https://sputnik.az/20221102/sahdenizden-dovlet-budcesine-daxilolmalar-keskin-artacaq-448118703.html
"Şahdəniz"dən dövlət büdcəsinə daxilolmalar kəskin artacaq
"Şahdəniz"dən dövlət büdcəsinə daxilolmalar kəskin artacaq
Sputnik Azərbaycan
Rəydə qeyd olunur ki, "Şahdəniz" layihəsi üzrə HPBS (Hasilatın Pay Bölgüsü Sazişlərindən) mənfəət vergisi 1 610 mln. manat səviyyəsində nəzərdə tutulub. 02.11.2022, Sputnik Azərbaycan
2022-11-02T08:31+0400
2022-11-02T08:31+0400
2022-11-02T08:31+0400
şahdəniz
neft-qaz
hesablama palatası
qaz
hasilat
https://cdnn1.img.sputnik.az/img/41097/07/410970727_0:0:3648:2052_1920x0_80_0_0_e9065e7e6ceea08a476025f75cd7c286.jpg
BAKI, 2 noyabr — Sputnik. Gələn il dövlət büdcəsinin "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən təbii qazın ixracı üzrə mənfəət vergisindən formalaşan daxilolması 2 875 mln. manat səviyyəsində ehtimal olunur, bu da bu ilin göstəricisi ilə müqayisədə 78,6% çoxdur.Bu barədə Hesablama Palatasının "2023-cü il dövlət büdcəsi haqqında" qanuna verdiyi rəydə bildirilib.Rəydə qeyd olunur ki, "Şahdəniz" layihəsi üzrə HPBS (Hasilatın Pay Bölgüsü Sazişlərindən) mənfəət vergisi 1 610 mln. manat səviyyəsində nəzərdə tutulub.Vurğulanır ki, neftin qiymətinin büdcədə ehtiyatlı yanaşma əsasında götürülməsi şəraitində növbəti ildə dövlət büdcəsində neft sektorunun payının cari ilə nisbətən azalacağı proqnozlaşdırılıb.Rəyə əsasən, 2023-cü ildə dövlət büdcəsində neftin qiyməti 50 ABŞ dolları (2022-ci ildə ilkin olaraq 50 ABŞ dolları, dürüstləşmiş büdcədə 85 ABŞ dolları) nisbətində götürülmüşdür. Dövlət büdcəsi gəlirlərinin 16 297 mln. manatının və ya 53%-nin neft sektorunun payına düşməsi proqnozlaşdırılıb."2023-cü il üzrə nəzərdə tutulan neft sektoru üzrə daxilolmaların 11280,0 mln. manatının DNF (Dövlət Neft Fondu – red.) transfertlərinin 1650,0 mln. manatının ARDNŞ (SOCAR – red.) tərəfindən ödənilən vergilərin, 492,0 mln. manatının neft-qaz sahəsində fəaliyyət göstərən Hasilatın Pay Bölgüsü Sazişlərindən mənfəət vergisinin və 2875,0 mln. manatının "Şahdəniz" yatağından hasil edilən təbii qazın ixracı üzrə mənfəət vergisinin payına düşəcəyi ehtimal edilir", - rəydə bildirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41097/07/410970727_0:0:3648:2736_1920x0_80_0_0_4e7bd01e677612fa11c1236015c5388f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
şahdəniz, hesablama palatası, qaz, hasilat
şahdəniz, hesablama palatası, qaz, hasilat
"Şahdəniz"dən dövlət büdcəsinə daxilolmalar kəskin artacaq
Rəydə qeyd olunur ki, "Şahdəniz" layihəsi üzrə HPBS (Hasilatın Pay Bölgüsü Sazişlərindən) mənfəət vergisi 1 610 mln. manat səviyyəsində nəzərdə tutulub.
BAKI, 2 noyabr — Sputnik. Gələn il dövlət büdcəsinin "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən təbii qazın ixracı üzrə mənfəət vergisindən formalaşan daxilolması 2 875 mln. manat səviyyəsində ehtimal olunur, bu da bu ilin göstəricisi ilə müqayisədə 78,6% çoxdur.
Bu barədə Hesablama Palatasının "2023-cü il dövlət büdcəsi haqqında" qanuna verdiyi rəydə bildirilib.
Rəydə qeyd olunur ki, "Şahdəniz" layihəsi üzrə HPBS (Hasilatın Pay Bölgüsü Sazişlərindən) mənfəət vergisi 1 610 mln. manat səviyyəsində nəzərdə tutulub.
Vurğulanır ki, neftin qiymətinin büdcədə ehtiyatlı yanaşma əsasında götürülməsi şəraitində növbəti ildə dövlət büdcəsində neft sektorunun payının cari ilə nisbətən azalacağı proqnozlaşdırılıb.
Rəyə əsasən, 2023-cü ildə dövlət büdcəsində neftin qiyməti 50 ABŞ dolları (2022-ci ildə ilkin olaraq 50 ABŞ dolları, dürüstləşmiş büdcədə 85 ABŞ dolları) nisbətində götürülmüşdür. Dövlət büdcəsi gəlirlərinin 16 297 mln. manatının və ya 53%-nin neft sektorunun payına düşməsi proqnozlaşdırılıb.
"2023-cü il üzrə nəzərdə tutulan neft sektoru üzrə daxilolmaların 11280,0 mln. manatının DNF (Dövlət Neft Fondu – red.) transfertlərinin 1650,0 mln. manatının ARDNŞ (SOCAR – red.) tərəfindən ödənilən vergilərin, 492,0 mln. manatının neft-qaz sahəsində fəaliyyət göstərən Hasilatın Pay Bölgüsü Sazişlərindən mənfəət vergisinin və 2875,0 mln. manatının "Şahdəniz" yatağından hasil edilən təbii qazın ixracı üzrə mənfəət vergisinin payına düşəcəyi ehtimal edilir", - rəydə bildirilir.