Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanın kənd təsərrüfatı sahəsində mühüm tərəfdaşı məlum oldu

© Sputnik / Murad OrujovAzərbaycanın kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov
Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov - Sputnik Azərbaycan, 1920, 03.11.2022
Abunə olmaq
Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Bakıda "Rusiya-Azərbaycan Tarla Günü" ixtisaslaşdırılmış kənd təsərrüfatı texnikası sərgisinin açılışında çıxış edib.
BAKI, 3 noyabr — Sputnik. Azərbaycan və Rusiya üçün prioritet ticarət, investisiya, müasir texnologiyalardır ki, biznes bunu rəhbər tutmalıdır.
Bunu Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Bakıda keçirilən "Rusiya-Azərbaycan Tarla Günü" ixtisaslaşdırılmış kənd təsərrüfatı texnikası sərgisinin açılışında deyib.
Nazir müavini hesab edir ki, bununla belə, iki ölkənin iqtisadi potensialını, siyasi sahədə güclü əlaqələri nəzərə alsaq, daha mühüm nəticələr əldə etmək olar.
"Rusiya Federasiyası kənd təsərrüfatı sahəsində Azərbaycanın mühüm tərəfdaşıdır. Əməkdaşlığımız iqtisadiyyatın müxtəlif sahələrində inkişaf edir və kənd təsərrüfatı ikitərəfli əməkdaşlığın əsas sahələrindən biridir. Kənd təsərrüfatı sektoru Azərbaycanın və Rusiya iqtisadiyyatının prioritet sahələrindən biridir. İki ölkə arasında aqrar sektorda fəaliyyət göstərən işçi qrup fəaliyyət göstərir", - deyə Zeynalov bildirib.
Nazir müavini, həmçinin, qeyd edib ki, Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir, kənd təsərrüfatı onun prioritet sahəsi kimi müəyyən edilib. Zeynalov vurğulayıb ki, son 5 ildə aqrar sektor 23 faiz artıb.
Onun sözlərinə görə, Azərbaycanın kənd təsərrüfatı sektoru bütün vergi və ayırmalardan azaddır. Həmçinin, müxtəlif subsidiyalar və dəstək mexanizmləri dövlət dəstəyi siyasətinin tərkib hissəsidir.
Xəbər lenti
0