https://sputnik.az/20221103/cakir-ve-barkan-azerbaycan-ordusuna-ne-qazandiracaq-448213004.html
"Çakır" və BARKAN Azərbaycan Ordusuna nə qazandıracaq?
"Çakır" və BARKAN Azərbaycan Ordusuna nə qazandıracaq?
Sputnik Azərbaycan
Ekspert qeyd edib ki, son dövrlər Türkiyə ordusunun terrorla mübarizə çərçivəsində apardığı əməliyyatlar bu ölkə ordusunun güclü potensiala malik olduğunu... 03.11.2022, Sputnik Azərbaycan
2022-11-03T22:21+0400
2022-11-03T22:21+0400
2022-11-03T22:21+0400
türkiyə
hərbi
azərbaycan ordusu
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/03/448212849_0:0:1280:720_1920x0_80_0_0_72af006ef9e6c625f48683a0a8e1391d.jpg
BAKI, 3 noyabr — Sputnik. Azərbaycan və Türkiyə arasında BARKAN yerüstü döyüş robotunun alınması ilə bağlı ilkin razılıq əldə olunub. İstanbulda keçirilən "SAHA EXPO 2022" müdafiə, aerokosmik və kosmik sənayesi sərgisi çərçivəsində bununla bağlı iki ölkə arasında danışıqlar aparılıb. Bildirilib ki, yaxın vaxtlarda BARKAN yerüstü döyüş robotu Azərbaycanın Silahlı Qüvvələrinin arsenalına daxil ediləcək.Sputnik Azərbaycan ölkəmizin ordusuna Türkiyə müdafiə sənayesi məhsullarının daxil edilməsinin əhəmiyyəti ilə bağlı hərbi ekspertlər Ədalət Verdiyevin və Emin Həsənlinin fikirlərini öyrənib.Hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Türkiyədən alınacaq "Çakır" raketləri müxtəlif platformalardan buraxıla bilən qanadlı raketlər sinfinə aiddir: "Bu raketlər sürü şəklində fəaliyyət göstərə bilən raket titulunu daşıyır. Türkiyə bundan əvvəl də SOM, ATMACA, "Gəzgin" kimi raketlərə malikdir. Onların hamısı “Raketsan” tərəfindən istehsal olunur. Adını çəkdiyim "Çakır" raketləri özündən əvvəlkilərdən daha yüngül çəkiyə malikdir. Bu da onların PUA-lardan buraxılmasını mümkün edir. Bununla bağlı sınaqların Türkiyənin "Akınçı" PUA-larında aparılacağı gözlənilir".O qeyd edib ki, artıq Azərbaycanın "Akınçı" PUA-larını alması barədə məlumatlar mövcuddur: "Bu baxımdan "Çakır" raketlərinin "Akınçı"larda istifadə olunması məqsədə uyğundur. Digər tərəfdən bu raketlər dəniz vasitələrində, taktiki təkərli nəqliyyat vasitələrindən və digər nəqliyyat vasitələrindən buraxıla bilər. Bu raketlərin əldə olunması 150 kilometr radiusda 70 kiloqramlıq döyüş başlığı ilə düşmən hədəflərinə həm qəlpəli fuqas, həm termobarik başlıqla zərbə endirməyə imkan verəcək. "Çakır" raketləri idarə olunan sursat sinfinə aiddir. Düşmənin radioelektron mübarizə vasitələrinin basdırılma imkanlarına qarşı dayanıqlı və ətalətli yerüstü naviqasiya sisteminə, radar hündürlük ölçəninə malikdir. Onun tuşlanması həm infraqırmızı başlığı, həm də radio dalğalı aşkarlama başlığı ilə həyata keçirilir və kifayət qədər dəqiqliyə malik olacağı gözlənilir".Onun sözlərinə görə, BARKAN yerüstü döyüş robotu Azərbaycan ictimaiyyətinə daha əvvəl təqdim olunmuşdu: "Artıq Türkiyə ordusunda istifadə olunur. Bu vasitələrin alınmasında bir çox ölkələr maraqlıdır. Bunların Türkiyədən sonra ilk istifadə ediləcək ölkəsi Azərbaycan olacaq. Bu vasitələrin Azərbaycan ərazisində sınaqları nəzərdə tutulur. BARKAN-ların həm pilotsuz vasitələrlə, həm də avtonom şəkildə əməliyyatda istifadəsi nəzərdə tutulur".