https://sputnik.az/20221103/bakida-rusiya-azerbaycan-tarla-gunu-adli-kend-teserrufati-texnikasi-sergisi-acilib-448186747.html
Bakıda "Rusiya-Azərbaycan tarla günü" adlı kənd təsərrüfatı texnikası sərgisi açılıb
Bakıda "Rusiya-Azərbaycan tarla günü" adlı kənd təsərrüfatı texnikası sərgisi açılıb
Sputnik Azərbaycan
Sərginin ekspozisiyası 500 kvadratmetrdən çox sahəni əhatə edir. 03.11.2022, Sputnik Azərbaycan
2022-11-03T12:29+0400
2022-11-03T12:29+0400
2022-11-03T13:55+0400
sərgi
iqtisadiyyat
bakı
rusiya
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/03/448178373_0:120:1280:840_1920x0_80_0_0_8a302ff9511f5cddf78c3a23268ee0ac.jpg
BAKI, 3 noyabr — Sputnik. Bakıda Rusiya Federasiyasının 14 müəssisəsinin iştirak etdiyi "Rusiya-Azərbaycan tarla günü" adlı kənd təsərrüfatı texnikasının ixtisaslaşdırılmış sərgisi açılıb.Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov sərginin iştirakçıları və stendləri ilə tanış olub."Expocentre" SC-nin (sərginin operatoru) "xarici sərgilər" departamentinin rəhbəri Nataliya Borodkonun daha əvvəl "RİA Novosti"yə verdiyi məlumata görə, Rusiyanı bu sərgidə "Rostselmaş", "Klever", "Voljsk Kombayn Zavodu" (AGROMASH), "Melinvest", "Traktor" (Uralets) MMC, "Kuzembetyevsk mexaniki təmir zavodu" (MTZ), "Salskselmaş" MMC, "AqroPostavka" MMC, "Cənubi Ural Çəki Zavodu" MMC və s. bu kimi "nəhəng oyunçular" təmsil etməyə hazırlşırlar.Sərginin ekspozisiyası 500 kvadratmetrdən çox sahəni əhatə edir."Ziyarətçilər Rusiyanın yeni işlənib hazırlanmış, həmçinin, artıq populyar olan kənd təsərrüfatı texnikası modellərini görə biləcəklər: "AGROMASH 90TG" tırtıllı traktor, "URALETS" mini traktor, "Tukan" kvadrat presləmə maşını, "ZMP-PSM" taxıl emalı kompleksi, pnevmatik çeşidləmə maşını, taxıl doğrayan, taxıl elevatoru, çömçəli ön yükləyici, "OPSV-2200K" çiləyici, yeni nəsil "Geoscan Gemini" aerofotoqrafik kompleksi, sənaye tərəziləri və s.", - deyə Borodko əlavə edib.Onun sözlərinə görə, son illərdə Rusiya müəssisələri istehsalın stimullaşdırılmasına və elmi-tədqiqat işlərinin subsidiyalaşdırılmasına yönəlmiş bir sıra dövlət dəstəyi tədbirləri sayəsində istehsal güclərinin genişləndirilməsi və modernləşdirilməsinə, avadanlıqların yeni modellərinin hazırlanmasına və istehsalına investisiyaları artırıb."Rusiya Azərbaycanın əsas tərəfdaşlarından biri olmaqla, ölkənin kənd təsərrüfatı üçün texnika və avadanlıqların tədarükünü genişləndirməyə hazırdır ki, bu da azərbaycanlı tərəfdaşlarına aqrar-sənaye kompleksinin səmərəliliyini və məhsuldarlığı artırmağa, eyni zamanda itkiləri azaltmağa imkan verəcək. Bu sərgi Azərbaycanın kənd təsərrüfatı istehsalçılarının problemlərini həll etmək üçün rus maşınqayıranlarının imkanlarını nümayiş etdirən platforma olacaq. O, Azərbaycan fermerlərinə ölkənin iqlimi və aqrofonunun xüsusiyyətlərini nəzərə alan müasir Rusiya Kənd təsərrüfatı texnikası və texnologiyaları ilə tanış olmağa, şəxsən görüşərək texniki xüsusiyyətləri və spesifikasiyaları müzakirə etməyə, sərfəli alış şərtləri əldə etməyə imkan verəcək", - deyə o bildirib.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/03/448178373_0:0:1280:960_1920x0_80_0_0_175a8187a5db9bfa80263783eaef2ffa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
sərgi, bakı, rusiya, azərbaycan
sərgi, bakı, rusiya, azərbaycan
Bakıda "Rusiya-Azərbaycan tarla günü" adlı kənd təsərrüfatı texnikası sərgisi açılıb
12:29 03.11.2022 (Yenilənib: 13:55 03.11.2022) Sərginin ekspozisiyası 500 kvadratmetrdən çox sahəni əhatə edir.
