdə əməkdaşlıq edirlər. Respublika, bildiyiniz kimi, Rusiya Federasiyasından çoxlu idxal edir. Rusiya həmçinin indiki şəraitdə vacib olan taxıl - ilk növbədə buğda tədarükündə mühüm yer tutur. Rusiya Federasiyası bu tədarükünü davam etdirəcək", - deyə Boçarnikov jurnalistlərə bildirib.Onun sözlərinə görə, bu məsələ ilə bağlı müvafiq ticarət təşkilatları əlaqə yaradıb."Tərəflərimiz arasında taxıl və gübrə tədarükü ilə bağlı yaxşı qarşılıqlı anlaşma var", - deyə rusiyalı diplomat bildirib.Bakıda keçirilən "Rusiya-Azərbaycan tarla günü" adlı kənd təsərrüfatı texnikasının ixtisaslaşdırılmış sərgisi barədə danışan Boçarnikov Rusiyanın hakimiyyət orqanlarının Azərbaycanın maraqlı olduğu kənd təsərrüfatı texnikası sahəsində bundan sonra da köməklik göstərməyə və əməkdaşlığı təşkil etməyə hazır olduğunu vurğulayıb."Rusiya avadanlığının etibarlılığı və qiymət rəqabətliliyinə görə uğurlu tədarükü üçün perspektivlər var. Azərbaycan tərəfi artıq Rusiya şirkətlərini Azərbaycanda keçirilən bütün kənd təsərrüfatı sərgiləri və ekspolarından daha fəal istifadə etməyə çağırıb", - deyə səfir bildirib.Cümə axşamı Bakıda "Rusiya-Azərbaycan tarla günü" adlı kənd təsərrüfatı texnikasının ixtisaslaşdırılmış sərgisi açılıb.Burada Rusiyanın 14 şirkəti iştirak edir – "Rostselmaş", "Klever", "Volqa Kombayn Zavodu" (AQROMAŞ), Melinvest, Traktor MMC (URALETS), "Kuzembetevski" mexaniki təmir zavodu (MTZ) ASC, "Salskselmaş" MMC, "AqroPostavka" MMC, "Cənubi Ural Çəki Zavodu" MMC və s.Sərgi Rusiyanın kənd təsərrüfatı maşın və avadanlıqlarının Azərbaycana tədarükünü genişləndirəcək, Azərbaycanda kənd təsərrüfatı istehsalçılarının problemlərini həll etmək üçün rus maşınqayıranlarının imkanlarını nümayiş etdirən platformaya çevriləcək.Tədbir iki gün davam edəcək.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445332691_171:0:2902:2048_1920x0_80_0_0_2455d8b6766f2cde6293fd8461e9ce40.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
taxıl, rusiya, azərbaycan
taxıl, rusiya, azərbaycan
Rusiya ilə Azərbaycan arasında taxıl və gübrə tədarükü ilə bağlı qarşılıqlı anlaşma var
Rusiyanın Bakıdakı səfiri bildirib ki, Rusiya Azərbaycana taxıl tədarükünü davam etdirəcək. Bu məsələ ilə bağlı iki ölkənin ticarət təşkilatları arasında əlaqələr qurulub.
BAKI, 3 noyabr — Sputnik. Rusiya taxılının Azərbaycana idxalda əhəmiyyətli payı var.
Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bildirib.
"Azərbaycan və Rusiya ərzaq məhsullarının tədarükü sahəsində hər iki istiqamətdə əməkdaşlıq edirlər. Respublika, bildiyiniz kimi, Rusiya Federasiyasından çoxlu idxal edir. Rusiya həmçinin indiki şəraitdə vacib olan taxıl - ilk növbədə buğda tədarükündə mühüm yer tutur. Rusiya Federasiyası bu tədarükünü davam etdirəcək", - deyə Boçarnikov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı müvafiq ticarət təşkilatları əlaqə yaradıb.
"Tərəflərimiz arasında taxıl və gübrə tədarükü ilə bağlı yaxşı qarşılıqlı anlaşma var", - deyə rusiyalı diplomat bildirib.
Bakıda keçirilən "Rusiya-Azərbaycan tarla günü" adlı kənd təsərrüfatı texnikasının ixtisaslaşdırılmış sərgisi barədə danışan Boçarnikov Rusiyanın hakimiyyət orqanlarının Azərbaycanın maraqlı olduğu kənd təsərrüfatı texnikası sahəsində bundan sonra da köməklik göstərməyə və əməkdaşlığı təşkil etməyə hazır olduğunu vurğulayıb.
"Rusiya avadanlığının etibarlılığı və qiymət rəqabətliliyinə görə uğurlu tədarükü üçün perspektivlər var. Azərbaycan tərəfi artıq Rusiya şirkətlərini Azərbaycanda keçirilən bütün kənd təsərrüfatı sərgiləri və ekspolarından daha fəal istifadə etməyə çağırıb", - deyə səfir bildirib.
Cümə axşamı Bakıda "Rusiya-Azərbaycan tarla günü" adlı kənd təsərrüfatı texnikasının ixtisaslaşdırılmış sərgisi açılıb.
Burada Rusiyanın 14 şirkəti iştirak edir – "Rostselmaş", "Klever", "Volqa Kombayn Zavodu" (AQROMAŞ), Melinvest, Traktor MMC (URALETS), "Kuzembetevski" mexaniki təmir zavodu (MTZ) ASC, "Salskselmaş" MMC, "AqroPostavka" MMC, "Cənubi Ural Çəki Zavodu" MMC və s.
Sərgi Rusiyanın kənd təsərrüfatı maşın və avadanlıqlarının Azərbaycana tədarükünü genişləndirəcək, Azərbaycanda kənd təsərrüfatı istehsalçılarının problemlərini həll etmək üçün rus maşınqayıranlarının imkanlarını nümayiş etdirən platformaya çevriləcək.
Tədbir iki gün davam edəcək.