DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

"Netflix"i təqlid edən zərərli proqramlar var

© AFP 2023 / CHRIS DELMASNetflix
Netflix - Sputnik Azərbaycan, 1920, 03.11.2022
Abunə olmaq
Zərərli və arzuolunmaz proqramlarla qarşılaşan istifadəçilərin 78%-i müxtəlif troyanlar, o cümlədən fidyə proqramları, casus proqramları tərəfindən hücuma məruz qalıblar
BAKI, 3 noyabr — Sputnik. 2022-ci ildə zərərli proqramların ən geniş yayılmış növü "troyan"lar olub. Onlar şəxsi məlumatları və pulları oğurlaya bilər və növündən asılı olaraq əhəmiyyətli dərəcədə fərqli funksiyalara malik ola bilərlər. Təcavüzkarlar zərərli fayllara axın platformalarının adlarını əlavə edir və onları onlayn formada yayırlar.
Bu barədə "Kaspersky"dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.
Yanvarın 1-dən sentyabrın 30-dək zərərli və arzuolunmaz proqramlarla qarşılaşan istifadəçilərin 78%-i müxtəlif troyanlar, o cümlədən fidyə proqramları, casus proqramları tərəfindən hücuma məruz qalıblar:
"Müqayisə üçün qeyd edək ki, istifadəçilərin 15%-i məzmun istehsalçısı kimi maskalanan reklam proqramları ilə qarşılaşıb. Belə ki, naməlum saytdan proqram yükləyən şəxs arzuolunmaz reklamı əldə edərək şəxsi məlumatlarını, hesablara girişi və pulunu itirmək riski ilə üzləşir".
Adları kibercinayətkarlar tərəfindən ən aktiv şəkildə manipulyasiya edilən məşhur platformalar arasında "Netflix" də var. İstifadəçilərin demək olar ki 80%-i bu proqramı etibarsız resurslardan yükləməyə çalışıb: "Bundan başqa, "Hulu", "Disney+", "HBO Max-ı" təqlid edən zərərli proqramlar da aşkarlanıb: "Zərərli və ya arzuolunmaz proqram ilə yanaşı, təcavüzkarlar həssas məlumatlar və bank kartı məlumatlarını oğurlamaq üçün fişinq səhifələri yaradırlar. "Kaspersky" tərəfindən aşkar edilən fırıldaq növlərdindən biri guya HBO Max-a bir illik abunə qazanmaq üçün istifadəçilərdən QR kodu skan etmək tələbidir. Kodu skan etdikdən sonra qurbanlar fişinq səhifəsinə yönləndirilib, orada onlardan şəxsi və ödəniş məlumatlarını, həmçinin giriş məlumatlarını daxil etmək tələb olunub".
"Təəssüf ki, bir çox istifadəçilər hələ də "qeyri-qanuni" yolla təqdim olunan filmlərə və seriallara pulsuz baxmaqla pirat məzmuna üstünlük verirlər. Pula qənaət, hər baxışa görə ödəniş etməmək üçün istifadəçilər alternativ axın saytlarındakı fişinq linklərinə keçid edərək riskləri daha da artırırlar", - deyə "Kaspersky"nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov qeyd edir.
Zərərli proqramların və fırıldaqçıların qurbanı olmamaq üçün "Kaspersky" istifadəçilərə aşağıdakı kibertəhlükəsizlik tədbirlərinə əməl etməyi tövsiyə edir:
şəxsi məlumatları daxil etməzdən əvvəl saytın həqiqiliyini yoxlayın;
filmlərə baxmaq və ya onları yükləmək üçün rəsmi resurslardan istifadə edin;
yüklədiyiniz faylların uzantılarına diqqət yetirin: video faylda .exe və ya .msi uzantısı olmamalıdır;
"Kaspersky Internet Security" kimi fişinq səhifəsinə keçməyinizə və ya zərərli proqramları yükləməyinizə mane olacaq etibarlı təhlükəsizlik həllindən istifadə edin.
Xəbər lenti
0