BAKI, 3 noyabr — Sputnik. Bakıda Rusiya Federasiyasının 14 müəssisəsinin iştirak etdiyi "Rusiya-Azərbaycan tarla günü" adlı kənd təsərrüfatı texnikasının ixtisaslaşdırılmış sərgisi açılıb.
Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov sərginin iştirakçıları və stendləri ilə tanış olub.
"Expocentre" SC-nin (sərginin operatoru) "xarici sərgilər" departamentinin rəhbəri Nataliya Borodkonun daha əvvəl "RİA Novosti"yə verdiyi məlumata görə, Rusiyanı bu sərgidə "Rostselmaş", "Klever", "Voljsk Kombayn Zavodu" (AGROMASH), "Melinvest", "Traktor" (Uralets) MMC, "Kuzembetyevsk mexaniki təmir zavodu" (MTZ), "Salskselmaş" MMC, "AqroPostavka" MMC, "Cənubi Ural Çəki Zavodu" MMC və s. bu kimi "nəhəng oyunçular" təmsil etməyə hazırlşırlar.
Sərginin ekspozisiyası 500 kvadratmetrdən çox sahəni əhatə edir.
"Ziyarətçilər Rusiyanın yeni işlənib hazırlanmış, həmçinin, artıq populyar olan kənd təsərrüfatı texnikası modellərini görə biləcəklər: "AGROMASH 90TG" tırtıllı traktor, "URALETS" mini traktor, "Tukan" kvadrat presləmə maşını, "ZMP-PSM" taxıl emalı kompleksi, pnevmatik çeşidləmə maşını, taxıl doğrayan, taxıl elevatoru, çömçəli ön yükləyici, "OPSV-2200K" çiləyici, yeni nəsil "Geoscan Gemini" aerofotoqrafik kompleksi, sənaye tərəziləri və s.", - deyə Borodko əlavə edib.
Onun sözlərinə görə, son illərdə Rusiya müəssisələri istehsalın stimullaşdırılmasına və elmi-tədqiqat işlərinin subsidiyalaşdırılmasına yönəlmiş bir sıra dövlət dəstəyi tədbirləri sayəsində istehsal güclərinin genişləndirilməsi və modernləşdirilməsinə, avadanlıqların yeni modellərinin hazırlanmasına və istehsalına investisiyaları artırıb.
"Rusiya Azərbaycanın əsas tərəfdaşlarından biri olmaqla, ölkənin kənd təsərrüfatı üçün texnika və avadanlıqların tədarükünü genişləndirməyə hazırdır ki, bu da azərbaycanlı tərəfdaşlarına aqrar-sənaye kompleksinin səmərəliliyini və məhsuldarlığı artırmağa, eyni zamanda itkiləri azaltmağa imkan verəcək. Bu sərgi Azərbaycanın kənd təsərrüfatı istehsalçılarının problemlərini həll etmək üçün rus maşınqayıranlarının imkanlarını nümayiş etdirən platforma olacaq. O, Azərbaycan fermerlərinə ölkənin iqlimi və aqrofonunun xüsusiyyətlərini nəzərə alan müasir Rusiya Kənd təsərrüfatı texnikası və texnologiyaları ilə tanış olmağa, şəxsən görüşərək texniki xüsusiyyətləri və spesifikasiyaları müzakirə etməyə, sərfəli alış şərtləri əldə etməyə imkan verəcək", - deyə o bildirib.