Ədalət Verdiyev bildirir ki, robotlar kifayət qədər üstün keyfiyyətlərə malikdir: "Onlara müxtəlif silah və lazer qurğuları inteqrasiya oluna bilər. PUA-lar vasitəsilə toplanan kəşfiyyat məlumatları robota göndərilir, robot isə həm avtonom şəkildə, həm də ona verilən tapşırıqlara uyğun fəaliyyət göstərir. Bu robotlar verilən hədəflərə kilidlənmək qabiliyyətinə malikdir. BARKAN-lar insanların çətin hərəkət etdiyi ərazilərdə 3D xəritələri hazırlaya bilir. Robotun 80 kilometr məsafədən idarə oluna bilməsi onun ən üstün xarakterlərindən biridir".Hərbi ekspert qeyd edib ki, BARKAN-lar minaların aşkarlanması əməliyyatlarında da istifadə oluna bilər: "Bunun üçün robotun üzərinə xüsusi qol quraşdırılır. Robotun gecə-gündüz rejimlərində kəşfiyyat aparması, 500 kiloqrama qədər yükləri daşıya bilməsi, həmçinin 7,62 millimetrlik pulemyotla təchiz olunması onun üstün qabiliyyətlərindəndir. Hər bir halda həm BARKAN, həm "Çakır" raketləri Azərbaycan silahlı qüvvələrinin döyüş potensialının artırılmasında müsbət rol oynayacaq".Hərbi ekspert Emin Həsənli bildirib ki, bu gün Azərbaycan Ordusu dünyanın ən müasir silah-sursatı ilə təmin olunur: "Bu istiqamətdə qardaş Türkiyənin müdafiə sənayesində baş verən yenilikləri qeyd etmək lazımdır. Bu gün Türkiyə ordusunun arsenalında çox müasir silahlar mövcuddur Türkiyə öz ordusunu 80 faiz hərbi texnika ilə təmin edir. Azərbaycan da müttəfiqliyə uyğun olaraq ordusunu müasir silahlarla təmin etməkdə maraqlıdır. Biz son döyüşlərdə gördük ki, müasir silahların əhəmiyyəti nə qədər böyükdür.Hərbi ekspert bildirib ki, müharibənin taleyinin həll edilməsində əsgərin mənəvi psixoloji hazırlığı, ondan sonra isə silah gəlir: "Azərbaycan da bu baxımdan ordusunun müttəfiq ölkələr vasitəsilə silahla təmin edilməsində maraqlıdır. Çünki bu ordunun təminatının davamlılığının təmin edilməsi baxımından vacibdir".Emin Həsənli qeyd edib ki, son dövrlər Türkiyə ordusunun terrorla mübarizə çərçivəsində apardığı əməliyyatlar bu ölkənin ordusunun güclü potensiala malik olduğunu göstərdi: "Dünyada türk hərbi modeli anlayışı var. Bu hərbi məktəb 2 min ildən çox bir tarixə malikdir. Bu hərbi model bizə çox uyğundur. Bu baxımdan bu ordu modelinə keçid Azərbaycan Ordusuna da çox böyük üstünlük gətirəcək. Biz həm də görürük ki, artıq ənənəvi müharibəni yeni müharibə strategiyaları əvəz edib. Biz Qarabağda pilotsuz uçuş aparatlarından istifadə etməklə bunu bir daha gördük. Həmçinin artıq kiçik qruplarla dağ komanda və xüsusi təyinatlı qruplarla əməliyyatların effektiv keçirilməsi sübuta yetirildi".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/03/448212849_63:0:1023:720_1920x0_80_0_0_4962f767290a7355976a11b389100d94.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
türkiyə, azərbaycan ordusu
türkiyə, azərbaycan ordusu
"Çakır" və BARKAN Azərbaycan Ordusuna nə qazandıracaq?
