https://sputnik.az/20221103/azerbaycan-xn-delimitasiya-uzre-komissiyalarin-brussel-gorusunun-neticelerini-aciqlayib--448222719.html
Azərbaycan XİN delimitasiya üzrə komissiyaların Brüssel görüşünün nəticələrini açıqlayıb
Azərbaycan XİN delimitasiya üzrə komissiyaların Brüssel görüşünün nəticələrini açıqlayıb
Sputnik Azərbaycan
Tərəflər Komissiyaların dördüncü iclasının keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər. 03.11.2022, Sputnik Azərbaycan
2022-11-03T21:21+0400
2022-11-03T21:21+0400
2022-11-03T22:29+0400
siyasət
azərbaycan
ermənistan
şahin mustafayev
https://cdnn1.img.sputnik.az/img/41234/66/412346665_0:115:3500:2084_1920x0_80_0_0_fa735ca7d76b4e10bad3de032cf21ff1.jpg
BAKI, 3 noyabr - Sputnik. 3 noyabr 2022-ci il tarixində Brüssel şəhərində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın üçüncü görüşü keçirilib.Görüş Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında baş tutub. Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, iclas başlamazdan əvvəl Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibi Stefano Sannino Azərbaycan Respublikası və Ermənistan Respublikası nümayəndə heyətlərini salamlayıb, Komissiyaların işinə uğurlar arzulayıb. O, Avropa İttifaqının Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşması məsələlərində kömək etməyə bundan sonra da hazır olduğunu təsdiq edib.Şahin Mustafayev və Mher Qriqoryan salamlama çıxışlarında Avropa İttifaqı Şurasına görüşün yaxşı təşkilinə görə təşəkkürlərini ifadə ediblər.Tərəflər, Azərbaycan Respublikasının və Ermənistan Respublikasının rəhbərləri səviyyəsində müxtəlif formatlarda əldə edilən razılaşmaları nəzərə alaraq, delimitasiya məsələlərinin müzakirəsini davam edib, təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər.Komissiyaların birgə fəaliyyətinin hüquqi çərçivələrini müəyyən etmək məqsədilə, tərəflər Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyət qaydasının razılaşdırılması üzrə işi sürətləndirmək barədə razılığa gəliblər.Tərəflər Komissiyaların dördüncü iclasının keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41234/66/412346665_292:0:3500:2406_1920x0_80_0_0_ee6fc332c2f0a7456d22877274e630d0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, ermənistan, şahin mustafayev
azərbaycan, ermənistan, şahin mustafayev
Azərbaycan XİN delimitasiya üzrə komissiyaların Brüssel görüşünün nəticələrini açıqlayıb
21:21 03.11.2022 (Yenilənib: 22:29 03.11.2022) Tərəflər Komissiyaların dördüncü iclasının keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.
BAKI, 3 noyabr - Sputnik. 3 noyabr 2022-ci il tarixində Brüssel şəhərində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın üçüncü görüşü keçirilib.
Görüş Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında baş tutub.
Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, iclas başlamazdan əvvəl Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibi Stefano Sannino Azərbaycan Respublikası və Ermənistan Respublikası nümayəndə heyətlərini salamlayıb, Komissiyaların işinə uğurlar arzulayıb.
O, Avropa İttifaqının Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşması məsələlərində kömək etməyə bundan sonra da hazır olduğunu təsdiq edib.
Şahin Mustafayev və Mher Qriqoryan salamlama çıxışlarında Avropa İttifaqı Şurasına görüşün yaxşı təşkilinə görə təşəkkürlərini ifadə ediblər.
Tərəflər, Azərbaycan Respublikasının və Ermənistan Respublikasının rəhbərləri səviyyəsində müxtəlif formatlarda əldə edilən razılaşmaları nəzərə alaraq, delimitasiya məsələlərinin müzakirəsini davam edib, təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər.
Komissiyaların birgə fəaliyyətinin hüquqi çərçivələrini müəyyən etmək məqsədilə, tərəflər Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyət qaydasının razılaşdırılması üzrə işi sürətləndirmək barədə razılığa gəliblər.
Tərəflər Komissiyaların dördüncü iclasının keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.