DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ərdoğan dünya liderlərinin Putinə münasibətini tənqid edib

© AFP 2023 / ADEM ALTANTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.11.2022
Abunə olmaq
Türkiyə lideri deyib ki, Putin "təzyiq olunduğu zaman geri addım atacaq" siyasətçi deyil.
BAKI, 3 noyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Praqada keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində dünya liderlərinə onların Rusiya Prezidenti Vladimir Putinə qarşı yanlış münasibəti barədə danışdığını bildirib.
O, bu barədə "A Haber" telekanalına müsahibəsində bildirib.
"Praqada söhbət etdiyim hər kəs onun əleyhinədir. Mən bunun səhv olduğunu dedim. Rusiya kimi dövlətə yanlış yanaşmalar göstərsəniz, Putin qəti ruhdan düşməyib özünü lider kimi göstərəcək. Əgər siz dünyada Rusiya kimi ən hörmətli ölkələrdənsinizsə, ayağa qalxıb bu cür hücumlara "hə" deyərdiniz? Bu, mümkün deyil", - deyə Ərdoğan bildirib.
Türkiyə lideri onu da bildirib ki, Putin "ona təzyiq edilərkən geri addım atacaq" siyasətçilərdən deyil.
Xəbər lenti
0