Ekspert qeyd edib ki, son dövrlər Türkiyə ordusunun terrorla mübarizə çərçivəsində apardığı əməliyyatlar bu ölkə ordusunun güclü potensiala malik olduğunu göstərdi
BAKI, 3 noyabr — Sputnik. Azərbaycan və Türkiyə arasında BARKAN yerüstü döyüş robotunun alınması ilə bağlı ilkin razılıq əldə olunub. İstanbulda keçirilən "SAHA EXPO 2022" müdafiə, aerokosmik və kosmik sənayesi sərgisi çərçivəsində bununla bağlı iki ölkə arasında danışıqlar aparılıb. Bildirilib ki, yaxın vaxtlarda BARKAN yerüstü döyüş robotu Azərbaycanın Silahlı Qüvvələrinin arsenalına daxil ediləcək.
Sputnik Azərbaycan ölkəmizin ordusuna Türkiyə müdafiə sənayesi məhsullarının daxil edilməsinin əhəmiyyəti ilə bağlı hərbi ekspertlər Ədalət Verdiyevin və Emin Həsənlinin fikirlərini öyrənib.
Hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Türkiyədən alınacaq "Çakır" raketləri müxtəlif platformalardan buraxıla bilən qanadlı raketlər sinfinə aiddir: "Bu raketlər sürü şəklində fəaliyyət göstərə bilən raket titulunu daşıyır. Türkiyə bundan əvvəl də SOM, ATMACA, "Gəzgin" kimi raketlərə malikdir. Onların hamısı “Raketsan” tərəfindən istehsal olunur. Adını çəkdiyim "Çakır" raketləri özündən əvvəlkilərdən daha yüngül çəkiyə malikdir. Bu da onların PUA-lardan buraxılmasını mümkün edir. Bununla bağlı sınaqların Türkiyənin "Akınçı" PUA-larında aparılacağı gözlənilir".
O qeyd edib ki, artıq Azərbaycanın "Akınçı" PUA-larını alması barədə məlumatlar mövcuddur: "Bu baxımdan "Çakır" raketlərinin "Akınçı"larda istifadə olunması məqsədə uyğundur. Digər tərəfdən bu raketlər dəniz vasitələrində, taktiki təkərli nəqliyyat vasitələrindən və digər nəqliyyat vasitələrindən buraxıla bilər. Bu raketlərin əldə olunması 150 kilometr radiusda 70 kiloqramlıq döyüş başlığı ilə düşmən hədəflərinə həm qəlpəli fuqas, həm termobarik başlıqla zərbə endirməyə imkan verəcək. "Çakır" raketləri idarə olunan sursat sinfinə aiddir. Düşmənin radioelektron mübarizə vasitələrinin basdırılma imkanlarına qarşı dayanıqlı və ətalətli yerüstü naviqasiya sisteminə, radar hündürlük ölçəninə malikdir. Onun tuşlanması həm infraqırmızı başlığı, həm də radio dalğalı aşkarlama başlığı ilə həyata keçirilir və kifayət qədər dəqiqliyə malik olacağı gözlənilir".
