Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Türk Dünyasının ən məşhur Film Festivalının açılışı olub

© AP Photo / Petros GiannakourisKinolent, arxiv şəkli
Kinolent, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.11.2022
Abunə olmaq
Sözügedən festivalda Azərbaycanın "Həyat, deyəsən, gözəldir" və "Dalan" filmlərinin müsabiqələrdə iştirakı təsdiqlənib. Bundan başqa, müsabiqədən kənar "Dəli Kür" (bərpa olunmuş versiya) və "Otel otağı" filmləri kinosevərlərin görüşündə olacaq.
BAKI, 2 noyabr — Sputnik. Ötən gün Azərbaycanın iştirakı ilə noyabrın 1-də Türkiyənin Bursa şəhərində "Korkud Ata" (Dədə Qorqud) Türk Dünyası Film Festivalının açılışı keçirilib.
Sözügedən festivalda Azərbaycanın "Həyat, deyəsən, gözəldir" və "Dalan" filmlərinin müsabiqələrdə iştirakı təsdiqlənib. Bundan başqa, müsabiqədən kənar "Dəli Kür" (bərpa olunmuş versiya) və "Otel otağı" filmləri kinosevərlərin görüşündə olacaq.
"Korkud Ata" Türk Dünyası Film Festivalında münsiflər heyətində Elxan Cəfərov və Mehriban Ələkbərzadə yer alırlar.
Qeyd edək ki, Bursa Böyükşəhər Bələdiyyəsi də daxil olmaqla bir çox qurum və təşkilatların dəstəyi ilə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin himayəsi altında təşkil ediləcək festival türk respublikalarından və toplumlarından bir çox peşəkar kino xadimlərini və mədəniyyət xadimlərini bir araya gətirib.
Festivalda Azərbaycandan 22, Özbəkistandan 43, Qırğızıstandan 23, Qazaxıstandan 21, Türkmənistandan 5 və muxtar respublikalardan 17 kino mütəxəssisi iştirak edəcək. Festivalda türk kino sənayesinin tanınmış prodüserləri, rejissorları, ssenaristləri və aktyorlarından ibarət 200-ə yaxın qonaq iştirak edəcək.
Xatırladaq ki, "Korkut Ata" festivalı gələn il Şuşada təşkil olunuacaq. Ötən il Mədəniyyət naziri Anar Kərimov "Korkut Ata" (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalı 2023-cü ildə doğma Şuşamızda keçiriləcəyi barədə məlumat vermişdi. Nazir bildrimişdi ki, Şuşa, eyni zamanda, türk dünyasının 2023-cü il mədəniyyət paytaxtı elan ediləcək: "2023-cü ildə "Korkut Ata" film festivalına ev sahibliyi etməyimizə dair təklifimizi verdik və bu, təsdiq olundu. Biz də 2023-cü ildə türkdilli dövlətlərin nümayəndələrini Şuşada qarşılayacağıq".
Festivalın bağlanış mərasimi noyabrın 5-də nəzərdə tutulub. Qalib filmlər mükafatlandırılacaq.
Xəbər lenti
0