Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Boçarnikov: Azərbaycanla Rusiya arasında qarşılıqlı ticarət davamlı artım nümayiş etdirir

© Sputnik / Murad OrujovRusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov
Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov  - Sputnik Azərbaycan, 1920, 03.11.2022
Abunə olmaq
Rusiyanın Azərbaycandakı səfiri Bakıda keçirilən "Rusiya-Azərbaycan Tarla Günü" kənd təsərrüfatı texnikasının ixtisaslaşdırılmış sərgisinin açılışında çıxış edib.
BAKI, 3 noyabr — Sputnik. Azərbaycan Respublikası Rusiya Federasiyası üçün mühüm tərəfdaşdır. Qarşılıqlı ticarətimiz davamlı artım nümayiş etdirir.
Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Bakıda "Rusiya-Azərbaycan Tarla Günü" ixtisaslaşdırılmış kənd təsərrüfatı texnikası sərgisinin açılışında deyib.
"Mən Azərbaycan tərəfinə, dövlət qurumlarının, assosiasiyaların, dövlət şirkətlərinin nümayəndələrinə iştiraka maraq göstərdiklərinə, habelə platforma ilə təmin olunduğuna və təşkilati məsələlərin həllinə görə Həştərxan Biznes Mərkəzinə minnətdarlığımı bildirmək istəyirəm", - deyə Boçarnikov sözünə davam edib.
Onun sözlərinə görə, Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 23 faizdən çox artıb. Rusiyanın Azərbaycana ixracı isə, təxminən, üçdə bir dəfə artıb.
"Biz Rusiyanın kənd təsərrüfatı texnikasının Azərbaycana tədarükündə yaxşı perspektivlər görürük", - deyə Boçarnikov qeyd edib.
Səfir onu da vurğulayıb ki, budəfəki sərgidə kənd təsərrüfatı texnikası, ehtiyat hissələri, avadanlıq, texnologiya və materialların istehsalı və satışı üzrə ixtisaslaşmış 14 Rusiya müəssisəsi iştirak edir.
"Bu gün biz Azərbaycanda kənd təsərrüfatı istehsalçılarının problemlərini həll etmək üçün Rusiya maşınqayıranlarının imkanlarını nümayiş etdirə, kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya əməkdaşlığının perspektivlərini müzakirə edə, yüksək texnologiyalı Rusiya kənd təsərrüfatı texnikasının Azərbaycan bazarına təqdim edilməsini müzakirə edə biləcəyik. Ölkələrimizin mütəxəssisləri aqrar-sənaye kompleksinin ehtiyacları üçün kənd təsərrüfatı texnikası alınarkən cari və perspektivli layihələrin işlənib hazırlanmasına, lizinq və maliyyə alətlərindən istifadəyə, Azərbaycanda kənd təsərrüfatı üçün rəqəmsallaşma sistemlərinin tətbiqinə xüsusi diqqət yetirirlər", - deyə Boçarnikov bildirib.
Xəbər lenti
0