Onun sözlərinə görə, BARKAN yerüstü döyüş robotu Azərbaycan ictimaiyyətinə daha əvvəl təqdim olunmuşdu: "Artıq Türkiyə ordusunda istifadə olunur. Bu vasitələrin alınmasında bir çox ölkələr maraqlıdır. Bunların Türkiyədən sonra ilk istifadə ediləcək ölkəsi Azərbaycan olacaq. Bu vasitələrin Azərbaycan ərazisində sınaqları nəzərdə tutulur. BARKAN-ların həm pilotsuz vasitələrlə, həm də avtonom şəkildə əməliyyatda istifadəsi nəzərdə tutulur".
Ədalət Verdiyev bildirir ki, robotlar kifayət qədər üstün keyfiyyətlərə malikdir: "Onlara müxtəlif silah və lazer qurğuları inteqrasiya oluna bilər. PUA-lar vasitəsilə toplanan kəşfiyyat məlumatları robota göndərilir, robot isə həm avtonom şəkildə, həm də ona verilən tapşırıqlara uyğun fəaliyyət göstərir. Bu robotlar verilən hədəflərə kilidlənmək qabiliyyətinə malikdir. BARKAN-lar insanların çətin hərəkət etdiyi ərazilərdə 3D xəritələri hazırlaya bilir. Robotun 80 kilometr məsafədən idarə oluna bilməsi onun ən üstün xarakterlərindən biridir".
Hərbi ekspert qeyd edib ki, BARKAN-lar minaların aşkarlanması əməliyyatlarında da istifadə oluna bilər: "Bunun üçün robotun üzərinə xüsusi qol quraşdırılır. Robotun gecə-gündüz rejimlərində kəşfiyyat aparması, 500 kiloqrama qədər yükləri daşıya bilməsi, həmçinin 7,62 millimetrlik pulemyotla təchiz olunması onun üstün qabiliyyətlərindəndir. Hər bir halda həm BARKAN, həm "Çakır" raketləri Azərbaycan silahlı qüvvələrinin döyüş potensialının artırılmasında müsbət rol oynayacaq".
Hərbi ekspert Emin Həsənli bildirib ki, bu gün Azərbaycan Ordusu dünyanın ən müasir silah-sursatı ilə təmin olunur: "Bu istiqamətdə qardaş Türkiyənin müdafiə sənayesində baş verən yenilikləri qeyd etmək lazımdır. Bu gün Türkiyə ordusunun arsenalında çox müasir silahlar mövcuddur Türkiyə öz ordusunu 80 faiz hərbi texnika ilə təmin edir. Azərbaycan da müttəfiqliyə uyğun olaraq ordusunu müasir silahlarla təmin etməkdə maraqlıdır. Biz son döyüşlərdə gördük ki, müasir silahların əhəmiyyəti nə qədər böyükdür.
Hərbi ekspert bildirib ki, müharibənin taleyinin həll edilməsində əsgərin mənəvi psixoloji hazırlığı, ondan sonra isə silah gəlir: "Azərbaycan da bu baxımdan ordusunun müttəfiq ölkələr vasitəsilə silahla təmin edilməsində maraqlıdır. Çünki bu ordunun təminatının davamlılığının təmin edilməsi baxımından vacibdir".
Emin Həsənli qeyd edib ki, son dövrlər Türkiyə ordusunun terrorla mübarizə çərçivəsində apardığı əməliyyatlar bu ölkənin ordusunun güclü potensiala malik olduğunu göstərdi: "Dünyada türk hərbi modeli anlayışı var. Bu hərbi məktəb 2 min ildən çox bir tarixə malikdir. Bu hərbi model bizə çox uyğundur. Bu baxımdan bu ordu modelinə keçid Azərbaycan Ordusuna da çox böyük üstünlük gətirəcək. Biz həm də görürük ki, artıq ənənəvi müharibəni yeni müharibə strategiyaları əvəz edib. Biz Qarabağda pilotsuz uçuş aparatlarından istifadə etməklə bunu bir daha gördük. Həmçinin artıq kiçik qruplarla dağ komanda və xüsusi təyinatlı qruplarla əməliyyatların effektiv keçirilməsi sübuta yetirildi".