Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycanın iqtisadiyyatı necə dəyişib?

Abunə olmaq
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın əsas kapitalına 10,1 milyard manat vəsait yönəldilib. Doqquz ayda ölkə iqtisadiyyatının necə dəyişdiyi barədə ətraflı məlumat Sputnik Azərbaycan-ın infoqrafikasında.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 98,1 milyard manat məbləğində ÜDM istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 6% çoxdur.
Göstərilən dövrdə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,5% azalıb, qeyri-neft-qaz sahəsində isə 10,1% artıb.
Cari ilin doqquz ayı ərzində əsas kapitala 10,1 milyard manat vəsait yönəldilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,6% çoxdur.
Qeyd olunan dövrdə Azərbaycan əhalisinin nominal gəlirləri 50,9 milyard manat təşkil edib, bu da ötən ilin doqquz ayı ilə müqayisədə 20,2% çoxdur.
Son bir ildə ölkədə adambaşına düşən nominal gəlir 19,7% artaraq 5065 manat təşkil edib.
Bundan başqa, göstərilən dövrdə Azərbaycan iqtisadiyyatında muzdlu işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,3% artaraq 829 manat təşkil edib.
Xəbər lenti
0