Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Özbəkistan teatrı Azərbaycana qastrol səfərinə gələcək

© AFP 2023 / NATALIA KOLESNIKOVABoş teatr səhnəsi, arxiv şəkli
Boş teatr səhnəsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.11.2022
Abunə olmaq
Rejissor Əsgər Əsgərovun quruluşunda, özbək teatrının repertuarında təqdim olunacaq "Qaynana" tamaşasında isə Cənnət obrazını Özbəkistanın Əməkdar artisti, "Dostluq" ordenli Gülbahar Məmmədova ifa edəcək
BAKI, 3 noyabr — Sputnik. Özbəkistanın Kattakurqan Şəhər Dram Teatrı dekabrın 2-də Azərbaycana qastrol səfərinə gələcək. Özbək teatrı səfər çərçivəsində Azərbaycanın klassik səhnə əsəri olan "Qaynana" (M.Şamxalov) komediyasını nümayiş etdirəcək.
Tamaşa dekabrın 2, 4 və 6-da saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində oynanılacaq.
Xatırladaq ki, bu ilin yayında Akademik Musiqili Teatrın quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Əsgər Əsgərov Avrasiya Teatr Birliyinın dəvəti ilə Özbəkistana, məhz bu tamaşaya quruluş vermək üçün Kattakurqan teatrına dəvət olunmuşdu.
Qeyd edək ki, "Qaynana" tamaşası ilk dəfə 1965-ci ildə rejissor Niyaz Şərifovun quruluşunda Musiqili Komediya Teatrında (indiki Akademik Musiqili Teatrda) səhnəyə qoyulub. Bənzərsiz Xalq artistimiz Nəsibə Zeynalova bu tamaşada unudulmaz obrazı ilə milyonların qəlbini fəth edib.
Rejissor Əsgər Əsgərovun quruluşunda, özbək teatrının repertuarında təqdim olunacaq "Qaynana" tamaşasında isə Cənnət obrazını Özbəkistanın əməkdar artisti, "Dostluq" ordenli Gülbahar Məmmədova ifa edəcək.
Tamaşanın rəssamı Bəhram Safoyev, musiqi tərtibatçısı Sevda Əliyeva, rejissor assistenti Feruzbek Abdurayimovdur.
Azərbaycan və Özbəkistan teatrlarının birgə yaradıcılıq işinin tamaşaçısı olmaq istəyən hər kəs biletləti şəhərimizi bütün mərkəzləşdirilmiş kassalarından, "ASAN xidmət" mərkəzlərindən, eləcə də "İticket.az" saytından əldə edə bilərlər.
Xəbər lenti
0